Vakansiya saytı
ishbook

Yararlı məqalələr


Elektrik gücünün tərkib hissəsi olan cərəyan şiddəti və gərginliyi dəyişdirmək üçün istifadə olunan statik elektrik maşınlarına transformator deyilir. Yəni girişinə tətbiq olunan alternativ gərginliyin tezliyini dəyişdirmədən gərginlik dəyərini dəyişdirərək  çıxışa verən bir elektrik cihazıdır. Enerjini transformatorlarda çevirmək, yəni elektrik enerjisini mexaniki  enerjiyə çevirmək mümkün deyil.

transformator

 

  • Güc transformatorları 

Paylayıcı elektrik şəbəkələrinin ən əsas avadanlığı güc transformatoru (döyünən ürək) sayılır.

Güc transformatoru (şəkil 4.1) – gücü
(transformatorun öz itkisinin nəzərə almasaq) və tezliyi dəyişmədən gərginliyi bir qiymətdən digər qiymətə çevirmək üçün nəzərdə tutulmuş elektrik avadanlığıdır.   guc transformatoru

Bu transformatorun iş prinsipi elektromaqnit induksiya qanununa əsaslanır və gərginliyin qiyməti dəyişən zaman cərəyanın
qiyməti də dəyişir. Transformatora verilən gərginlik yüksəldilirsə transformatora yüksəldici, verilən gərginlik alçaldılırsa, transformator
alçaldıcı adlanır. Güc transformatoru elektrostatik avadanlıq olduğundan (hərəkət edən hissə olmadığından) onun f.i.ə. təqribən 99 %-ə yaxındır.

Kateqoriya: Elektro dərs | Oxuma sayı: 3025 | Yazar: administrator | Tarix: 2018-12-07 | Şərhlər (0)

Milli Məclisin plenar iclasında dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyət göstərməyən və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin əməkhaqqı 8 000 manatadək olduqda aylıq gəlirlərindən vergi tutulmayacaq.  Əməkhaqqı daha çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14 faizi  həcmində vergi tutulacaq. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur. 

 

Dəyişikliyə əsasən, 01 yanvar 2019-cu ildən Vergi Məcəlləsi üzrə əmək haqqından gəlir vergisi hesablanması 2 kateqoriyaya bölünəcək:

 

- Dövlət və Neft-qaz sahəsində fəaliyyəti olanlar;

- Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin hesablanması................

 

Kateqoriya: Digər | Oxuma sayı: 4762 | Yazar: administrator | Tarix: 2018-12-07 | Şərhlər (0)

  • SON GİRƏN İLK ÇIXAR (Last-In-First-Out = LIFO )üsulu

 

  Qeyd : Xammal və materialların İlk maddə və matrial adlandırılması daha doğru olardı , çünki bəzən müəssisə hazır məhsul alış və satışı ilə məşğul olurki bu zamanda bu metodda hazır məhsula xammal deyilməsi normal olmazdı . 

 

Bu üsulda istehsala(satışa) ilk göndərilən İLK MADDƏ (XAMMAL)və materiallar anbara ən son girən İLK MADDƏ (XAMMAL)və materiallardır . LİFO üsulu FİFO üsulun tam tərsi olan bir üsuldur . LİFO üsulunda hər qrup İLK MADDƏ (XAMMAL)və materiallar özünəməxsus qiymətlər ilə anbar qeydlərinə əlavə edilir . İstehsala göndərilən  İLK MADDƏ (XAMMAL)və materialların qiyməti (maya dəyəri) , anbara son qəbul edilən İLK MADDƏ (XAMMAL)və material qrupunun bir vahdinin qiyməti(maya dəyəri) ilə hesablanır . Əgər anbara qəbul edilən ən son İLK MADDƏ (XAMMAL)və material qrupunun miqdarı istehsal üçün azlıq təşkil edərsə , bu zaman daha öncə qəbul edilmiş qruplardan çatışmayan miqdar qədər istifadə edilir , bu zaman hər qrup istehsala özünə aid qiymət ilə göndərilir .

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 7316 | Yazar: administrator | Tarix: 2018-12-07 | Şərhlər (0)

  • İLK GİRƏN İLK ÇIXAR (First-In-First-Out=FIFO) üsulu

 Qeyd : Xammal və materialların İlk maddə və matrial adlandırılması daha doğru olardı , çünki bəzən müəssisə hazır məhsul alış və satışı ilə məşğul olurki bu zamanda bu metodda hazır məhsula xammal deyilməsi normal olmazdı . 

Bu üsulla qiymətləndirmə zamanı , müəssisənin anbarına müxtəlif qiymətlərlə hissə hissə daxil olmuş İLK MADDƏ ( XAMMAL )və materialların qəbuletmə ardıcıllığı qorunaraq hər bir hissə(qrup) miqdarı və bir vahid qiyməti ayrı ayrılıqda öz qrupuna uyğun şəkildə  hesablanır . Satınalma tarixinə əsasən İLK MADDƏ (XAMMAL)və materiallar qruplaşdırılır .

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 5679 | Yazar: administrator | Tarix: 2018-12-07 | Şərhlər (0)

Cümə, 2019-07-19, 0:43 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac