Vakansiya saytı
ishbook

Yararlı məqalələr


2:21 PM
53 saylı “Qısamüddətli kreditor borcları” yarımbölməsi

 

53 saylı “Qısamüddətli kreditor borcları” yarımbölməsi


53 saylı “Qısamüddətli kreditor borcları” yarımbölməsi ödəmə müddəti hesabat tarixindən 12 aydan az olan qısamüddətli kreditor borclarının uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:


531- Malsatan və podratçılara qısamüddətli kreditor borcları
532- Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları
533- İşçi heyətinə qısamüddətli kreditor borcları
534- Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları
535- İcarə üzrə qısamüddətli kreditor borcları
536- Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları
537- Faizlər üzrə qısamüddətli kreditor borcları
538- Digər qısamüddətli kreditor borcları


531- Malsatan və podratçılara qısamüddətli kreditor borcları hesabında müəssisə tərəfindən malsatan və podratçılara sifariş edilmiş, faktiki alınmış aktivlər, istifadə edilmiş xidmətlərə görə, o cümlədən aktivlərin daşınması və ehtiyatların emal edilməsi xərcləri də daxil olmaqla, hesabat tarixinə ödəmə müddəti 12 aydan az olan kreditor borcları üzrə öhdəliklər uçota alınır.


532- Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları hesabında müəssisə tərəfindən törəmə (asılı) müəssisələrə sifariş edilmiş, faktiki alınmış aktivlər, istifadə edilmiş xidmətlərə görə, o cümlədən aktivlərin daşınması və ehtiyatların emal edilməsi xərcləri də daxil olmaqla, hesabat tarixinə ödəmə
müddəti 12 aydan az olan kreditor borcları üzrə öhdəliklər uçota alınır.


533- İşçi heyətinə qısamüddətli kreditor borcları hesabında müəssisənin işçi heyəti ilə hesablaşmaları üzrə hesabat tarixinə tam ödənilməmiş əmək haqqı və digər öhdəliklər uçota alınır.


534- Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları hesabında təsisçilər tərəfindən mənfəət vergisi çıxıldıqdan sonra qalan xalis mənfəətdən elan edilmiş dividendlər üzrə qanunvericilik ilə müəyyən edilmiş vergilər (mənbədən tutulan vergi) çıxıldıqdan sonra təsisçilərə hesabat tarixinə tam ödənilməmiş dividendlər üzrə borc öhdəlikləri uçota alınır.


535- İcarə üzrə qısamüdətli kreditor borcları hesabında müəssisə tərəfindən icarəyə götürülmüş aktivlərə görə hesabat tarixinə ödəmə müddəti 12 aydan az olan hesablanmış, lakin tam ödənilməmiş kreditor borcları üzrə öhdəliklər uçota alınır.


536- Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları hesabında müəssisə
tərəfindən tikinti müqavilələri üzrə podratçılara sifariş edilmiş, faktiki inşa edilmiş
və alınmış aktivlər, istifadə edilmiş xidmətlərə görə hesabat tarixinə ödəmə
müddəti 12 aydan az olan kreditor borcları üzrə öhdəliklər uçota alınır.


537- Faizlər üzrə qısamüddətli kreditor borcları hesabında müəssisə tərəfindən
banklar, kredit idarələri və digər borcverənlərdən alınmış kreditlər, ssudalar və
borclar görə, verilmiş veksellərə görə, buraxılmış qiymətli kağızlara görə və
vəkalət verilmiş idarəetmə müqavilələrinə görə hesablanmış faizlər üzrə hesabat
tarixinə ödəmə müddəti 12 aydan az olan kreditor borcları üzrə öhdəliklər uçota
alınır.


538- Digər qısamüddətli kreditor borcları hesabında müəssisə tərəfindən sifariş
edilmiş, faktiki alınmış aktivlər, istifadə edilmiş xidmətlərə görə hesabat tarixinə
ödəmə müddəti 12 aydan az olan, bu yarımbölmənin yuxarıdakı hesablarında uçota alınmayan digər kreditor borcları üzrə öhdəliklər uçota alınır.

 

 

 

 

Əvvəlki dərs             Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 965 | Yazar: administrator | Teqlər: 53 saylı “Qısamüddətli kreditor bor | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Çərşənbə, 2019-06-26, 9:15 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac