Vakansiya saytı
ishbook

Yararlı məqalələr


7:08 PM
24 saylı “Sair qısamüddətli aktivlər” yarımbölməsi

24 saylı “Sair qısamüddətli aktivlər” yarımbölməsi

24 saylı “Sair qısamüdətli aktivlər” yarımbölməsi yuxarıdakı yarımbölmələrdə nəərdə tutulmamış digər qısamüddətli aktivlərinin və ya investisiların uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

241- Əvəzləşdirilən vergi və məcburi ödənişlər

242- Gələcək hesabat dövrünün xərcləri

243- Verilmiş qısamüdətli avanslar

244- Təhtəlhesab məbləğlər

245- Digər qısamüddətli aktivlər

241- Əvəzləşdirilən vergi və məcburi ödənişlər hesabı büdcə ələ hesablaşmalarda

artıq ödənilmiş vergi məbləğlərinin və digər ödənişlərin, həmçinin alınmış hesab fakturalar görə əvəzləşdirilməli olan ödənilmiş əlavə dəyər vergisi məbləğlərinin uçotu üçün nəzərdə tutulmuşdur. Bu hesab üzrə aşağıdakı subhesablar açılır:

 mənfəət vergisi sub-hesabında büdcəyə artıq ödənilmiş mənfəət vergisi ilə  ağlı olan əməliyyatlar və həmçinin mənfəət vergisinin avans ödənişləri əks etdirilir.

 Əlavə dəyər vergisi sub-hesabında büdcəyə ödəniləcək, o cümlədən vergi qanunvericiliyinə uyğun əvəzləşdirilən, büdcəyə artıq ödənilmiş əlavə dəyər vergisi məbləğlərinə dair əməliyyatlar əks etdirilir.

 Sair vergilər və büdcəyə digər məcburi ödənişlər sub-hesabında büdcəyə ödəniləcək o, cümlədən vergi qanunvericiliyinə uyğun əvəzləşdiriləcək sair vergi və diğər vergi öhdəlikləri əks etdirilir.

242- Gələcək hesabat dövrünün xərcləri hesabında cari dövrdə həyata keçirilmiş ,lakin gələcək hesabat dövrlərinə aid edilən xərclər uçota alınır.

243- Verilmiş qısamüddətli avanslar hesabında müqavilə şərtlərinə müvafiq olaraq hesabat dövrü ərzində aktivlərin əldə edilməsi ilə bağlı sifarişçilərdən qəbul

edilmiş məhsul və xidmətlərin qismən hazır olmuş hissəsinə görə ödənilmiş avanslar uçota alınır.

244- Təhtəlhesab məbləğlər hesabında müəssisənin cari fəaliyyətində qısa müddətə

aktivlərin əldə edilməsi, xidmətlərin dəyərinin ödənilməsi, xidməti ezamiyyə xərcləri və sair üçün verilmiş təhtəlhesab məbləğlər əks etdirilir.

245- Sair qısamüddətli aktivlər hesabında əvvəlki qruplarda göstərilməyən və sair qısamüddətli aktivlər üzrə əməliyyatlar əks etdirilir.

 

 

 

Əvvəlki dərs             Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 1007 | Yazar: administrator | Teqlər: 24 saylı “Sair qısamüddətli aktivlə | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:06 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac