Vakansiya saytı
ishbook

Yararlı məqalələr


0:41 AM
44 saylı “Sair uzunmüddətli öhdəliklər” yarımbölməsi

 

44 saylı “Sair uzunmüddətli öhdəliklər” yarımbölməsi

44 saylı “Sair uzunmüddətli öhdəliklər” yarımbölməsi yuxarıdakı yarımbölmələrdə nəzərdə tutulmamış digər uzunmüddətli borcların və öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

441- Uzunmüddətli pensiya öhdəlikləri

442- Gələcək hesabat dövrlərinin gəlirləri

443- Alınmış uzunmüddətli avanslar

444- Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

445- Digər uzunmüddətli öhdəliklər

441- Uzunmüddətli pensiya öhdəlikləri heasbında müəssisənin işçilərinə ödəyəcəyi hesabat tarixinə ödəmə müddəti 12 aydan çox olan pensiya və təminatlar üzrə öhdəliklər əks etdirilir.

442- Gələcək hesabat dövrlərinin gəlirləri hesabında müəssisə tərəfindən hesabat dövründə əldə etdiyi, lakin gələcək dövrlərə aid olan, hesabat tarixinə gəlirlərə aid edilmə müddəti 12 aydan çox olan gəlirlər uçota alınır.

443- Alınmış uzunmüddətli avanslar hesabında müəssisə tərəfindən alıcılar və sifarişçilərdən alınmış, mal verilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə əvəzləşdirilməsi hesabat tarixinə 12 aydan çox olan avans məbləğləri əks etdirilir.

444- Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar hesabında müəssisə tərəfindən alınmış, hesabat tarixinə məqsədli maliyyələşmələr və daxilolmalar hesabına aid edilməsi 12 aydan çox olan öhdəliklər uçota alınır. Belə maliyyələşmələrə və daxilolmalara əvəzsiz alınmış grant məbləğləri, dövlət tərəfindən verilmiş subsidiyalar aiddir.

445- Digər uzunmüddətli öhdəliklər hesabında bu yarımbölmənin yuxarıdakı bölmələrində əks etdirilməmiş, hesabat tarixinə ödəmə və ya əvəzləşdirilmə müddəti 12 aydan çox olan digər borclar və öhdəliklər uçota alınır.

 

 

 

Əvvəlki dərs             Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 682 | Yazar: administrator | Teqlər: 44 saylı “Sair uzunmüddətli öhdəlik | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:02 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac