Vakansiya saytı
ishbook

Yararlı məqalələr


3:04 PM
71,72,73,74,75,76,77,78 saylı yarımbölmələri

 

71 saylı “Kommersiya xərcləri” yarımbölməsi


71 saylı “Kommersiya xərcləri” hesabı mal, iş və xidmətlərin satışı ilə birbaşa əlaqəli olan xərclərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar grupundan ibarətdir:


711- İşçi heyəti üzrə xərclər
712- Xammal və materiallar
713- Amortizasiya xərcləri
714- Sair xərclər


711- İşçi heyəti üzrə xərclər hesabında mal, iş və xidmətlərin satışı ilə birbaşa əlaqədar olan əmək haqqı və sosial sığortaya ayırma xərcləri uçota alınır.
712- Xammal və materiallar hesabında mal, iş və xidmətlərin satışı ilə birbaşa əlaqədar olan xammal və materiallar, o cümlədən tara və tara materaillarının maya dəyəri əks etdirilir.
713- Amortizasiya xərcləri hesabında mal, iş və xidmətlərin satışı ilə əlaqədar olanəsas vəsaitlərin amortizasiya ayırmaları uçota alınır.

714- Sair xərclər hesabında mal, iş və xidmətlərin satışı ilə əlaqədar sair xərclər, o cümlədən alınmış xidmətlərin maya dəyəri uçota alınır.
 

 

72 saylı “İnzibati xərclər” yarımbölməsi

72 saylı “İnzibati xərclər” hesabı mal, iş və xidmətlərin istehsalı və satışı ilə əlaqədar olan inzibati – idarəetmə xərclərinin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar grupundan ibarətdir:

721- İşçi heyəti üzrə xərclər

722- Xammal və materiallar

723- Amortizasiya xərcləri

724- Sair xərclər

721- İşçi heyəti üzrə xərclər hesabında mal, iş və xidmətlərin istehsalı və satışı ilə əlaqədar olan inzibati – idarəetmə personalının əmək haqqı və sosial sığortaya ayırma xərcləri uçota alınır.

722- Xammal və materiallar hesabında mal, iş və xidmətlərin istehsalı və satışı ilə əlaqədar olan inzibati – idarəetmədə istifadə edilən xammal və materiallar, o cümlədən dəxtərxana xərclərinin maya dəyəri əks etdirilir.

723- Amortizasiya xərcləri hesabında mal, iş və xidmətlərin istehsalı və satışı ilə əlaqədar olan inzibati – idarəetmə bina, qurğu, avadanlıq, nəqliyyat vasitələri və digər əsas vəsaitlərin amortizasiya ayırmaları uçota alınır.

724- Sair xərclər hesabında mal, iş və xidmətlərin satışı ilə əlaqədar sair xərclər, o cümlədən alınmış xidmətlərin maya dəyəri uçota alınır.

 

73 saylı “Sair əıməliyyat xərcləri” yarımbölməsi

73 saylı “Sair əməliyyat xərcləri” yarımbölməsi sair əməliyyat xərclərinin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

731- Sair əməliyyat xərcləri

731- Sair əməliyyat xərcləri hesabında müəssisənin əsas əməliyyat xərcləri

hesabında uçota alınmayan və müəssisənin adi fəaliyyəti zamanı mütəmadi

yaranmayan xərclərin uçotu əks etdirilir.

 

74 saylı “Fəaliyyətin dayandırılmasından zərərlər” yarımbölməsi

74 saylı “Fəaliyyətin dayandırılmasından zərərlər” yarımbölməsi fəaliyyətin dayandırılmasından ortaya çıxan xərclərin və zərərlərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

741- Fəaliyyətin dayandırılmasından zərərlər

741- Fəaliyyətin dayandırılmasından zərərlər hesabı müəssisənin və ya onun struktur bölmələrinin tam və ya qismən fəaliyyətinin dayandırılması ilə əlaqədar ortaya çıxan xərclər və zərərlərin uçotu uçün nəzərdə tutulmuşdur.

 

75 saylı “Maliyyə xərcləri” yarımbölməsi

75 saylı “Maliyyə xərcləri” yarımbölməsi maliyyə fəaliyyəti ilə əlaqədar ortayaçıxan xərclərin uçotu uçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

751- Maliyyə xərcləri

751- Maliyyə xərcləri hesabı mal, iş və xidmət satışına aid olmayan, faizlər, dividendlər, mükafatlar və digər maliyyyə vasitələrindən əldə edilən gəlirlərin uçotu üçün nəzərdə tutulmuşdur. Maliyyə gəlirləri aşağıdakı sub-hesablar üzrə əks etdirilir:

1) Faizlər (mükafatlar) üzrə xərclər

2) Maliyyə icarəsi (lizing) üzrə xərclər

3) Daşınmaz əmlaka investisiyalar üzrə əməliyyatlardan xərclər (zərərlər)

4) Maliyyə alətlərinin ədalətli dəyərinin dəyişməsindən xərclər (zərərlər)

5) Digər maliyyə xərcləri

 

76 saylı “Fövqəladə xərclər” yarımbölməsi

76 saylı “Fövqəladə xərclər” yarımbölməsi fövqəladə xərclərin uçotu uçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

761- Fövqəladə xərclər

761- Fövqəladə xərclər hesabı müəssisənin adi fəaliyyəti zamanı yaranmayan, fövqəladə hadisələrin və halların ortaya çıxması nəticəsində yaranan xərclərin uçotu üçün nəzərdə tutulmuşdur. Fövqəladə xərclər aşağıdakı sub-hesablar üzrə əks etdirilir:

1) Aktivlərin (torpaq, tikili və avadanlıqların) xaricolmasından xərclər

(zərərlər)

2) Aktivlərin qiyətdəndüşməsi üzrə xərclər (zərərlər)

3) Məzənnə fərqlərindən xərclər

4) Ümidsiz öhdəliklərin silinməsi və ehtiyatların yaradılması üzrə xərclər

5) Sair fövqəladə xərclər

 

77 saylı “Asılı və birgə müəssisələrin zərərində pay” yarımbölməsi

77 saylı “Asılı və birgə müəssisələrin zərərində pay” yarımbölməsi müəssisənin asılı və birgə müəssisələrin mənfəətində paylarından ortaya çıxan xərclərin (zərərlərin) uçotu uçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

771- Asılı müəssisələrin zərərində pay

772- Birgə müəssisələrin zərərində pay

771- Asılı müəssisələrin zərərində pay hesabında müəssisənin iştirak payı metodu ilə assosiasiya müəssisələrindən ortaya şıxan zərərlər uçota alınır. İştirak payı metodu elə bir uçot metodudur ki, onun vasitəsi ilə investisiya ilkin olaraq maya dəyəri ilə tanınır və bundan sonra investorun payında investisiya obyektinin xalis aktivlərinin əldə etmədən sonrakı dəyişikliyi üçün nizamlanır. İnvestorun zərərinə investisiya obyektinin zərərindəki payı daxildir. Assosiasiya müəssisəsi (ortaqlıq kimi hüquqi şəxs olmayan müəssisə də daxil olmaqla) elə bir müəssisəsədir ki, onun üzərində investorun mühüm təsiri var və o, nə törəmə müəssisəsi, nə də müştərək (birgə) müəssisədə iştirak payıdır. Mühüm təsir investisiya obyektinin maliyyə və əməliyyat siyasəti qərarlarında iştirak etmək səalahiyyətidir, lakin bu siyasətlər üzərində nəzarət və ya birgə nəzarət deyil. Əgər investor birbaşa və ya törəmə müəssisəsi vasitəsilə investisiya obyektinin səsvermə hüququnun 20% və daha çoxunu əlində saxlayırsa, bunun belə olduğu açıq şəkildə göstərilməyənə qədər bu o deməkdir ki, investor mühüm təsirə malikdir.

772- Birgə müəssisələrin zərərində pay hesabında müəssisənin təsisçisi və ya iştirakçısı olduğu müştərək (birgə) müəssisələrdən ortaya çıxan zərərlər uçota alınır. Müştərək (birgə) müəssisə saziş əsaslı elə bir mexanizmdir ki, onun vasitəsi ilə iki və ya daha çox tərəf müştərək idarə etmənin obyekti olan iqtisadi fəaliyyəti öhdələrinə götürürlər. Saziş əsaslı razılığın mövcud olması müştərək müəssisələri assosiasiya müəssisələrindən fərqləndirir.

 

78 saylı “Mənfəət vergisi üzrə xərclər” yarımbölməsi

 

78 saylı “Mənfəət vergisi üzrə xərclər” yarımbölməsi müəssisənin cari hesabat dövrünün yekununa görə hesablanmış mənfəət vergisi üzrə xərclərin uçotu uçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

781- Cari mənfəət vergisi üzrə xərclər

782- Təxirə salınmış mənfəət vergisi üzrə xərclər

781- Cari mənfəət vergisi üzrə xərclər hesabında cari hesabat dövrünün yekununa əsasən hesablanmış mənfəət vergisinin uçotu əks etdirilir. Cari mənfəət vergisi Azərbaycan Respubliksının Vergi Məcəlləsinə müvafiq olaraq hesablanır.

782- Təxirə salınmış mənfəət vergisi üzrə xərclər hesabında təxirə salınmış mənfəət vergisi üzrə xərclər və ya bu xərclərin azalması əks etdirilir. Təxirə salınmış mənfəət vergisi zaman fərqlərinin təsirinin keşmiş və ya gələcək hesabat dövrlərində baş vermiş və ya gözlənilən qiymətləndirməsidir

 

SON

 

Əvvəlki dərs             

Oxumalar: 737 | Yazar: administrator | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:03 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac