Vakansiya saytı
ishbook

Yararlı məqalələr


6:44 PM
17 saylı “Uzunmüddətli debitor borcları” yarımbölməsi

17 saylı “Uzunmüddətli debitor borcları” yarımbölməsi

17 saylı “Uzunmüddətli debitor borcları” yarımbölməsi uzunmüddətli debitor borclarının uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

171- Alıcılar və sifarişçilərdən uzunmüddətli debitor borcları

172- Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları

173- Əsas idarə heyətinin uzunmüddətli debitor borcları

174- İcarə üzrə uzunmüddətli debitor borcları

175- Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları

176- Faizlər üzrə uzunmüddətli debitor borcları

177- Digər uzunmüddətli debitor borcları

 

171- Alıcı və sifarişçilərin üzunmüddətli borcları hesabında bir ildən artıq müddətə olan satılmış aktivlər və göstərilmiş xidmətlərə görə alıcı və sifarişçilərlə olan hesablaşmalardan əməliyyatlar əks etdirilir. Hesab üzrə analitik uçot hər bir alıcı və sifarişçi üzrə ayrı-ayrılıqda aparılır və hesaba milli və xarici valyutada olan debitor borclarını tənzimləmək məqsədilə müvafiq olaraq 01 və 11 saylı subsubhesablar açılır. Göstərilən sub-subhesablar bütün uzunmüddətli və qısamüddətli debitor borclarına, həmçinin bütün uzunmüddətli və qısamüddətli öhdəliklərin uçota alınmsında istifadə edilən hesablar və sub-hesablara da tətbiq edilir.

172- Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları hesabında bir ildən artıq müddətə olan satılmış aktivlər və göstərilmiş xidmətlərə görə törəmə müəssisələrlə olan hesablaşmalardan əməliyyatlar və törəmə müəssisələrin digər debitor borcları əks etdirilir.

173- Əsas idarə heyətinin uzunmüddətli debitor borcları hesabında müəsisənin ştatında olan əməkdaşların hesabat tarixinə ödəmə müddəti bir ildən artıq olan debitor borcları, həmçinin işçi tərəfindən bir ildən artıq müddətə olan vurulmuş maddi zərərin (çatışmamazlığın, oğurluğun, xarabolmanın və sair ) əvəzinin ödənilməsi ilə bağlı hesablaşmalar əks etdirilir.

174- İcarə üzrə uzunmüddətli debitor borcları hesabında növbəti dövrlər üçün maliyyə icarəsinə görə icarə ödənişlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icarə ilə bağlı digər uzunmüddətli debitor borcları uçota alınır.

175- Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları hesabında növbəti dövrlərdə başa çatdırılması nəzərdə tutulan tikinti işlərinə görə ödənişlərin həyata keçirilməsi ilə bağlı xərclər və tikinti işləri ilə bağlı digər uzunmüddətli debitor borcları uçota alınır.

176- Faizlər üzrə uzunmüddətli debitor borcları hesabında mailiyyə icarəsi ilə əlaqədar hesablanmış mükafatlardan uzunmüddətli debitor borcunun hərəkəti, təqdim edilmiş istiqrazlarla əldə edilmiş maliyyə investisiyaları ilə, etibarlı idarəetmə ilə bağlı əməliyyatlar və digər alınası uzunmüddətli mükafatlandırılmalar əks etdirilir.

177- Sair uzunmüddətli debitor borcları hesabında əvvəlki qruplarda göstərilməyən, sair uzunmüddətli debitor borcları, məsələn alınmış veksellərə görə uzunmüddətli borclar, sığorta haqqları ilə bağlı əməliyyatlar əks etdirilir.

 

 

 

 

Əvvəlki dərs             Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 450 | Yazar: administrator | Teqlər: 17 saylı “Uzunmüddətli debitor borc | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Bazar ertəsi, 2019-01-21, 7:17 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac