Vakansiya saytı
ishbook

Yararlı məqalələr


2:26 PM
54 saylı “Sair qısamüddətli öhdəliklər” yarımbölməsi

 

54 saylı “Sair qısamüddətli öhdəliklər” yarımbölməsi

54 saylı “Sair qısamüddətli öhdəliklər” yarımbölməsi yuxarıdakı yarımbölmələrdə nəzərdə tutulmamış digər qısamüddətli borcların və öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

541- Qısamüddətli pensiya öhdəlikləri

542- Gələcək hesabat dövrlərinin gəlirləri

543- Alınmış qısamüddətli avanslar

544- Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

545- Digər qısamüddətli öhdəliklər

541- Qısamüddətli pensiya öhdəlikləri heasbında müəssisənin işçilərinə ödəyəcəyi hesabat tarixinə ödəmə müddəti 12 aydan az olan pensiya və təminatlar üzrə öhdəliklər əks etdirilir.

542- Gələcək hesabat dövrlərinin gəlirləri hesabında müəssisə tərəfindən hesabat dövründə əldə etdiyi, lakin gələcək dövrlərə aid olan, hesabat tarixinə gəlirlərə aid edilmə müddəti 12 aydan az olan gəlirlər uçota alınır.

543- Alınmış qısamüddətli avanslar hesabında müəssisə tərəfindən alıcılar və sifarişçilərdən alınmış, mal verilməsi, iş görülməsi və xidmət göstərilməsi üzrə əvəzləşdirilməsi hesabat tarixinə 12 aydan az olan avans məbləğləri əks etdirilir.

544- Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar hesabında müəssisə tərəfindən alınmış, hesabat tarixinə məqsədli maliyyələşmələr və daxilolmalar hesabına aid edilməsi 12 aydan az olan öhdəliklər uçota alınır. Belə maliyyələşmələrə və daxilolmalara əvəzsiz alınmış grant məbləğləri, dövlət tərəfindən verilmiş subsidiyalar aiddir.

545- Digər qısamüddətli öhdəliklər hesabında bu yarımbölmənin yuxarıdakı bölmələrində əks etdirilməmiş, hesabat tarixinə ödəmə və ya əvəzləşdirilmə müddəti 12 aydan az olan digər borclar və öhdəliklər uçota alınır.

 

 

 

Əvvəlki dərs             Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 682 | Yazar: administrator | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Çərşənbə, 2019-06-26, 9:56 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac