Vakansiya saytı
ishbook

Yararlı məqalələr


  • ORTALAMA ÜSULU

 

Müəssisələrdə istehsala göndərilən ilk maddə(xammal) və matrealların alınma qiymətlərinə görə qruplaşdırmaq bəzən çox çətin olur , yəni istehsala göndərilən ilk maddə və matrealın hansı satınalma qrupundan olduğuna fiziki və sistem üzərindən nəzarət etmək çox çətin olur . Bu zaman biz Ortalama Maya Dəyəri üsulundan istifadə edərək , istehsala göndərilən ilk maddə(xammal) və matrealların maya dəyərini hesablaya bilərik .

Bu üsulla , istehsala göndərilən və anbarda qalan ilk maddə(xammal)  və matrealların bir vahidinin ortalama qiyməti(maya dəyəri) hesablanaraq tapılır . Bu qiymət həm istehsala göndərilən , həm də anbarda qalan ilk maddə və matrealın ortalama qiyməti(maya dəyəri) olur .

İstehsalda istifadə olunan ilk maddə və matrealların bazar qiymətinin tez-tez dəyişməsi ,  bunların az miqdarlarla və aşağı qiymətlə olması , həmçinin istehsala da az miqdarlarla göndərilməsi halında Ortalama Maya Dəyəri üsulundan istifadə olunması daha məqsədəuyğundur .

Bu üsuldan istifadə olunması asan bir metoddur .

Düstur:

 ortalama-maya-deyeri-hesablama

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 3358 | Yazar: administrator | Tarix: 2018-12-11 | Şərhlər (0)

  • İstehsal xərcləri, onun mahiyyəti və təsnifatı. 

blog/i_stehsal_x_rcl_ri_onun_mahiyy_ti_v_t_snifati/2018-12-11-72

İstehsal xərcləri bir sıra iqtisadi kateqoriyaların formalaş­ma­sın­da əsaslı rol oynamaqla (qiymət, mənfəət, rəqabətqabiliy­yətlilik və s.) mü­hüm təcrübi əhəmiyyət daşıyır. Aqrar bazar şəraitində is­te­h­sal xərcləri xüsusi rola malikdir. Belə ki, çoxsaylı əmtəə is­te­h­sal­çısının möv­cud olduğu kənd təsər­rüfa­tında istehsal xərclərini formalaşdıran maddi-texniki resurslara, göstərilən iş və xidmətlərə görə xərclər məh­sul istehsalına çəkilən xərclərin müəyyən hissə­si­ni formalaşdırır. Bu baxımdan aqrar bazara çıxarılacaq kənd təsər­rü­fatı məhsulları istehsalı xərcləri daxili və xarici xərclər kimi təs­nif­ləşdirilir.

Daxili xərclərə istehsal prosesində müəssisələrin özünə məx­sus olan resurslardan istifadəyə çəkilən xərclərdən iba­rətdir. Məsə­lən, kənd təsərrüfatı müəssisələri istehsal etdiyi bəzi məhsulların müəy­yən hissəsini toxum kimi saxlamaqla növbəti istehsal döv­rün­də istifadə edir (məsələn, taxıl məhsulu). Həmçinin istehsal et­diyi yem məh­sul­larının müəyyən hissəsini heyvandarlığın inki­şa­fına yönəldir. Müəssisələrin malik olduğu bina və qurğulara, ma­şın və avadan­lıqla­ra çəkilən xərclər də daxili xərclərə aid edilir.

Xarici xərclərə kənardan  alınan xammal, yanacaq, gübrə­lər, elek­­trik enerjisi, yemlər, muzdla cəlb olunmuş əmək ehti­yatlarına və nəqliyyata çəkilən xərclər və s. daxildir.

Oxuma sayı: 3202 | Yazar: administrator | Tarix: 2018-12-11 | Şərhlər (0)

Bazar, 2019-05-19, 1:44 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac