Vakansiya saytı
ishbook

Yararlı məqalələr


Mühasibat uçotu [50]Bank [0]Maliyyə hesabatları [5]
Marketing [4]SEO [2]Digər [6]
Elektro dərs [2]Programlaşdırma dilləri - İT [0]Kitab [0]
AR Qanunları [0]

« 1 2 3 4 5 ... 7 8 »

Milli Mühasibat Uçotu Standartları qüvvəyə minənədək aşağıdakı balansarxası hesablar var idi:

İcarəyə götürülmüş əsas vəsaitlər 001
Məsuliyyətli mühafizəyə qəbul edilmiş mal-material qiymətliləri 002
Emala qəbul edilmiş materiallar 003
Komissiyaya qəbul edilmiş mallar 004
Quraşdırılmağa qəbul edilmiş avadanlıqlar 005
Ciddi hesabat blankları 006
Zərərə silinmiş ümidsiz debitor borcları 007
Alınmış ödənişlərin və öhdəliklərin təminatı 008
Verilmiş ödənişlərin və öhdəliklərin təminatı 009
Mənzil fondunun köhnəlməsi 014
Zahirən abadlıq obyektləri və digər bu kimi obyektlərin köhnəlməsi 015

Balansarxası hesablar müəssisəyə məxsus olmayan, lakin müvəqqəti onun istifadəsində, yaxud sərəncamında (icarəyə götürülmüş əsas vəsaitlər, məsuliyyətli mühafizədə, təkrar istehsalda və s.  olan maddi sərvətlər) olan qiymətlilərin, şərti hüquq və öhdəliklərin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək, həmçinin ayrı-ayrı təsərrüfat əməliyyatlarına nəzarət etmək üçün nəzərdə tutulmuşdu.
Qeyd edim ki, bu hesablarda olan məlumatlar balansda əks olunmurdu. Sadəcə məlumat xarakterli balansdankənar uçot aparılırdı.
Yeni standartlarda belə bir uçot nəzərdə tutulmayıb. Amma bu o demək deyil ki, belə məlumatlar təşkilaların uçotunda qeyd olunmayacaq. Məsələn, icarəyə götrülmüş əsas vəsaitlər artıq 14 saylı Milli Standarta əsasən, uçota alınır. Burada bütün aspektlər nəzərə alınıb. Və yaxud, emala qəbul olunmuş materiallar. Həmin materialların mülkiyyət hüququ başqa şəxsə məxsusdur və onlar emal olunduqdan sonra  həmin şəxsə qaytarılmalıdır. Belə məlumatlar təşkilatın maliyyə hesabatlarında əks olunmasa da, maliyyə hesabatlarına əlavə olunan «Uçot siyasəti və maliyyə hesabatlarına izahlı qeydlər»də əks etdirilə bilər.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 2931 | Yazar: administrator | Tarix: 2018-12-06 | Şərhlər (0)

Mühasibat balansı haqqında anlayış və onun rolu

«Balans» termini ümumiyyətlə mühasibat uçotu, tə­­sərrüfat fəaliy­yə­ti­nin təh­lili, planlaşdırma sahəsində iş­ləyən mütəxəssislərə məlumdur. Ter­min «ba­lans» latın sö­­züdür, «bislanx» sözünü göstərir, yəni bis-iki, lanx-tə­rə­zinin bir-bi­rinə bərabər olan iki hissəsi. Bu bərabərlik sim­volu 1946-cı ildə keçirilmiş Mü­­hasiblərin Beynəlxalq Konqresində qəbul olunmuş qerbində əks olunmuşdur.

İqtisadiyyatda müxtəlif formalarda balanslar mə­lum­dur. Bunlardan mü­ha­sibat balansı, müəssisənin mən­­­fəət və zərərini xarakterizə edən ba­lans­lar, əsas fond­­ların balansı, əhalinin gəlir və xərclərini müəyyən edən ba­lan­slar, material balansları, əmək ehtiyatları ba­lan­sı, sahə­lər­arası balans və sair tərtib olunur.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 2366 | Yazar: administrator | Tarix: 2018-12-06 | Şərhlər (0)

Əsas vəsaitlər istehsal prosesinin əsas elementlərindən biri olduğu üçün onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibinə daxil edilməlidir. Bu əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesablamaqla həyata keçirilir.

Amortizasiya - əsas vəsaitlərin dəyərinin istehsal edilmiş məhsula(işlərə, xidmətlərə) hissə-hissə keçirilməsidir. 

 

 

Mühasibat uçotunda bir neçə amortizasiya metodu var:

  • düzxətli metod;
  • qalıq dəyəri metodu;
  • istehsal metodu;
  • istifadə müddətinin illərinin cəmi metodu.
Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 3809 | Yazar: administrator | Tarix: 2018-12-06 | Şərhlər (0)

Avans hesabatı- təhtəl şəxs tərəfindən tərtib və təqdim edilmiş nümunəvi sənəd forması.

Avizo- qarşılıqlı hesablaşmanın yaxud başqa formada olan hesablaşmanın vəziyyətinin dəyişməsi haqda bir təşkilatın üçüncü şəxsə rəsmi bildirişidir. Avizo poçt yaxud teleqraflı formada olur.

Akkreditiv- alıcının xahişi və göstərişi ilə malsatanın ödənişinin bank tərəfindən aparılan öhdəçiliyidir.

Mühasibat balansının aktivi- əmlakın tərkib və yerləşməsinə görə pul ifadəsində yerləşməsini mühasibat balansında əks etdirilən hissəsidir.

Aksept- pul və mal sənədlərinin ödənişə razılığıdır.

Aksiz- malın malalan tərəfindən ödənilən qiymətinə daxil edilən vasitəli vergidir.

Amortizasiya- əsas vəsaitlərin köhnəlməsi və onların istehsal olunmuş məhsulun dəyərinə keçirilən hissəsidir.

Amortizasiya ayırmaları- əsas vəsaitlərin məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən amortizasiya olunmuş hissəsinin pul ifadəsidir.

Analitik uçot- əmlak, öhtəlik və təsərrüfat əməliyyatları haqda hər bir sintetik hesabın daxilində detallaşdırılmış informasiyaların material və digər mühasibat uçotu hesablarının şəxsi hesablarında aparılan uçotdur.

Auksion- alıcının müsabiqəsinə əsasən malların növbəti satışı.

Mühasibat balansı- təşkilatın əmlakının tərkibi, yerləşməsi və əməələ gəlmə mənbələri üzrə vəziyyətini pul ifadəsində əks etdirməklə müəyyən tarixə tərtib olunan informasiya mənbəidir.

Bank ssudası- kreditləşmə qaydasında bank tərəfindən təşkilata təqdim olunan pul vəsaitinin məbləği.

Broker- mal, qiymətli kağız, valyutalar (şəxs, firma, təşkilat) üzrə satıcı və alıcılar arasında vasitəçi........

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 5923 | Yazar: administrator | Tarix: 2018-12-06 | Şərhlər (0)

muhasibat ucotu

 

Mühasibat uçotu – müəssisə və təşkilatın habelə dövlət qurumunun maliyyə və təsərüffat əməliyyatlarını özündə cəmləşdirən uçot sistemidir .

Mühasibat uçotu istifadəçiləri istifadəsinə görə iki yerə , daxili və kənar istifadəçi qrupuna ayrılır .Bu elə bir sistemdir ki , hər bir müəssisəni bunsuz təsəvvür etmək mümkün deyildir. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesabatlarınınmaliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır.Müəssisınin mühasibat sisteminin düzgün qurulmasını təmin edən digər amil mühasiblər arasında iş bölgüsünün düzgün aparılması və işin faydalı əmsalının yüksəldilməsidir .Mühasibat sahəsi elə bir sahədir müəssisəyə öz xərcləri ilə normal planlama , büdcə və idarəetmə standartları gətirir .Mühasibat uçotunun rəhbərliyi vaxtında etibarlı və düxgün məlumatla təmin etməsi sistemin düzgün və effektiv qurulması ilə nətilənir . Mühasibat şöbəsinin iş prinsibi çətin və məsuliyyətli öhdəliyi icra etmək , dəqiq və informasıyalı olmaqdır .Maliyyə hesabatlarının hazırlanması müəssisə rəhbərliyinə təqdim edilməsi mühasibat uçotunun əsas vəzifələrindəndir . Balans , Mənfəət və Zərər , Nağd pulun hərəkəti hesabatı , kapitalda dəyişikliklər haqqında hesabat kimi hesabatlar müəssisənin əsas maliyyə hesabatlarıdır . Nəhayət idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin səmərəli şəkildə qurulması vacib bir məsələdir . Məlum məsələdir ki , hər bir müəssisə fəaliyyəti zamanı gəlir və ya zərər edə bilər .Düzgün qurulmuş mühasibat uçotu sitemi sayəsində keçmiş nəticələrin analizi ilə gəlir artırıla , zərər isə azaldıla bilər . Maliyyə hesabatlarının investorlara, kreditorlara, müştərilərə təqdim olunması müəssisənin şəffaf idarəetmə standartından xəbər veriri . Mühaibat uçotunun əsasları saytımızın “Mühasibat uçotu” bölməsində yayımlanır və bundan sonra da yayımlanacaq .Burada müxətlif bölmələrdə , əsas təsərrüfat sahələrinin mühasibat uçotu, uçotun təşkili və müxtəlif növ müəssisələrdə uçotun aparılması qaydaları yayımlanacaq.Həmçinin mühasibat uçotunun yerli və Mühasibat Uçotunun Beynəlxalq Standartları barəsində məqalələr yayımlanacaq .Mühasibat uçotu və audit ayrılmaz cütlük olduğundan ishbook.com saytına bir mühasibat uçotu kitabı gözü ilə baxa bilərsiniz . Və beləliklə siz mühasibat uçotu haqqında qanun , mühasibat uçotunun vəzifələri , mühasibat uçotunun normativ tənzimlənməsi kimi anlayış və nəzəriyyələr ilə tanış olacaqsınız . Həmçinin saytda yeni və köhnə hesablar planı ilə tanış olacaq , mühasibat uçotunun yeni hesablar planının tətbiqinə dair biliklərə yiyələnəcəkisiniz .Məlum məsələdir ki , çoxunuz mühasibat kurslarına yazılaraq maddi çətinliklər ilə üzləşirsiniz amma siz hər gün müəyyən saat vaxtınızı ayıraraq online qaydada mühasibat dərslərini oxuyub bilik səviyyənizi artıra bilərsiniz .

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 3457 | Yazar: administrator | Tarix: 2018-12-05 | Şərhlər (0)

Veb saytların hazırlanması üçün nələri bilməliyik?

Veb sayt necə hazırlanır ?

veb sayt

Bir web saytın qurmağın - yaratmağın yollarını bu məqalədə sizə mümkün olduğu qədər anladacağam . İlk öncə qeyd edim ki , peşəkar sayt meykerlər ilk öncə müəyyən səviyyədə asp,php programlaşdırma dillərindən birini , html,css və javascript barəsində anlayışlı olmalıdırlar . Əgər sizin bu programlaşdırma və interfeys dilləri barəsində bilikləriniz yoxdursa narahat olmağa dəyməz .Çünki bir çox hostinq şirkətləri hazır qurulu cms saytlar təqdim edirlər .

Ümumiyyətlə sayt qurarkən ilk öncə saytın kontentinə uyğun domen adı fikirləşmək lazımdır .Domen adları  saytın internet ünvanıdır və www.numune.com kimi yazılır.Yəni siz əgər xəbər portalı qurmaq istəsəniz çalışın ki , seçdiyiniz domen adı Azərbaycan və ya ingilis dilində xəbər portlaına uyğun olsun .Və yaxud elan saytı qurmaq istəsəniz yenə də eyni hmləni etməlisiniz .Bir vakansiya saytının adında iş elanı və ya vakansiya barəsində söz yer almalıdır .Çünki bu gələcəkdə sizin Google səhifə sıralamasınd ilk səhifəyə daha tez çıxma şansını yaradacaqdır .

Domen adı almaq üçün müxtəlif web servislər vardır ki , bunlardan bir neçəsinin adını qeyd edəcəyəm :

Kateqoriya: SEO | Oxuma sayı: 2568 | Yazar: administrator | Tarix: 2018-12-05 | Şərhlər (0)

İş elanları 2018 , İş elanları 2019 -a gedən yol !

ish elani ishbook

2018 ci ildə hər ay ,hər gün və hər saat iş elanları yayımlandı .

Bu məqalədə sizə Azrərbaycanda aylıq iş elanı yayımına görə saytların reytinq siyahısını təqdim edəcəyəm . Siyahını təqdim etməzdən əvvəl  onu qeyd etmək istərdim ki , iş elanları 2018 müsabiqəsi COUNTER sistemi vasitəsi ilə şəffaf qaydada hesablanmış və təqdim olunmuşdur .

İş elanları 2018 elektron müsabiqəsinin siyahısında ilk yeri yeni yaranmasına baxmayaraq gündəlik iş elanları sayına görə reytinqin zirvəsində olan www.ishbook.com  saytıdır .

Qeyd edim ki , həmin ishbook.com saytı 09/2018 tarxində yaradılmasına baxmayaraq yaradıldığı ilk gündən bu rekordu hər ay təkrarlamışdır .Saytın yaradılma məqsədi şirkətlərə ödənişsiz elan yerləşdirmə xidməti göstərilməsini təmin etmək və iş axtaranlara gündəlik iş elanları yayımlamaqdır .

 

1. www.ishbook.com

2. www.jobsearch.az

3. www.boss.az

4.  www.ejob.az

5. www.is-elanlari.net

 

Həmçinin onu da qeyd edək ki , pulsuz elan yerləşdirmək üçün və ishbook.com saytından sadəcə olaraq qeydiyyatdan keçmək lazımdır .Qeydiyyat sistemi çox sadə registr sistemidir . Siz həmçinin yerləşdirdiyiniz iş elanını istədiyiniz vaxt dəyişdirə və ya silə bilərsiniz .

Ənn yeni iş elanları / vakansiyalar üçün bu linkə daxil ol !

 

 

 

 

 

Kateqoriya: Digər | Oxuma sayı: 3152 | Yazar: administrator | Tarix: 2018-12-05 | Şərhlər (0)

Bu məqaləmdə sizlərə müxtəlif online cv meykerlər barəsində məlumat verəcəyəm. Kompyuter informasiya vasitələrinin inkişafı eləcə də proqramlaşdırma dillərinin çox şahələnməsi özüylə bərabər istifadəçilərə daha rahat xidmət gətirdi.Hazırda dünyada və ölkəmizdə müxtəlif vakansiya saytları vardır ki onlarda da müxtəlif kateqoryalı iş elanları gündəlik olaraq yerləşdirilir .Əvvəlki məqalələrimin birində qeyd etmişdim ki, iş seçimi və işçi seçimi prosesində səliqəli doldurulmuş cv fromaları da əsas rol oynayır .Aşağıda sizə yüksək görünüşlü və müxtəlif şablonlu online cv hazırlayıcıları təqdim edəcəyəm :

Kateqoriya: Digər | Oxuma sayı: 2433 | Yazar: administrator | Tarix: 2018-12-05 | Şərhlər (0)

vakansiya

 

 

Müasir dövrdə texnologiyanın inkişafının sürətlənməsi özü bərabər olaraq biznes aləminədə yeniliklər gətirdi . İş seçimi , işci seçimi prosesi müəyyən qədər şəffaflaşdı .İndiki dövrdə təkcə Azərbaycanda 10 larla iş elanı saytı vardır ki , bunlarda öz növbəsində işsizlərin hər gün yüzlər ilə iş elanı ilə tanış olmalarına və öz cv - lərini elektron poçt vasitəsi ilə göndərməyə imakn yaradır .

Bir iş elanı üçün göndərilən yüzlərlə cv içərisindən müvafiq olanlar seçilir və müsabiqəyə dəvət olunurlar . CV yazarkən hər nə qədər peşəkarlığınızın əsas rol oynadığı önəm daşısada , bir o qədərdə cv -nin  yazım şəkli də önəmli rol oynayır . Yəni sadə misal ilə izah etsək , əgər sizə 2 ədəd 100 manatdan birini seçmək imkanı verilsə və o 2 ədəd 100 manatın birinin çirkli və görkəmsiz digərinin isə təmiz olduğunu görsəniz hansını seçərdiniz? - Təbii ki , daha səliqəli olanını . 

 

 

Kateqoriya: Digər | Oxuma sayı: 446 | Yazar: administrator | Tarix: 2018-12-04 | Şərhlər (0)

Saytınızın Google-da Birinci səhifədə olması üçün atmalı olacağınız bəzi addımlar (SEO) .

seo

 

Veb sayt sahibləri üçün ən çox tədqiq edilən mövzulardan biri Google-a ilk səhifəyə çıxmaqdır. Nəyə  görə  Google-da? Çünki  Google, ölkəmizdə və dünya miqyasında ən çox istifadə edilən axtarış motorudur . Və veb sayt .sahibləri üçün öz saytlarına izləyici trafiki çəkməkdə əvəzsiz rol oynayır .

Təəsüf ki , hər şey veb saytı yaratmaqla bitmir .Yaranmış veb sayta ziyarətçi çəkmək gərəkir.Əgər veb saytı bir dükana bənzətsək , müştərisiz dükanın bir xeyir gətirmədiyini anlamış olarıq . Bu səbəbdən veb saytımıza tarfik çəkməyin əsas yolu Google dan keçir .Məlum məsələdir ki , hər birimiz ağlımıza gələn cavabsız sualı , araşdırmanı , məlumatı öyrənmək üçün ilk istifadə etdiyimiz qaynaq Googledır və Google-ın  sayəsində biz yazdığımız kəliməyə uyğun müxtəlif cavablar yazılmış veb səhifələrinə yönləndirilirik . Və hər kəsin birinci baxdığı cavab siyahısı Google axtarış motorunun ilk səhifəsidir .

Kateqoriya: SEO | Oxuma sayı: 5364 | Yazar: administrator | Tarix: 2018-12-04 | Şərhlər (0)

Bazar, 2019-05-19, 1:44 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  May 2019  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac