Vakansiya saytı
ishbook

Yararlı məqalələr


0:37 AM
42 saylı “Təxirə salınmış vergi öhdəlikləri” və 43 saylı “Uzunmüddətli kreditor borcları” yarımbölmələri

 

42 saylı “Təxirə salınmış vergi öhdəlikləri” yarımbölməsi

42 saylı “Təxirə salınmış vergi öhdəlikləri” yarımbölməsi təxirə salınmış vergi öhdəliklərinin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

421- Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

422- Digər təxirə salınmış vergi öhdəlikləri

421- Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri hesabında gələcək dövrlərdə ödənilməsi nəzərdə tutulan və aşağıdakılarla bağlı olan mənfətdən vergi məbləğləri uçota alınır:

 Çıxılan zaman fərqlərinə görə;

 İstifadə edilməmiş vergi mənfəətlərinin gələcək dövrə keçirilməsi ilə;

 İstifadə edilmiş vergi kreditlərinin gələcək dövrə keçirilməsi ilə.

Zaman fərqləri – aktivin və ya öhdəliyin balans dəyəri ilə vergi bazası arasındakı fərqlərdir. Çıxılan zaman fərqləri o zaman fərqlərdirilir ki, nəticəsi gələcək müvafiq aktivin və ya öhdəliyin balans dəyərinin əvəz edildiyi və ya ötürüldüyü dövrlərin vergi tutulan mənfətinin (vergi zərərinin) təyin edilməsində çıxılmaz sayılır.

162- Digər təxirəsalınmış vergi öhdəlikləri hesabında gələcək dövrlərdə ödənilməsi nəzərdə tutulan digər vergi məbləğləri uçota alınır. 

 

 

43 saylı “Uzunmüddətli kreditor borcları” yarımbölməsi

43 saylı “Uzunmüddətli kreditor borcları” yarımbölməsi ödəmə müddəti hesabat tarixindən 12 aydan çox olan uzunmüddətli kreditor borclarının uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

431- Malsatan və podratçılara uzunmüddətli kreditor borcları

432- Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları

433- Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları

434- Faizlər üzrə uzunmüddətli kreditor borcları

435- Digər uzunmüddətli kreditor borcları

431- Malsatan və podratçılara uzunmüddətli kreditor borcları hesabında müəssisə tərəfindən malsatan və podratçılara sifariş edilmiş, faktiki alınmış aktivlər, istifadə  edilmiş xidmətlərə görə, o cümlədən aktivlərin daşınması və ehtiyatların emal edilməsi xərcləri də daxil olmaqla, hesabat tarixinə ödəmə müddəti 12 aydan çox olan kreditor borcları üzrə öhdəliklər uçota alınır.

432- Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları hesabında müəssisə tərəfindən törəmə (asılı) müəssisələrə sifariş edilmiş, faktiki alınmış aktivlər, istifadə edilmiş xidmətlərə görə, o cümlədən aktivlərin daşınması və ehtiyatların emal edilməsi xərcləri də daxil olmaqla, hesabat tarixinə ödəmə müddəti 12 aydan çox olan kreditor borcları üzrə öhdəliklər uçota alınır.

433- Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları hesabında müəssisə tərəfindən tikinti müqavilələri üzrə podratçılara sifariş edilmiş, faktiki inşa edilmiş və alınmış aktivlər, istifadə edilmiş xidmətlərə görə hesabat tarixinə ödəmə müddəti 12 aydan çox olan kreditor borcları üzrə öhdəliklər uçota alınır.

434- Faizlər üzrə uzunmüddətli kreditor borcları hesabında müəssisə tərəfindən banklar, kredit idarələri və digər borcverənlərdən alınmış kreditlər, ssudalar və borclar görə, verilmiş veksellərə görə, buraxılmış qiymətli kağızlara görə və vəkalət verilmiş idarəetmə müqavilələrinə görə hesablanmış faizlər üzrə hesabat tarixinə ödəmə müddəti 12 aydan çox olan kreditor borcları üzrə öhdəliklər uçota alınır.

435- Digər uzunmüddətli kreditor borcları hesabında müəssisə tərəfindən sifariş edilmiş, faktiki alınmış aktivlər, istifadə edilmiş xidmətlərə görə hesabat tarixinə ödəmə müddəti 12 aydan çox olan, bu yarımbölmənin yuxarıdakı hesablarında uçota alınmayan digər kreditor borcları üzrə öhdəliklər uçota alınır.

 

 

 

Əvvəlki dərs             Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 773 | Yazar: administrator | Teqlər: 42 saylı “Təxirə salınmış vergi öhd | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:06 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac