Vakansiya saytı
ishbook

Yararlı məqalələr


2:14 PM
52 saylı “Vergi və sair məcburi ödənişlər” yarımbölməsi

 

52 saylı “Vergi və sair məcburi ödənişlər” yarımbölməsi

 

52 saylı “Vergi və sair məcburi ödənişlər” yarımbölməsi müəssisənin cari fəaliyyətində vergi və məcburi ödənişlərin, o cümlədən dövlət rüsumlarının uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

521- Vergi öhdəlikləri

522- Sosial sığorta və təminat üzrə öhdəliklər

523- Digər məcburi ödənişlər üzrə öhdəliklər.

521- Vergi öhdəlikləri hesabında müəsisənin vergi ödənişləri üzrə öhdəliklərinin uçotu aparılır. Vergilər dedikdə Azərbaycan Respublikasının “Vergi Məcəlləısinə” müvafiq olaraq müəyyən edilən vergilər nəzərdə tutulur. Vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun:

 Vergitutma obyekti

 Vergitutma bazası

 Vergi dövrü

 Vergi dərəcəsi

 Verginin hesablanması qaydası

 Verginin ödənilməsi qaydası və müddəti

Vergi öhəlikləri aşağıdakı subhesablar üzrə qruplaşdırılır:

1) Mənfəət vergisi

2) Gəlir vergisi

3) Əlavə dəyər vergisi

4) Aksiz

5) Əmlak vergisi

6) Torpaq vergisi

7) Yol vergisi

8) Mədən vergisi

9) Sadələşdirilmiş vergi

10)Rüsumlar

11)Digər vergilər

12)Maliyyə sanksiyaları

 

522- Sosial sığorta və təminat üzrə öhdəliklər hesabında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məcburi sosial sığorta ayırmalarının uşotu əks etdirilir. Sosial sığorta ayırmaları “Sosial sığorta haqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq hesablanır.

523- Digər məcburi ödənişlər üzrə öhdəliklər hesabında bu yarımbölmənin yuxarıda göstərilməyən digər məcburi ödənişlər üzrə öhdəliklər uçota alınır.

 

 

Əvvəlki dərs             Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 841 | Yazar: administrator | Teqlər: 52 saylı “Vergi və sair məcburi ödə | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:01 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac