Vakansiya saytı
ishbook

Yararlı məqalələr


2:43 PM
60,61,62,63,64 saylı yarımbölmələr

 

60 saylı “Əsas əməliyyat gəlirləri” yarımbölməsi

60 saylı “Əsas əməliyyat gəlirləri” hesabı hesabat dövründə əldə edilmiş əsas fəaliyyətlə bağlı gəlirlər əks etdirilir və aşağıdakı hesablar qrupundan ibarətdir:

601- Satış

602- Satılmış malların qaytarılması və ucuzlaşdırılması

603- Verilmiş güzəştlər

601- Satış hesabında malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin satışı prosesi haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Satışdan gələn gəlir müəssisənin təsərrüfat xüsusiyyətlərindən və bağlanmış müqavilələrin şərtlərindən asılı olaraq, yüklənib göndərilmiş mallara, təhvil verilmiş işlərə, görülmüş xidmətlərə görə ödəniş sənədləri alıcılar və sifarişçilərə tədim edildikcə müəyyən edilir. Satış üzrə analitik uçot satılan malların, yerinə yetirilən işlərin və göstərilən xidmətlərin hər bir növü üzrə ayrılıqda aparılır. Bundan başqa, nu hesab üzrə analitik uçot satış regionları və müəssisənin idarə olunması uçün zəruri olan digər istiqamətlər üzrə də aparılır.

602- Satılmış malların qaytarılması və ucuzlaşdırılması hesabı satılmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin alıcı və sifarişçilər tərəfindən geri qaytarılması üzrə əməliyyatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

603- Verilmiş güzəştlər hesabı alıcı və sifarişçilərə verilmiş güzəştlərin uçota alınması üçün nəzərdə tutulmuşdur.

 

61 saylı “Sair əməliyyat gəlirləri” yarımbölməsi

61 saylı “Sair əməliyyat gəlirləri” yarımbölməsi sair əməliyyat gəlirlərinin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

611- Sair əməliyyat gəlirləri

611- Sair əməliyyat gəlirləri hesabında müəssisənin əsas əməliyyat gəlirləri hesabında uçota alınmayan və müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan gəlirlərin uçotu əks etdirilir.

 

62 saylı “Fəaliyyətin dayandırılması ilə əlaqədar olan gəlirlər” yarımbölməsi

 

62 saylı “Fəaliyyətin dayandırılması ilə əlaqədar olan gəlirlər” yarımbölməsi fəaliyyətin dayandırılması ilə əlaqədar olan gəlirlərinin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

 

621- Fəaliyyətin dayandırılması ilə əlaqədar olan gəlirlər

621- Fəaliyyətin dayandırılması ilə əlaqədar olan gəlirlər hesabı müəssisənin və ya onun struktur bölmələrinin tam və ya qismən fəaliyyətinin dayandırılması ilə əlaqədar olan gəlirlərin uçotu uçün nəzərdə tutulmuşdur.

 

63 saylı “”Maliyyə gəlirləri” yarımbölməsi

63 saylı “Maliyyə gəlirləri” yarımbölməsi maliyyə fəaliyyəti ilə əlaqədar əldə edilmiş gəlirlərin uçotu uçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

631- Maliyyə gəlirləri

631- Maliyyə gəlirləri hesabı mal, iş və xidmət satışına aid olmayan, faizlər, dividendlər, mükafatlar və digər maliyyyə vasitələrindən əldə edilən gəlirlərin uçotu üçün nəzərdə tutulmuşdur. Maliyyə gəlirləri aşağıdakı sub-hesablar üzrə əks etdirilir:

1) Faizlər (mükafatlar) üzrə gəlirlər

2) Dividend gəlirləri

3) Maliyyə icarəsi (lizing) üzrə gəlirlər

4) Daşınmaz əmlaka investisiyalar üzrə əməliyyatlardan gəlirlər

5) Maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsindən gəlirlər

6) Digər maliyyə gəlirləri

 

64 saylı “Fövqəladə gəlirlər” yarımbölməsi

 

64 saylı “Fövqəladə gəlirlər” yarımbölməsi fövqəladə gəlirlərin uçotu uçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

641- Fövqəladə gəlirlər

641- Fövqəladə gəlirlər hesabı müəssisənin adi fəaliyyəti zamanı yaranmayan, fövqəladə hadisələrin və halların ortaya çıxması nəticəsində yaranan gəlirlərin uçotu üçün nəzərdə tutulmuşdur. Fövqəladə gəlirlər aşağıdakı sub-hesablar üzrə əks etdirilir:

1) Aktivlərin (torpaq, tikili və avadanlıqların) xaricolmasından gəlirlər

2) Əvəzsiz alınmış aktivlər üzrə gəlirlər

3) Dövlət subsidiyalarından gəlirlər

4) Qiymətdəndüşmədən zərərin bərpasından gəlirlər

5) Məzənnə fərqlərindən gəlirlər

6) Əməliyyat icarəsindən gəlirlər

7) Boiloji aktivlərin ədalətli dəyərinin düşməsindən gəlirlər

8) Sair fövqəladə gəlirlər

 

65 saylı “Asılı və birgə müəssisələrin mənfəətində pay” yarımbölməsi

65 saylı “Asılı və birgə müəssisələrin mənfətində pay” yarımbölməsi müəssisənin asılı və birgə müəssisələrin mənfəətində paylarından gələn gəlirlərin uçotu uçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

651- Asılı müəssisələrin mənfəətində pay

652- Birgə müəssisələrin mənfəətində pay

651- Asılı müəssisələrin mənfəətində pay hesabında müəssisənin iştirak payı metodu ilə assosiasiya müəssisələrindən əldə etdiyi gəlirlər uçota alınır. İştirak payı metodu elə bir uçot metodudur ki, onun vasitəsi ilə investisiya ilkin olaraq maya dəyəri ilə tanınır və bundan sonra investorun payında investisiya obyektinin xalis aktivlərinin əldə etmədən sonrakı dəyişikliyi üçün nizamlanır. İnvestorun gəlirinə investisiya obyektinin mənfəətindəki payı daxildir. Assosiasiya müəssisəsi (ortaqlıq kimi hüquqi şəxs olmayan müəssisə də daxil olmaqla) elə bir müəssisəsədir ki, onun üzərində investorun mühüm təsiri var və o, nə törəmə müəssisəsi, nə də müştərək (birgə) müəssisədə iştirak payıdır. Mühüm təsir investisiya obyektinin maliyyə və əməliyyat siyasəti qərarlarında iştirak  etmək səlahiyyətidir, lakin bu siyasətlər üzərində nəzarət və ya birgə nəzarət deyil. Əgər investor birbaşa və ya törəmə müəssisəsi vasitəsilə investisiya obyektinin səsvermə hüququnun 20% və daha çoxunu əlində saxlayırsa, bunun belə olduğu açıq şəkildə göstərilməyənə qədər bu o deməkdir ki, investor mühüm təsirə malikdir.

652- Birgə müəssisələrin mənfəətində pay hesabında müəssisənin təsisçisi və ya iştirakçısı olduğu müştərək (birgə) müəssisələrdən əldə etdiyi gəlirlər uçota alınır. Müştərək (birgə) müəssisə saziş əsaslı elə bir mexanizmdir ki, onun vasitəsi ilə iki və ya daha çox tərəf müştərək idarə etmənin obyekti olan iqtisadi fəaliyyəti öhdələrinə götürürlər. Saziş əsaslı razılığın mövcud olması müştərək müəssisələri assosiasiya müəssisələrindən fərqləndirir.

 

 

 

 

Əvvəlki dərs             Sonrakı dərs

Oxumalar: 907 | Yazar: administrator | Teqlər: 62, 61, 60, 63, 64 saylı yarımbölmələr | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Çərşənbə, 2019-06-26, 9:04 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac