Vakansiya saytı
ishbook

Yararlı məqalələr


6:14 PM
11 saylı “Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar)” yarımbölməsi

11 saylı “Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar)” yarımbölməsi

11 saylı “Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar)” yarımbölməsi təsərrüfat subyektinin mülkiyyətində olan əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Obyektlərin əsas vəsaitlərə aid edilmə qaydası, onların tərkibi, amortizasiya olunması və qiymətdəndüşməsi qaydaları BMHS tələblərinə müvafiq olaraq nizamlanır.

11 saylı “Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar)” yarımbölməsi aşağıdakı hesablar qrupundan ibarətdir:

111- Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar) – ilkin dəyər

112- Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar) – amortizasiya

113- Əsas vəsaitlərlə (torpaq, tikili və avadanlıqlarla) bağlı məsrəflərin kapitallaşdırılması

111- Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar) – ilkin dəyər hesabında əsas vəsaitlərin uçotu uçün nəəzərdə tutulmuşdur və əsas vəsaitlər növlər üzrə ayrılırlar. Əsas vəsaitlərin növü – müəssisənin fəaliyyət xarakterinə və istifadəsinə görə eyni olan aktivlərin birləşməsidir.

Ayrı-ayrı növlərin nümunələri aşağıdakılardır və 111 saylı hesabın sub-hesablarını və sub-subhesablarını təşkil edirlər:

1) Binalar

2) Quqğular

3) Ötürücü qurğular

4) Maşın və avadanlıqlar

      a) Güc maşınları və avadanlıqları

b) İş maşınları və avadanlıqları

    c) Ölçü cihacları

    d) Tənzimləyici cihazlar

5) Hesablama texnikası

6) Nəqliyyat vasitələri

    a) Minik avtomobilləri

    b) Yük avtomobilləri

    c) Avtobuslar

    d) Elektrovozlar

    e) Teplovozlar

    f) Vaqonlar

    g) Sisternlər

    h) İstehsal nəqliyyatı

7) İstehsal alətləri və təsərrüfat inventarları

8) Kitabxana fondu

9) Sair əsas vəsaitlər

10)Torpaq

 

Əsas vəsaitlərin növündən asılı olaraq hər bir subhesaba və sub-subhesaba aid olan əsas vəsaitlər üzrə onlara sintetik hesablar açılır.

Aktiv kimi ilk dəfə qəbul edildikdən sonra əsas vəsaitlər yığılmış amartizasiya və qiymətin aşağı düşməsindən yığılmış zərərlər çıxıldıqdan sonra maya dəyəri ilə və ya yenidən qiymətləndirmə dəyəri ilə uçota alınırlar.

112- Torpaq, tikili və avadanlıqlar – amortizasiya və qiymətdəndüşməsi” hesabı əsas vəsaitlərin amartizasıyanın və qiymətdən düşmədən zərərlərin yığılması üçün istifadə edilir və 111 saylı hesabın müvafiq subhesablarına uyğun olaraq açılan subhesablarda aparılır. Əsas vəsaitlərə amortizasiya inların səmərəli istismar müddətinə müvafiq olaraq hesablanır.

113- Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması” hesabında əsas vəsaitlərin əldə edilməsi ilə bağlı məsrəflər, yəni əsas vəsaitlərin ilkin dəyəri, digər sözlə əldə edilmə ilə bağlı ödənilmiş pul və ya pul ekvivalentləri uçota alınır.

 

Əvvəlki dərs              Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 123 | Yazar: administrator | Teqlər: 11 saylı “Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar)” yarımbölmə | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Çərşənbə, 2019-06-26, 9:43 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac