Vakansiya saytı
ishbook

Yararlı məqalələr


3:16 PM
40 saylı “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər”  və 41 saylı “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” yarımbölmələri

40 saylı “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” yarımbölməsi

 

40 saylı “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” yarımbölməsi bank  kreditləri və faizə alınmış borc vəsaitləri üzrə uzunmüddətli öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

401- Uzunmüdətli bank kreditləri

402- İşçilər üçün uzunmüddətli bank kreditləri

403- Uzunmüddətli konvertasiya olunan istiqrazlar

404- Uzunmüddətli borclar

405- Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli)

406- Maliyyə icarəsi (lizinq) üzrə uzunmüddətli öhdəliklər

407- Törəmə (asılı) müəssisələrlə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

408- Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər

401- Uzunmüddətli bank kreditləri hesabı müəssisə tərəfindən banklardan alınmış və ödəmə müddəti hesabat tarixindən 12 aydan çox olan öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur.

402- İşçilər üçün uzunmüddətli bank kreditləri hesabında müəssisənin işçiləri üçün banklardan alınmış və ödəniş müddəti hesabat tarixindən sonra 12 aydan çox olan öhdəliklər uçota alınır.

403- Uzunmüddətli konvertasiya olunan istiqrazlar hesabı ödəmə müddəti 12 aydan artıq olan istiqrazların (əsasən dövlət istiqrazlarının) uçotu üçün nəzərdə tutulmuşdur.

404- Uzunmüddətli borclar hesabında müəssisənin bank olmayan digər müəssisələrdən uzun müddətə aldığı və hesabat tarixinə ödəmə müddəti 12 aydan artıq olan borc məbləğləri uçota alınır.

405- Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (uzunmüddətli) hesabında geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlərin uçotutu aparılır.

406- Maliyyə icarəsi (lizinq) üzrə uzunmüddətli öhdəliklər hesabında müəssisə tərəfindən lizinq şərtləri ilə alınmış aktivlərə görə yaranmış öhdəliklərin uçotu əks etdirilir.

407- Törəmə (asılı) müəssisələrlə uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər hesabında törəmə (asılı) müəsisələrdən alınmış və hesabat tarixinə ödəmə müddəti 12 aydan çox olan öhdəliklər uçota alınır.

408- Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər hesabında bu yarımbölmənin yuxarıdakı hesablarında nəzərə alınmayan, faiz xərcləri yaradan uzunmüddətli borc öhdəlikləri uçota alınır.

 

 

41 saylı “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” yarımbölməsi

41 saylı “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” yarımbölməsi qiymətləndirilmiş öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

411- İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər

412- Uzunmüddətli zəmanət öhdəlikləri

413- Uzunmüddətli hüquqi öhdəliklər

414- Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

411- İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər hesabında müəssisənin ştatında olan işçilərin işdən azad olması ilə bağlı ödəmə müddəti hesabat tarixinə 12 aydan çox olan ödəniləcək müavinət və borc öhdəlikləri uçota alınır.

412- Uzunmüddətli zəmanət öhdəlikləri hesabında müəssisə tərəfindən ödəmə müddəti hesabat tarixinə 12 aydan çox olan alınmış zəmanət öhdəlikləri uçota alınır.

413- Uzunmüddətli hüquqi öhdəliklər hesabında müəsisə tərəfindən ödəmə müddəti hesabat tarixinə 12 aydan çox olan alınmış hüquqi öhdəliklər uçota alınır.

414- Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər hesabında bu yarımbölmənin yuxarıda göstərilən hesablarda nəzərdə tutulmayan ödəmə müddəti hesabat tarixinə 12 aydan çox olan digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər uçota alınır.

 

 

 

Əvvəlki dərs             Sonrakı dərs

Oxumalar: 728 | Yazar: administrator | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:02 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac