Vakansiya saytı
ishbook

Yararlı məqalələr


Mühasibat uçotu [50]Bank [0]Maliyyə hesabatları [5]
Marketing [4]SEO [2]Digər [6]
Elektro dərs [2]Programlaşdırma dilləri - İT [0]Kitab [0]
AR Qanunları [0]

1 2 3 ... 7 8 »
SUMIFS Funksiyası

SUMIF funksiyasından fərqli olaraq, bir neçə kriteriyaya (meyar) əsasən toplama əməliyyatı aparır. Microsoftun saytında yazılan məlumata əsasən maksımum 127 kriteriya seçilə bilər, ancaq təcrübəmdə 7-dən çox kriteriyaya ilə rastlaşmamışam.

sumifs funksiyası

Kateqoriya: Digər | Oxuma sayı: 2048 | Yazar: administrator | Tarix: 2019-01-03 | Şərhlər (0)

SUMIF Funksiyası

Tək bir kriteriya üzrə toplama əməliyyatı aparır. Referans verilən sütunlarda (diapazon) bizim kriteriyaya uyğun gələn sətrləri, bizim göstərdiyimiz rəqəm sütunundan (toplama diapazonu) toplayır. Üç arqumenti vardır:

  1. =SUMIF(diapazon; meyar; toplama diapazonu)
  2. =SUMIF(range; criteria; sum range)

 

 

sum if funksiyası

Oxuma sayı: 1324 | Yazar: administrator | Tarix: 2019-01-03 | Şərhlər (0)

mühasibat uçotu

Ön Mühasibat: Müəssisələrin təməl mühasibat əməliyyatlarını təqib etməkdir.

   - Ön mühasibat müəssisənin pulla ifadə edilən əməliyyatlarını yəni, müəssisədə nağd pulu, anbarları, müştəriləri, çekləri, ehtiyatları, bank hesabları kimi təməl ünsürlərinin qeydlərini və bunların hərəkətlərini təqib etmək üçün istifadə edilir.


Ön mühasibatda aşağıdakı əsas əməliyyatlar aparılır:

 

  1. Kassa Hesabı əməliyyatlarının qeydiyyatı
  2. Müştəri (Cari) Hesabı əməliyyatlarının qeydiyyatı
  3. Faktura / Sənəd əməliyyatlarının qeydiyyatı
  4. Ehtiyyatların Giriş və Çıxış əməliyyatlarının qeydiyyatı
  5. Müştəri Çek/Sənədləri əməliyyatlarının qeydiyyatı
  6. Müəssisə Çek / Sənədləri  əməliyyatlarının qeydiyyatı
  7. Bank Hesabı əməliyyatlarının qeydiyyatı və sair.

 

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 1460 | Yazar: administrator | Tarix: 2019-01-02 | Şərhlər (0)

Ödəmə mənbəyindən tutulan vergilərin növləri ilə aşağıda tanış ola biləcəksiniz (dividend, icarə və s.). 

 

Maddə 122. Ödəmə mənbəyində dividenddən vergi tutulması

122.1. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

122.2. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.

Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.

122.3. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 270 | Yazar: administrator | Tarix: 2019-01-01 | Şərhlər (0)

Mühasibat uçotu haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Fəsil I

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 1. Qanunun təyinatı

 

1.1. Bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra mətndə - mühasibat uçotu subyektləri adlandırılacaq) tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir.

1.2. Azərbaycan Respublikasının ərazisində qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla icra hakimiyyəti orqanları və büdcədənkənar dövlət fondları tərəfindən onların səlahiyyətləri daxilində işlənib hazırlanmış mühasibat uçotu ilə əlaqədar bütün normativ hüquqi aktlar, habelə tövsiyə xarakteri daşıyan sənədlər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq, təsdiq edildikdən sonra tətbiq edilə bilər. [1]

 

davamını oxu ........

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 258 | Yazar: administrator | Tarix: 2018-12-31 | Şərhlər (0)

emek haqqi 2019

"ƏMƏK HAQQI 2019" CƏDVƏLİNİ BU LİNKDƏN YÜKLƏYİN

2019-cu ilin əvvəlindən əmək haqqınızdan nə qədər vergi və digər büdcə ödəmələri tutula bilər?

Vergi qanunvericiliyinə təklif edilən dəyişiklərə görə isə, qeyri neft-qaz və dövlət sektorunda çalışmayan və 8000 manata kimi olan əməkhaqqı alanlar gəlir vergisi verməyəcək. Bu vergi daha əvvəl 2500 manata qədər əməkhaqqı alanlar üçün 14 faiz, daha çox alanlar üçün isə 25 faiz idi. mək müqaviləniz varsa, nə qədər ödəyəcəksiniz? Dəyişiklərə əsasən, sosial sığorta, işçinin ümumi əmək haqqından 25 faiz hesablanırdı. Bunun bir hissəsini işçi, digərini isə işverən ödəməli idi.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 2878 | Yazar: administrator | Tarix: 2018-12-31 | Şərhlər (0)

kassa  Bütün müəssisələrdə nəğd pulun saxlan­ma­sı və həmin pul vəsaiti ilə hesablaşmalar aparmaq üçün kassa yaradılır. Azərbaycan Respublikasında kassa əməliyyatlarının aparılması Milli Bankın 6 aprel 1993-cü il tarixli «Xalq təsərrüfatında kassa əmə­liy­­yatlarının aparılması qaydaları» na dair təlimatla tən­zim­lənir. Kassalarda nəğd pul qalığı limitləri və mədaxildən istifadə normaları həmin müəssisələrin rəhbərləri ilə ra­zı­laş­dırılmaqla bank idarələri tərəfindən müəyyən olu­nur. Lazım gəldikdə həmin limitlər nəzərdən keçirilib də­yiş­di­ri­lə bilər. Müəssisə və təşkilatlar üçün kassa limitinin məb­ləği onların aylıq əmək haqqı fondunun 5 faizindən çox olmamalıdır. Nəğd pul vəsaiti təyinatı üz­rə xərclənmədikdə və kassa limitinə riayət edilmədikdə mü­əssisəyə qarşı bank tərəfindən cərimə sanksiyaları tət­biq edilə bilər.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 769 | Yazar: administrator | Tarix: 2018-12-13 | Şərhlər (0)

  • ORTALAMA ÜSULU

 

Müəssisələrdə istehsala göndərilən ilk maddə(xammal) və matrealların alınma qiymətlərinə görə qruplaşdırmaq bəzən çox çətin olur , yəni istehsala göndərilən ilk maddə və matrealın hansı satınalma qrupundan olduğuna fiziki və sistem üzərindən nəzarət etmək çox çətin olur . Bu zaman biz Ortalama Maya Dəyəri üsulundan istifadə edərək , istehsala göndərilən ilk maddə(xammal) və matrealların maya dəyərini hesablaya bilərik .

Bu üsulla , istehsala göndərilən və anbarda qalan ilk maddə(xammal)  və matrealların bir vahidinin ortalama qiyməti(maya dəyəri) hesablanaraq tapılır . Bu qiymət həm istehsala göndərilən , həm də anbarda qalan ilk maddə və matrealın ortalama qiyməti(maya dəyəri) olur .

İstehsalda istifadə olunan ilk maddə və matrealların bazar qiymətinin tez-tez dəyişməsi ,  bunların az miqdarlarla və aşağı qiymətlə olması , həmçinin istehsala da az miqdarlarla göndərilməsi halında Ortalama Maya Dəyəri üsulundan istifadə olunması daha məqsədəuyğundur .

Bu üsuldan istifadə olunması asan bir metoddur .

Düstur:

 ortalama-maya-deyeri-hesablama

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 3323 | Yazar: administrator | Tarix: 2018-12-11 | Şərhlər (0)

  • İstehsal xərcləri, onun mahiyyəti və təsnifatı. 

blog/i_stehsal_x_rcl_ri_onun_mahiyy_ti_v_t_snifati/2018-12-11-72

İstehsal xərcləri bir sıra iqtisadi kateqoriyaların formalaş­ma­sın­da əsaslı rol oynamaqla (qiymət, mənfəət, rəqabətqabiliy­yətlilik və s.) mü­hüm təcrübi əhəmiyyət daşıyır. Aqrar bazar şəraitində is­te­h­sal xərcləri xüsusi rola malikdir. Belə ki, çoxsaylı əmtəə is­te­h­sal­çısının möv­cud olduğu kənd təsər­rüfa­tında istehsal xərclərini formalaşdıran maddi-texniki resurslara, göstərilən iş və xidmətlərə görə xərclər məh­sul istehsalına çəkilən xərclərin müəyyən hissə­si­ni formalaşdırır. Bu baxımdan aqrar bazara çıxarılacaq kənd təsər­rü­fatı məhsulları istehsalı xərcləri daxili və xarici xərclər kimi təs­nif­ləşdirilir.

Daxili xərclərə istehsal prosesində müəssisələrin özünə məx­sus olan resurslardan istifadəyə çəkilən xərclərdən iba­rətdir. Məsə­lən, kənd təsərrüfatı müəssisələri istehsal etdiyi bəzi məhsulların müəy­yən hissəsini toxum kimi saxlamaqla növbəti istehsal döv­rün­də istifadə edir (məsələn, taxıl məhsulu). Həmçinin istehsal et­diyi yem məh­sul­larının müəyyən hissəsini heyvandarlığın inki­şa­fına yönəldir. Müəssisələrin malik olduğu bina və qurğulara, ma­şın və avadan­lıqla­ra çəkilən xərclər də daxili xərclərə aid edilir.

Xarici xərclərə kənardan  alınan xammal, yanacaq, gübrə­lər, elek­­trik enerjisi, yemlər, muzdla cəlb olunmuş əmək ehti­yatlarına və nəqliyyata çəkilən xərclər və s. daxildir.

Oxuma sayı: 3149 | Yazar: administrator | Tarix: 2018-12-11 | Şərhlər (0)

ƏSAS ANLAYIŞLAR

Maliyyə hesabatları – İçtimaiyyətin məlumat ehtiyaclarına cavab verən, Standartın tətbiqi üzrə tələblərinə uyğun olaraq müəyyən olunmuş qaydada müəssisə tərəfindən tərtib, təqdim və dərc olunmuş “Mühasibat balansı”, “Mənfəət və zərər haqqında hesabat”, “Kapitalda dəyişiklər haqqında hesabat”, “Pul vəsaitinin hərəkəti haqqında hesabat” və “Uçot siyasəti və izahlı qeydlərdən” ibarət olan ümumi təyinatlı hesabatlardır.

 

Qiymətləndirmə əsasları – maliyyə hesabatlarında göstərilmiş uçot qiymətlərinə nail olmaq üçün müəssisə istifadə edilən hesablama metodologiyalarından birinə əsaslanır. Məsələn,  müəssisə tərəfindən onun ehtiyatlarının qiymətləndirilməsi zamanı “ilk mədaxil-ilk məxaric” və ya “orta qiymət” metodu, amortizasiyanın hesablanması zamanı isə düz-xətt metodu və ya azalan qalıq metodu tətbiq edilə bilər.

Kateqoriya: Maliyyə hesabatları | Oxuma sayı: 332 | Yazar: administrator | Tarix: 2018-12-10 | Şərhlər (0)

Çərşənbə axşamı, 2019-03-19, 1:41 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Mart 2019  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac