Vakansiya saytı
ishbook

Yararlı məqalələr


Mühasibat uçotu [50]Bank [0]Maliyyə hesabatları [5]
Marketing [4]SEO [2]Digər [6]
Elektro dərs [2]Programlaşdırma dilləri - İT [0]Kitab [0]
AR Qanunları [0]

« 1 2 3 4 ... 7 8 »

İş Elanı Necə Hazırlanır? 

iş-elanları


İşəgötürmə prosesi təkcə işaxtaranlar üçün deyil, həm də işəgötürənlər üçün vacib məsələdir .Təcrübəli və qabiliyyətli şəxslərə olan ehtiyacın artdığı texnologiya və informasiya çağında artıq şirkətlər klassik iş elanlarının əksinə daha fərqli və rəngli karyera elanları ilə gündəmə gəlməyə başladılar. Yeni nəsil karyera elanlarında, axıcı bir dil istifadə edilməkdə və daha yaradıcı yanaşmalar nümayiş etdirilməkdədir .
Gəlin elanlarda şirkətlərin hansı detallara köklənmələrinin vacib olduğunu araşdıraq.

Effektiv Bir İş Elanı necə hazırlanmalıdır?

Kateqoriya: Digər | Oxuma sayı: 632 | Yazar: administrator | Tarix: 2018-12-09 | Şərhlər (0)

Balans hesabatı, müəssisənin müəyyən bir tarixdəki vəsaitlərini və bu vəsaitlərin əmələ gəlmə qaynaqlarını göstərən maliyyə hesabatıdır. Balans hesabatı mühasibat sisteminin ən vacib cədvəllərindən biridir. Balans hesabatı müəssisələr üçün çox faydalıdır.

BALANS HESABATİ

 

Balans şəklində dörd hissə var.

- Balans hesabatı başlığı
- Aktiv tərəf
- Passiv tərəf
- Balans hesabatı dipnotları

Kateqoriya: Maliyyə hesabatları | Oxuma sayı: 30440 | Yazar: administrator | Tarix: 2018-12-09 | Şərhlər (0)

  • Elektrik nədir?

Elektrik, yüklü zərrəciklərin hərəkəti ilə əlaqədar olan fiziki hadisələrə verilən ümumi addır. Elektrik, bildiyimiz mənada keçirici maddələrin cərəyan keçirməsi ilə əlaqədar ola biləcəyi kimi, statik elektrik, radio dalğaları (elektromaqnit dalğalar) və ildırım kimi daha fərqli fiziki fenomenlər (hadisələr) də elektrik ilə əlaqədardır.

multimetr

  • Statik elektrik:

Statik elektrik, hər hansı bir maddənin yüklü zərrəciklərinin səth və ya içərisində balanssız şəkildə dağılması səbəbiylə meydana gələr. Bu elektrik sahəsinin formalaşmasına səbəb olur.

Maddənin içində olan bu zərrəciklər, elektrik cərəyanı meydana gətirə bilir. Köhnə balonlu ekrana sahib bir televizorunuz olubsa nə demək istədiyimi hərhalda anlamısınız 

 

Kateqoriya: Elektro dərs | Oxuma sayı: 3587 | Yazar: administrator | Tarix: 2018-12-08 | Şərhlər (0)

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 2 mart

tarixli 100 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma

 

QAYDASI

 

  1. Ümumi müddəalar

 1.1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 21.2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qayda televiziya proqramlarında (verilişlərində), açıq məkanda, teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər xidməti göstərilərkən qaçan sətirlə yayımlanan reklamın təqdim olunmasına qoyulan tələbləri müəyyən edir.

1.3. Qaçan sətir reklamın elektron vasitələrlə mətnlə və (və ya) qrafiklə, hərəkət edən şəkildə verilməsidir.

1.4. Nəqliyyat vasitələrində qaçan sətirlə reklam yayımlayan elektron tabloların yerləşdirilməsinə yol verilmir.

1.5. Qaçan sətirlə yayımlanan reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş reklama dair ümumi tələblərə uyğun olmalıdır.

 

  1. Televiziya proqramlarında (verilişlərində) qaçan sətirlə yayımlanan reklam

 2.1. Televiziya proqramlarında (verilişlərində) qaçan sətirlə reklamın yayımı xüsusi reklam bildirişi, yaxud “R” işarəsi ilə müşayiət olunmalıdır.

2.2. Yayımlanan televiziya proqramının (verilişinin) kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır.

2.3. Qaçan sətirlə yayımlanan reklam alt yazıların, habelə açıqlama xarakterli yazıların üzərində yerləşdirilməməlidir.

Kateqoriya: Marketing | Oxuma sayı: 600 | Yazar: administrator | Tarix: 2018-12-08 | Şərhlər (0)

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 17 oktyabr

tarixli 414 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Reklamı qadağan olunan əmtəələrin

SİYAHISI

 

Sıra №-si

Əmtəələrin adı

1.

Sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmtəələr

2.

İstehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə  lisenziya verilməyən əmtəələr

3.

Həkim resepti əsasında buraxılan dərman vasitələri

4.

Dopinq vasitələri

Kateqoriya: Marketing | Oxuma sayı: 775 | Yazar: administrator | Tarix: 2018-12-08 | Şərhlər (0)

Elektrik gücünün tərkib hissəsi olan cərəyan şiddəti və gərginliyi dəyişdirmək üçün istifadə olunan statik elektrik maşınlarına transformator deyilir. Yəni girişinə tətbiq olunan alternativ gərginliyin tezliyini dəyişdirmədən gərginlik dəyərini dəyişdirərək  çıxışa verən bir elektrik cihazıdır. Enerjini transformatorlarda çevirmək, yəni elektrik enerjisini mexaniki  enerjiyə çevirmək mümkün deyil.

transformator

 

  • Güc transformatorları 

Paylayıcı elektrik şəbəkələrinin ən əsas avadanlığı güc transformatoru (döyünən ürək) sayılır.

Güc transformatoru (şəkil 4.1) – gücü
(transformatorun öz itkisinin nəzərə almasaq) və tezliyi dəyişmədən gərginliyi bir qiymətdən digər qiymətə çevirmək üçün nəzərdə tutulmuş elektrik avadanlığıdır.   guc transformatoru

Bu transformatorun iş prinsipi elektromaqnit induksiya qanununa əsaslanır və gərginliyin qiyməti dəyişən zaman cərəyanın
qiyməti də dəyişir. Transformatora verilən gərginlik yüksəldilirsə transformatora yüksəldici, verilən gərginlik alçaldılırsa, transformator
alçaldıcı adlanır. Güc transformatoru elektrostatik avadanlıq olduğundan (hərəkət edən hissə olmadığından) onun f.i.ə. təqribən 99 %-ə yaxındır.

Kateqoriya: Elektro dərs | Oxuma sayı: 3353 | Yazar: administrator | Tarix: 2018-12-07 | Şərhlər (0)

Milli Məclisin plenar iclasında dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyət göstərməyən və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin əməkhaqqı 8 000 manatadək olduqda aylıq gəlirlərindən vergi tutulmayacaq.  Əməkhaqqı daha çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14 faizi  həcmində vergi tutulacaq. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur. 

 

Dəyişikliyə əsasən, 01 yanvar 2019-cu ildən Vergi Məcəlləsi üzrə əmək haqqından gəlir vergisi hesablanması 2 kateqoriyaya bölünəcək:

 

- Dövlət və Neft-qaz sahəsində fəaliyyəti olanlar;

- Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin hesablanması................

 

Kateqoriya: Digər | Oxuma sayı: 4910 | Yazar: administrator | Tarix: 2018-12-07 | Şərhlər (0)

  • SON GİRƏN İLK ÇIXAR (Last-In-First-Out = LIFO )üsulu

 

  Qeyd : Xammal və materialların İlk maddə və matrial adlandırılması daha doğru olardı , çünki bəzən müəssisə hazır məhsul alış və satışı ilə məşğul olurki bu zamanda bu metodda hazır məhsula xammal deyilməsi normal olmazdı . 

 

Bu üsulda istehsala(satışa) ilk göndərilən İLK MADDƏ (XAMMAL)və materiallar anbara ən son girən İLK MADDƏ (XAMMAL)və materiallardır . LİFO üsulu FİFO üsulun tam tərsi olan bir üsuldur . LİFO üsulunda hər qrup İLK MADDƏ (XAMMAL)və materiallar özünəməxsus qiymətlər ilə anbar qeydlərinə əlavə edilir . İstehsala göndərilən  İLK MADDƏ (XAMMAL)və materialların qiyməti (maya dəyəri) , anbara son qəbul edilən İLK MADDƏ (XAMMAL)və material qrupunun bir vahdinin qiyməti(maya dəyəri) ilə hesablanır . Əgər anbara qəbul edilən ən son İLK MADDƏ (XAMMAL)və material qrupunun miqdarı istehsal üçün azlıq təşkil edərsə , bu zaman daha öncə qəbul edilmiş qruplardan çatışmayan miqdar qədər istifadə edilir , bu zaman hər qrup istehsala özünə aid qiymət ilə göndərilir .

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 7345 | Yazar: administrator | Tarix: 2018-12-07 | Şərhlər (0)

  • İLK GİRƏN İLK ÇIXAR (First-In-First-Out=FIFO) üsulu

 Qeyd : Xammal və materialların İlk maddə və matrial adlandırılması daha doğru olardı , çünki bəzən müəssisə hazır məhsul alış və satışı ilə məşğul olurki bu zamanda bu metodda hazır məhsula xammal deyilməsi normal olmazdı . 

Bu üsulla qiymətləndirmə zamanı , müəssisənin anbarına müxtəlif qiymətlərlə hissə hissə daxil olmuş İLK MADDƏ ( XAMMAL )və materialların qəbuletmə ardıcıllığı qorunaraq hər bir hissə(qrup) miqdarı və bir vahid qiyməti ayrı ayrılıqda öz qrupuna uyğun şəkildə  hesablanır . Satınalma tarixinə əsasən İLK MADDƏ (XAMMAL)və materiallar qruplaşdırılır .

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 5713 | Yazar: administrator | Tarix: 2018-12-07 | Şərhlər (0)

  1. "Mühasib" sözü ərəb sözü olub hesabat aparan,hazırlayan şəxs mənasını verir.
  2. Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.
  3. Siz mühasibat uçotu haqqında qanunu bu linkdən oxuya bilərsiniz
  4. Mühasibat Uçotunun Beynəlxalq Standartları haqqında məlumatları isə bu linkdən oxuya bilərsiniz .

Məlum məsələdir  ki , indiki dövrdə əksəriyyətimiz Mühasibat uçotu kurslarına yazılırıq .Bu bizə maliyyə sahəsində bilik və bacarıqlarımızı artırmağa kömək edir .Əgər əlavə təhsil xərclərinizin olmasını istəmirisinizsə  Mühasibat Uçotu kitabınını internetdə oxuyaraq da bilik və bacarıqlarınızı artıra bilərsiniz .Həmçinin bu linkdə Mühasibat Uçotu (2018) haqqında məlumatları ishbook.com saytından da əldə edə bilərsiniz .Əlavə olaraq sizin oxuduqdan sonra özünüzü test imatahanı ilə sınayacağınızı nəzərə alıb saytımıza mühasibat uçotu testləri toplusunuda əlavə etmişik .Beləliklə siz mühasibat uçotunun əsaslarını qavrayaraq öz karyeranızda sürətli addım atmış olacaqsınız .Məlum məsələdir digər qanunlar ki , Mühasibat UÇotu haqqında olan qanunlarda dövrün şərtlərinəuyğun olaraq dəyişir və siz mühasibat uçotu haqqında qanuna dəyişiklikləri də hər zaman izləməlisiniz .Mühasibat uçotu terminləri barəsində bu yazının linkində əlavə məlumat vardır .

Yuxarıda qeyd edilən ən son dəyişikliyi "mühasibat uçotu haqqında qanun 2018" adı altında saytımızda yerləşdirdik və eyni zamanda internetsiz ortamda oxumanız üçün mühasibat uçotu haqqında qanunu pdf formatında da saytımıza əlavə etdik . 

Əgər müsahiblərə hazırlıq üçün tez təkrar etmək istəyirsinizsə mühasibat uçotunun növləri , mühasibat uçotunun terminləri , mühasibat uçotunun yeni hesablar planının tətbiqi ,balans hesabatı, maliyyə hesabatları kimi başlıqlar altında olan məlumatlara qısa nəzər yetirməlisiniz .

Mühasibat uçotu aktiv və passivləri özündə əks etdirir hər bir müsəsisənin mühasibatlıq şöbəsi olduğu kimi  audit şöbəsində olamlıdır . Bu səbəbdən muhasibat uçotu və  audit ayrılmaz zəncirdirlər .Mühasibat uçotu və audit , eləcə də vergilər və digər mühasibat sahəsinə aid olan bilikləri qavramaq üçün googleda " muhasibat ucotu aydin kerimov " və ya  "mühasibat uçotu aydın kərimov " yazmağa ehtiyac yoxdur . Çünki bu linkdən biz Sizə Aydın Kərimovun  "Mühasibat uçotu " kitabının linkini veririk .

Mühasibat uçotu anlayışışları içində biri də  " mühasibat uçotu amortizasiya " başlığı altında topladığımız amortizasiyadır .Siz mühasibat uçotunun aparılması qaydalarını da bu sayt vasitsi ilə öyrənəcəksiniz.

Və əminik ki , bu faydalı məlumatlardan sonra siz bir daha " muhasibat ucotu ve audit nedir " deməyəcəksiniz .

Mühasibat uçotu və audit ixtisası yeganə ixtisasdır ki ,bir güllə ilə iki quş vurursan həm mühasib olursan həm də auditor , hər bir şirkətdə bu vəzifələrə daima ehtiyac vardır . Yetər ki bu ixtisasın sahibi mühasibat uçotu haqqında anlayışlara sahib olsun , və özü  "mühasibat uçotu və audit nedir ? " kəliməsinə canl cavab olsun .

Siz " muhasibat ucotu necə aparilir " sualına cavab tapmaq üçün ilk olaraq mühasibat uçotu blankları haqqında oxumalı mühasibat uçotu blankları barəsində anlayışlara sahib olmalı daha sonra isə mühasibat uçotu balans və digər maliyyə hesabatlarını da oxumalısınız .Mühasibat uçotunda muhasibat ucotu balans hesablaribalans arxası hesablar vardır .

Milli mühasibat uçotu standartları ilə yanaşı mühasibat uçotu beynəlxalq standartlarını da öyrənmək lazımdır.

Mühasibat uçotu beynəlxalq standartlarını mühasibat uçotunun beynəlxalq standartları şurası işləyib hazırlamışdır .Milli mühasibat hesablar planı Nazrilər Kabinetinin 30” yanvar 2017-сi il tarixli Q-01 №li Qərarı ilə beynəlxalq mühasibat uçotu hesaplar planına uyğunlaşdırılmışdır .

Mühasibat uçotu dərslərini oxumaqla bərabər siz eyni zamanda mühasibat 1 C programını da öyrənməlisiniz. Bu proqramda muhasibat ucotu debet ve kredit əməliyyatlarını  edərək əl vərdişinizi artıracaqsınız .

Mühasibat uşotu işi ilə əlaqədar vakansiyaları isə bu linkdən izləyə bilərsiniz .

Sizə uğurlar arzulayırıq ...

 

Oxuma sayı: 1728 | Yazar: administrator | Tarix: 2018-12-06 | Şərhlər (0)

Şənbə, 2019-09-21, 1:48 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Sentyabr 2019  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
1234567
891011121314
15161718192021
22232425262728
2930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac

Hosted by uCoz