Vakansiya saytı
ishbook

Yararlı məqalələr


Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 634 | Yazar: administrator | Tarix: 2018-12-02 | Şərhlər (0)

Əlavə kapitalın yaranması və uçotu

Əlavə kapital

 

Əlavə kapital - maliyyə vəsaitlərinin daxili mənbələrindən biri hesab olunur, əsasən dövriyyədən kənar aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində aşkar edilən, onların dəyərinin artması, əvəzsiz alınmış qiymətlilər, cmissiyon gəlirlərin hesabına yaranır. Əlavə kapitalın yaranması qaydası normativ aktlarla nizama salınır.

Əlavə kapital xüsusi maliyyə resurslarının mənbələrini artırır. Yuxarıda qeyd olunduğu kimi, əmlakın yenidən qiymətləndirilməsi zamanı onun dəyərinin artması, səhmlərin əlavə emissiyası, habelə, əvəzsiz alınmış qiymətlilərin hesabına yaranır.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 1254 | Yazar: administrator | Tarix: 2018-12-02 | Şərhlər (0)

Nizamnamə kapitalının uçotu

nizamname kapitali

Nizamnamə kapitalı - yarandığı və müvafiq orqanlarda qeydiyyatdan keçdiyi zaman təşkilata onun mülkiyyətçisi tərəfindən qoyulan vəsaitlərin məbləğidir. Bazar iqtisadiyyatına keçənə qədər təşkilata lazım olan vəsaitlər dövlət tərəfindən ayrılırdı. Onların dəyəri təşkilatın nizamnaməsində əks olunurdu. Fəaliyyət prosesində nizamnamə kapitalı dövlət orqanları tərəfindən müəyyən edilən qaydalar üzrə artırdı və ya azalırdı. Öz fəaliyyətini bazar iqtisadiyyatında həyata keçirən təşkilatlar kommersiya əsasında təşkil olunurlar. Bunun üçün bir neçə hüquqi və fiziki şəxslər, əmanətçi-payçıların kollektivləri və ya səhmdarların korporasiyaları nizamnamə kapitalına pul məbləğlərini və ya qiymətliləri qoymaq yolu ilə kollektiv və ya korporativ mülkiyyət yaradırlar. Fəaliyyət göstərən dövlət təşkilatlan öz nizamnamə kapitalını bazar iqtisadiyyatını tətbiq etməklə kommersiyaya oxşar olaraq yenidən yaradırlar.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 556 | Yazar: administrator | Tarix: 2018-12-02 | Şərhlər (0)

Şübhəli borclar üzrə ehtiyatın uçotu

debitor borclar

 

Məhsulların göndərilməsi üzrə satışdan olan vəsaitlərin müəyyən edilməsi metodunu tətbiq edən təşkilatlara, hüquqi və fiziki təşkilatlara hesablaşmalar üzrə şübhəli borcların kompensasiya ehtiyatlarını yaratmağa icazə verilir. Vaxtında Ödənilməyən və müvafiq zəmanətlə təmin olunmayan təşkilatların və vətəndaşların debitor borcu, şübhəli borc hesab olunur (misal üçün, girov öhdəliyi). Belə borcların ehtiyatını, təşkilatların debitor borclarının inventar- laşması aparıldıqdan və hər bir şübhəli borc üzrə onun ödənilməsi ehtimalını əks etdirdikdən sonra ilin axırına yaratmaq məsləhət görülür. Əgər belə borcun tutulması üzrə bütün tədbirlər, kreditorun fikrinə görə istifadə olunubsa və səmərəsiz olubsa, təşkilatın ümidsiz borcların yaradılmış ehtiyatların hesabına gələn ildə silinməsi mümkünlüyünə mənfəətin müəyyən məbləğini ehtiyatlandırmaq hüququ vardır.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 931 | Yazar: administrator | Tarix: 2018-12-02 | Şərhlər (0)

Ehtiyat kapitalının uçotu

       ehtiyyat-kapital-ishbook     

(Mühasibat uçotu və Audit)

 

Bazar iqtisadiyyatı şəraitində ehtiyat kapitallarının və ödəmələrinin yaradılması və düzgün istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.

Səhmdar cəmiyyəti və birgə təşkilatlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ehtiyat kapitalını məcburi qaydada yaradırlar. Öz baxışlarına görə onu digər təşkilatlar da yarada bilər. Səhmdar cəmiyyətinin ehtiyat kapitalı zərərlərin örtülməsi üçün, habelə cəmiyyətin istiqrazlarının ödənilməsi və digər vəsaitlər olmadığı halda cəmiyyətin səhmlərini satın almaq üçün istifadə edilir. Digər təşkilatlarda ehtiyat kapitalının istifadə edilməsi istiqamətləri onların nizamnaməsi ilə müəyyən edilir.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 1319 | Yazar: administrator | Tarix: 2018-12-02 | Şərhlər (0)

  • Gerçək Partiya Üsulu

Nəzəri olaraq , istehsal və satınalma xərclərinin , bir başa  aid olduqları məhsul və ya xidmətlərə yüklənməsi vacibdir . Gerçək Partiya üsulunda , ilk maddə/matrialların maya dəyərləri satın alınarkən qiymətləndirilir . Satın alınan İLK MADDƏ (XAMMAL)və matrialların hər qrupu öz qiymətlərinə uyğun olaraq ayrı ayrılıqda anbara daxil edilir .Və müəssisənin anbarında bir vahidinin qiymətinə (maya dəyərinə) görə ayrılan İLK MADDƏ (XAMMAL)və matrial qrupları formalaşır . Gerçək Partiya üsulunda istehsala göndərilən İLK MADDƏ (XAMMAL)və matriallar , hansı satınalma qiyməti qrupundandırsa , o qrupun (partiyanın) bir vahidinə düşən maya dəyəri (qiyməti) istifadə olunaraq istehsala göndərilən İLK MADDƏ (XAMMAL)və matrialların maya dəyəri hesablanır . Dövrün sonunda anbarda İLK MADDƏ (XAMMAL)və matrial qruplarından hansının qalığı qalmışdırsa , o qrupun satınalma qiyməti ilə hesablanaraq , dövr sonuna anbar qalığı məbləği tapılır .

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 614 | Yazar: administrator | Tarix: 2018-12-02 | Şərhlər (0)

Bazar, 2019-05-19, 1:46 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac