Vakansiya saytı
ishbook

Blog


7:09 PM
2019-cu ildə əmək haqqı necə hesablanacaq ? 2019-cu ildən əmək haqqının hesablanması qaydaları .

Milli Məclisin plenar iclasında dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyət göstərməyən və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin əməkhaqqı 8 000 manatadək olduqda aylıq gəlirlərindən vergi tutulmayacaq.  Əməkhaqqı daha çox olduqda isə 8 000 manatdan çox olan məbləğin 14 faizi  həcmində vergi tutulacaq. Yeni yanaşmanın 2019-cu il yanvarın 1-dən 7 il müddətində tətbiqi nəzərdə tutulur. 

 

Dəyişikliyə əsasən, 01 yanvar 2019-cu ildən Vergi Məcəlləsi üzrə əmək haqqından gəlir vergisi hesablanması 2 kateqoriyaya bölünəcək:

 

- Dövlət və Neft-qaz sahəsində fəaliyyəti olanlar;

- Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən verginin hesablanması.

 

 

Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üçün əmək haqqından gəlir vergisinin hesablanması aşağıdakı kimi olacaq:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2500 manatadək

14 faiz

2500 manatdan çox olduqda

350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

8000 manatadək

0 faiz

8000 manatdan çox olduqda

8000 manatdan çox olan məbləğin 14 faizi

İndi misalla izah etməyə çalışaq:

Deyək ki, vətəndaş hər ay 500 AZN əmək haqqı alır. Dövlət və neft-qaz sahəsində fəaliyyəti olanlar üzrə sosial sığorta ayırmaları və vergi ödənişlərini hesablayaq:  

1000 AZN- 200 AZN (2500 manata qədər 200 manat güzəşt olunur) = 800 AZN.

800:100x14% = 112 AZN (gəlir vergisi)

(1000-200)x10%+6 =86 AZN (sosial sığortaya ayırmalar)  

1000x2%=20 AZN (həmkarlar ittifaqına ödəniş)

Cəmi - 88 AZN

1000-218= 782 AZN

Beləliklə, dövlət və neft-qaz sahəsində ayda 1000 manata çalışan işçilər bu ödənişlərdən sonra əllərinə təmiz 782 AZN alacaqlar.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar üzrə sosial sığorta ayırmaları  və vergi ödənişlərini hesablayaq:

1000 AZN - 200 AZN (2500 manata qədər 200 manat güzəşt olunur) = 800 AZN.

Gəlir vergisi – 0%. (8000 manata qədər gəlir vergisi üzrə güzəşt olunur)

6+(1000-200)x10% = 86 AZN (sosial sığortaya ayırmalar)   

1000-86 = 914 AZN .

Beləliklə, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda çalışanlar bu ödənişlərdən sonra 914 AZN əmək haqqı alacaqlar.

Göründüyü kimi, 1000 manata dövlət sektorunda və özəl sektorda çalışanlar arasında vergi və sosial ayırmalar üzrə fərq 132 AZN təşkil edir.

Kateqoriya: Digər | Oxumalar: 4002 | Yazar: administrator | Teqlər: 2019-cu ildən əmək haqqının hesabla, 2019-cu ildə əmək haqqı necə hesabl, Əmək haqqı hesablanması | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Bazar ertəsi, 2018-12-17, 9:59 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac