Vakansiya saytı
ishbook

Yararlı məqalələr


8:31 PM
20 saylı “Ehtiyatlar” yarımbölməsi

20 saylı “Ehtiyatlar” yarımbölməsi

20 saylı “Ehtiyyatlar” yarımbölməsi adi fəailiyyət zamanı və ya istehsal prosesindəsatılmaq üçün nəzərdə tutulmuş aktivlərin və ya xammal və material formasındaistehsal prosesində xidmətlər göstərilməsində istifadə olunan aktivlərin uçotu üçün

nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

201- Material ehtiyatları

202- İstehsal məsrəfləri (başa çatdırılmayan istehsal)

203- Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri

204- Hazır məhsul

205- Mallar

206- Satış məqsədilə saxlanılan digər aktivlər

207- Digər ehtiyatlar

208- Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər

201- Material ehtiyatları hesabında istehsal prosesində sonradan istifadə edilməküçün nəzərdə tutulmuş xammal və materiallar uçota alınır. Xammal və materiallaraşağıdakı subhesablar üzrə qruplaşdırılır:

1) Xammal

2) Material

3) Yanacaq

4) Tara və tara materialları

5) Ehtiyat hissələri

6) Sair materiallar

7) Tikinti materialları

8) Təsərrüfat inventarları

202- İstehsalat məsrəfləri (bitməmiş istehsal) hesabında hesabat dövrünün sonuna texnoloji proseslər tam başa çatmamış və satış üçün tam hazır olmayan, bitməmiş istehsalla bağlı xərclər əks etdirilir.

203- Tikinti işləri üzrə bitməmiş tikinti işləri hesabında tikintisi hesabat dövründə

tam başa çatmamış, bir ilə yaxın müddətdə istifadəyə verilməsi nəzərdə tutulan

tukunti işlərinə çəkilmiş xərclər əks etdirilir.

204- Hazır məhsul hesabında texnoloji prosesləri tam başa çatdırılmış, satış üçün

hazır olan hazır məhsul uçota alınır.

205- Mallar hesabında satış məqsədilə alınmış, yaxın gələcəkdə satılması nəzərdə tutulan aktivlər əks etdirilir.

206- Satış məqsədilə saxlanılan digər aktivlər hesabında sonradan satılmaq üçün

alınmış və saxlanılmış digər aktivlərin hərəkəti ilə bağlı əməliyyatlar əks etdirilir.

207- Digər ehtiyatlar hesabında əvvəlki qruplarda göstərilməyən sair ehtiyatlar

uçota alınır.

208- Ehtiyatların dəyərinin azalmasına görə düzəlişlər hesabında ehtiyatların

korlanması vəya mənəvi köhnəlməsi ilə əlaqədar onların dəyərinin azalmasına

görə ehtiyyatların yaranması və hərəkət edilməsi ilə bağlı olan əməliyyatlar əks

etdirilir.

 

 

 

Əvvəlki dərs              Sonrakı dərs

Oxumalar: 644 | Yazar: administrator | Teqlər: 20 saylı “Ehtiyatlar” yarımbölməsi | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Bazar ertəsi, 2019-01-21, 7:38 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac