Vakansiya saytı
ishbook

Yararlı məqalələr


Mühasibat uçotu [50]Bank [0]Maliyyə hesabatları [5]
Marketing [4]SEO [2]Digər [6]
Elektro dərs [2]Programlaşdırma dilləri - İT [0]Kitab [0]
AR Qanunları [0]

« 1 2 ... 4 5 6 7 8 »

 

53 saylı “Qısamüddətli kreditor borcları” yarımbölməsi


53 saylı “Qısamüddətli kreditor borcları” yarımbölməsi ödəmə müddəti hesabat tarixindən 12 aydan az olan qısamüddətli kreditor borclarının uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:


531- Malsatan və podratçılara qısamüddətli kreditor borcları
532- Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları
533- İşçi heyətinə qısamüddətli kreditor borcları
534- Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları
535- İcarə üzrə qısamüddətli kreditor borcları
536- Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları
537- Faizlər üzrə qısamüddətli kreditor borcları
538- Digər qısamüddətli kreditor borcları

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 962 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

 

52 saylı “Vergi və sair məcburi ödənişlər” yarımbölməsi

 

52 saylı “Vergi və sair məcburi ödənişlər” yarımbölməsi müəssisənin cari fəaliyyətində vergi və məcburi ödənişlərin, o cümlədən dövlət rüsumlarının uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

521- Vergi öhdəlikləri

522- Sosial sığorta və təminat üzrə öhdəliklər

523- Digər məcburi ödənişlər üzrə öhdəliklər.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 906 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

50 saylı “Qısamüddətli faiz öhdəlikləri yaradan öhdəliklər” yarımbölməsi

50 saylı “Qısamüddətli faiz öhdəlikləri” yarımbölməsi bank kreditləri və faizə alınmış borc vəsaitləri üzrə qısamüddətli öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

501- Qısamüdətli bank kreditləri

502- İşçilər üçün qısamüddətli bank kreditləri

503- Qısamüddətli konvertasiya olunan istiqrazlar

504- Qısamüddətli borclar

505- Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısamüddətli)

506- Törəmə (asılı) müəssisələrlə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

507- Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

 

 

 

51 saylı “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” yarımbölməsi

51 saylı “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” yarımbölməsi qiymətlənditilmiş öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

511- İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər

512- Qısamüddətli zəmanət öhdəlikləri

513- Qısamüddətli hüquqi öhdəliklər

514- Mənfəətdə iştirak payı və müəvinət planları

515- Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 542 | Yazar: administrator | Tarix: 2018-11-28 | Şərhlər (0)

 

QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

Qısamüddətli öhdəliklər bölməsinin hesabları təsərrüfat subyektinin qısamüddətli kimi təsnifləşdirilən, hesabat tarixinə ödəmə müddəti 12 aydan az olan, qısamdətli (cari) xarakter daşıyan borclarının və öhdəliklərinin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 354 | Yazar: administrator | Tarix: 2018-11-28 | Şərhlər (0)

 

44 saylı “Sair uzunmüddətli öhdəliklər” yarımbölməsi

44 saylı “Sair uzunmüddətli öhdəliklər” yarımbölməsi yuxarıdakı yarımbölmələrdə nəzərdə tutulmamış digər uzunmüddətli borcların və öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

441- Uzunmüddətli pensiya öhdəlikləri

442- Gələcək hesabat dövrlərinin gəlirləri

443- Alınmış uzunmüddətli avanslar

444- Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

445- Digər uzunmüddətli öhdəliklər

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 741 | Yazar: administrator | Tarix: 2018-11-28 | Şərhlər (0)

 

42 saylı “Təxirə salınmış vergi öhdəlikləri” yarımbölməsi

42 saylı “Təxirə salınmış vergi öhdəlikləri” yarımbölməsi təxirə salınmış vergi öhdəliklərinin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

421- Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

422- Digər təxirə salınmış vergi öhdəlikləri

 

43 saylı “Uzunmüddətli kreditor borcları” yarımbölməsi

43 saylı “Uzunmüddətli kreditor borcları” yarımbölməsi ödəmə müddəti hesabat tarixindən 12 aydan çox olan uzunmüddətli kreditor borclarının uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

431- Malsatan və podratçılara uzunmüddətli kreditor borcları

432- Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları

433- Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları

434- Faizlər üzrə uzunmüddətli kreditor borcları

435- Digər uzunmüddətli kreditor borcları

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 836 | Yazar: administrator | Tarix: 2018-11-28 | Şərhlər (0)

40 saylı “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” yarımbölməsi

 

40 saylı “Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər” yarımbölməsi bank  kreditləri və faizə alınmış borc vəsaitləri üzrə uzunmüddətli öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

 

41 saylı “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” yarımbölməsi

41 saylı “Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” yarımbölməsi qiymətləndirilmiş öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

 

Oxuma sayı: 782 | Yazar: administrator | Tarix: 2018-11-27 | Şərhlər (0)

UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR

Uzunmüddətli öhdəliklər bölməsinin hesabları təsərrüfat subyektinin uzunmüddətli kimi təsnifləşdirilən, uzunmüddətli xarakter daşıyan borclarının və öhdəliklərinin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 567 | Yazar: administrator | Tarix: 2018-11-27 | Şərhlər (0)

ÖHDƏLİKLƏR

ƏSAS ANLAYIŞLAR

Öhdəliklər – müəssisənin keçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyatların (resursların) müəsisədən kənara axını ilə nəticələnən mövcud vəzifəsidir. Başqa sözlə, cari və əvvəlki hesabat dövrlərində əmələ gəlmiş elə kreditor və digər borclardır ki, bu borcların ödənilməsi iqtisadi səmərəni azaldır, başqa sözlə aktivlərin azalmasına səbəb olur.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 470 | Yazar: administrator | Tarix: 2018-11-27 | Şərhlər (0)

KAPİTAL

ƏSAS ANLAYIŞLAR

Kapital – aktivlərin öhdəliklərlə yüklənmiş hissəsidir, yəni gələcəkdə öhdəliklərin nizama salınması üçün aktivlərin yönəldilməyən hissəsidir. Başqa sözlə, kapital bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərinin dəyəridir.

Mülkiyyətçilərin kapital qoyuluşları – mülkiyyətçilərin öz iştirak payından köçürmələri hesabına müəssisənin kapitalının artmasıdır.

Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi – mülkiyyətçilərin oz iştirak payından köçürmələri və onlar arasında xalis mənfəətin bölüşdürülmələri hesabına kapitalın azalmasıdır.

Müəssisənin kapitalı 3 hissədən ibarətdir:

 Mülkiyyətçilərin kapital qoyuluşları;

 Bölüşdürülməmiş mənfəət;

 Ehtiyatlar və fondlar

Müəssisə cari hesabat dövründə mənfəəti o halda təsdiq etməlidir ki, cari dövrdə kapital saxlanılmışdır, yəni azalmamışdır.

Kapital aşağıdakı yarımbölmələrdən ibarətdir:

30- Ödənilmiş nominal (Nizamnamə) kapital

31- Emissiya gəliri

32-Geri alınmış kapital (səhmlər)

33-Kapital ehtiyyatları

34-Bölüşdürülməmiş gəlir (ödənilməmiş zərər)

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 686 | Yazar: administrator | Tarix: 2018-11-27 | Şərhlər (0)

Cümə axşamı, 2019-06-20, 8:51 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  İyun 2019  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac