Vakansiya saytı
ishbook

Yararlı məqalələr


0:56 AM
50 saylı “Qısamüddətli faiz öhdəlikləri yaradan öhdəliklər” və 51 saylı “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” yarımbölmələri

 

 

 

50 saylı “Qısamüddətli faiz öhdəlikləri yaradan öhdəliklər” yarımbölməsi

50 saylı “Qısamüddətli faiz öhdəlikləri” yarımbölməsi bank kreditləri və faizə alınmış borc vəsaitləri üzrə qısamüddətli öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

501- Qısamüdətli bank kreditləri

502- İşçilər üçün qısamüddətli bank kreditləri

503- Qısamüddətli konvertasiya olunan istiqrazlar

504- Qısamüddətli borclar

505- Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısamüddətli)

506- Törəmə (asılı) müəssisələrlə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

507- Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

501- Qısamüddətli bank kreditləri hesabı müəssisə tərəfindən banklardan alınmış və ödəmə müddəti hesabat tarixindən 12 aydan az olan öhdəliklərin uçotu ümün nəzərdə tutulmuşdur.

502- İşçilər üçün qısamüddətli bank kreditləri hesabında müəssisənin işçiləri üçün banklardan alınmış və ödəniş müddəti hesabat tarixindən sonra 12 aydan az olan öhdəliklər uçota alınır.

503- Qısamüddətli konvertasiya olunan istiqrazlar hesabı ödəmə müddəti 12 aydan az olan istiqrazların (əsasən dövlət istiqrazlarının) uçotu üçün nəzərdə tutulmuşdur.

504- Qısamüddətli borclar hesabında müəssisənin bank olmayan digər müəssisələrdən uzun müddətə aldığı və hesabat tarixinə ödəmə müddəti 12 aydan az olan borc məbləğləri uçota alınır.

505- Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısamüddətli) hesabında geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlərin uçotutu aparılır.

506- Törəmə (asılı) müəssisələrlə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər hesabında törəmə (asılı) müəsisələrdən alınmış və hesabat tarixinə ödəmə müddəti 12 aydan az olan öhdəliklər uçota alınır.

507- Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər hesabında bu

yarımbölmənin yuxarıdakı hesablarında nəzərə alınmayan, faiz xərcləri yaradan qısamüddətli borc öhdəlikləri uçota alınır.

 

 

 

 

51 saylı “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” yarımbölməsi

51 saylı “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” yarımbölməsi qiymətlənditilmiş öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

511- İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər

512- Qısamüddətli zəmanət öhdəlikləri

513- Qısamüddətli hüquqi öhdəliklər

514- Mənfəətdə iştirak payı və müəvinət planları

515- Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər

511- İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər hesabında müəssisənin ştatında olan işçilərin işdən azad olması ilə bağlı ödəmə müddəti hesabat tarixinə 12 aydan az olan ödəniləcək müavinət və borc öhdəlikləri uçota alınır.

512- Qısamüddətli zəmanət öhdəlikləri hesabında müəssisə tərəfindən ödəmə müddəti hesabat tarixinə 12 aydan az olan alınmış zəmanət öhdəlikləri uçota alınır.

513- Qısamüddətli hüquqi öhdəliklər hesabında müəsisə tərəfindən ödəmə müddəti hesabat tarixinə 12 aydan az olan alınmış hüquqi öhdəliklər uçota alınır.

514- Mənfəətdə iştirak payı və müavinət planları hesabında mənfəətdə iştirak payı və müavinətlər üzrə qısamüddətli öhdəliklər uçota alınır.

515- Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər hesabında bu yarımbölmənin yuxarıda göstərilən hesablarda nəzərdə tutulmayan ödəmə müddəti hesabat tarixinə 12 aydan az olan digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər uçota alınır.

 

 

 

 

 

Əvvəlki dərs             Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 546 | Yazar: administrator | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Çərşənbə, 2019-06-26, 9:43 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac