Vakansiya saytı
ishbook

Yararlı məqalələr


8:36 PM
21 saylı “Qısamüdətli debitor borcları” yarımbölməsi

21 saylı “Qısamüdətli debitor borcları” yarımbölməsi

21 saylı “Qısamüddətli debitor borcları” yarımbölməsi qısamüddətli debitor

borclarıının uçotu üçun nəzərdə tutulmuş və aşağıdakı hesablar qurupundan

ibarətdir.

211- Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları

212- Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları

213- Əsas idarə heyətinin qısamüddətli debitor borcları

214- İcarə üzrə qısamüddətli debitor borcları

215- Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları

216- Faizlər üzrə qısamüddətli debitor borcları

217- Digər qısamüddətli debitor borcları

218- Şübhəli borclar üzrə düzəlişlər (ehtiyatlar)

211- Alıcı və sifarişçilər üzrə qısamüddətli debitor borcları hesabında ödəniş müddəti hesabat tarixindən bir ilədək olan müddətə satılmış məhsul və göstərilimiş  xidmətlərə görə alıcı və sifarişçilərlə olan hesablaşmalardan əməliyyatlar,həmçinin alıcı və sifarişçilərin sair qısamüddətli debitor borcları əks etdirilir.

212- Törəmə (asılı) müəssələrin qısamüddətli debitor borcları hesabında bir il

müddətədək olan aktivlərin və göstərilmiş xidmətlərin satılmasına görə törəmə

(asılı) müəssisələrlə olan hesablaşmalar və törəmə (asılı) müəssisələrin digər

qısamüddətli debitor borcları əks etdirilir.

213- Əsas idarə heyətinin qısamüddətli debitor borcları hesabında işçilərin debitor borclarının hərəkəti ilə bağlı işçilərə təqdim edilmiş istiqrazlar, həmçinin işçilər tərəfindən təşkilata vurulmş maddi zərərin (çatışmazlıgın, ğurluğun,xarabolmanın, və sairənin) otürülməsi ilə hesablaşmalar və işçilərin sair  qısamüddətli debitor borcları üzrə əməliyyatlar əks etdirilir

214- İcarə üzrə qısamüddətli debitor borcları hesabında cari dövr ərzində əməliyyat və maliyyə icarəsi üçün həyata keçirilən, cari icarə ödənişlərinə dair xərclər əks etdirilir .

215- Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları hesabında növbəti hesabat dövründə başa şatdırılması nəzərdə tutulan tikinti işlərinə görə ödənişlərinin həyata keçirilməsi ilə bağlı xərclər və tikinti işləri ilə bağlı digər qısamüddətli debitor borcları uçota alınır.

216- Faizlər üzrə qısamüddətli debitor borcları hesabında mailiyyə icarəsi ilə əlaqədar hesablanmış mükafatlardan qısamüddətli debitor borcunun hərəkəti, təqdim edilmiş istiqrazlarla əldə edilmiş maliyyə investisiyaları ilə, etibarlı idarəetmə ilə bağlı əməliyyatları və digər alınası qısamüddətli mükafatlandırılmalar əks etdirilir.

217- Digər qısamüddətli debitor borcları hesabında əvvəlki qruplarda göstərilməyən, sair qısamüddətli debitor borcları, məsələn alınmış veksellərə  görə qısamüddətli borclar, sığorta haqqları ilə bağlı əməliyyatlar əks etdirilir.

218- Şübhəli borclar üzrə düzəlişlər (ehtiyatlar) hesabında şübhəli borclar və tələblər üzrə ehtiyatın yaranması və hərəkət edilməsi ilə bağlı əməliyyatlar əks etdirilir. Şübhəli borclar üzrə ehtiyatların yaradılması gələcəkdə hər hansı bir  debitor borcunun ödənilməməsindən debitor borcunun yaranma tarixindən  etibarən müəyyən edilmiş müddətlər üzrə müəyyən edilmiş faiz dərəcələri üzrə ehtiyatların yaradılmasını nəzərdə tutulur.

 

 

Əvvəlki dərs             Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 623 | Yazar: administrator | Teqlər: 21 saylı “Qısamüdətli debitor borcl | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Bazar ertəsi, 2019-01-21, 7:20 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac