Vakansiya saytı
ishbook

Yararlı məqalələr


6:48 PM
18 saylı “ Sair uzunmüddətli maliyyə aktivləri” yarımbölməsi

18 saylı “ Sair uzunmüddətli maliyyə aktivləri” yarımbölməsi

18 saylı “Sair uzunmüddətli maliyyə aktivləri” yarımbölməsi yuxarıdakı yarımbölmələrdə nəzərdə tutulmayan, uzunmüddətli maliyyə aktivlərinin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

181- Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar

182- Uzunmüdətli verilmiş borclar

183- Digər uzunmüddətli investisiyalar

184- Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər (ehtiyatlar)

 

181- Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar hesabında təşkilat tərəfindən təqdim edilmiş istiqraz və debitor borclarından başqa təsbit edilmiş və ya təyin edilmiş ödəniş və ödəniş müddəti olan uzunmüddətli maliyyə aktivləri uçota alınır ki, onların ödəniş müddətinədək əlavə edilməsi təşkilat tərəfindən qəti müəyyən edilmişdir.

182- Uzunmüddətli verilmiş borclar hesabında müəssisə tərəfindən digər müəssisələrə və ya şəxslərə verilmiş, faiz gəlirləri gətirməsi nəzərdə tutulan və ya tutulmayan borc vəsaitlərinin uşotu əks etdirilir.

183- Digər uzunmüddətli investisiyalar hesabında satılmaq üçün nəzərdə tutulmuş, mövcud olan və yuxarıdakı bəndlərdə açıqlanmayan, ödəniş müddəti bir ildən artıq olan investisiyalar uçota alınır, o cümlədən təqdim edilmiş istiqrazlar və debitor borcları, ödənişdən əvvəl tutulmuş investisiyalar.

184- Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər (ehtiyatlar) hesabında 18 saylı “Sair uzunmüddətli maliyyə aktivləri” yarımbölməsinin 181-183 saylı hesabları üzrə aktivlərin qiymətinin azalmasına görə ehtiyatların yaradılması və uçotu əks etdirilir.

 

 

 

 

Əvvəlki dərs               Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 852 | Yazar: administrator | Teqlər: 18 saylı “ Sair uzunmüddətli maliyy | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Çərşənbə, 2019-06-26, 9:14 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac