Vakansiya saytı
ishbook

Yararlı məqalələr


5:52 PM
AKTİVLƏR

AKTİVLƏR

ƏSAS ANLAYIŞLAR

Aktivlər – keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərənin əldə edilə biləcəyi gözlənilən ehtiyatdır (resursdur). Aktivlər elə vəsaitlərdir ki, gələcək dövrdə iqtisadi səmərə gətirilməsini təmin etməlidir, əks halda onlar gələcək dövrlərin potensial zərərlərindən başqa bir şey deyildirlər və ya cari dövrün əməliyyat xərcləridirlər. Gələcək iqtisadi səmərə ondan ibarətdir ki, son nəticədə pul vəsaitləri və ya pul vəsaitləri ekvivalentləri daxil olsun. Pul vəsaitləri və pul ekvivalentləri də öz növbəsində aktivdirlər.

Hər hansı bir aktivdə təcəssüm etdirilmiş gələcək iqtisadi səmərə ayrı-ayrı formalarda və ya bir neçə formanın uyğunlaşdırılması şəklində reallaşdırıla bilər. Belə ki, aktiv ayrılıqda və ya digər aktivlərlə əlaqədə məhsul istehsalı, iş görülməsi, xidmət göstərilməsində istifadə edilə bilər; bu prosesdə alınan məhsul, iş xidmət pula satıla bilər və ya digər aktivlərlə dəyişdirilə bilər. Əgər istehsal edilən mal, iş xidmət bazarda sabit alıcılıq qabiliyyətinə malikdirsə, aktivlərin istehsal prosesində istifadə edilməsi ən geniş yayılmış haldır. Aktiv topdan və pərakəndə satış kimi mal satışı şəklində satıcı və alıcının səmərəsi nəzərə alınmaqla pula satıla və ya digər aktivə dəyişdirilə bilər. Aktivlər kreditorlar qarşısında olan borcların ödənilməsinə yönəldilə bilər və ya səhmdarlar arasında bölüşdürülə bilər.

Aktiv maddi əmlak və hər hansı hüquqlar şəklində (qeyri-maddi aktiv) şəklində ola bilər.

Aktivlər mühasibat uçotunda yalnız baş vermiş əməliyyat əsasında qeydiyyata alınır və maliyyə hesabatlarında əks etdirilir. Hər hansı aktivi əldə etmək arzusu və ya bu istiqamətdə sövdələşmə imzalama aktiv kimi uçota almağa kifayət qədər əsas vermir. Aktivin balansda əks etdirilməsi üçün vacib şərtlərdən biri kimi bu aktivlərin dəyərinin olması və bu qiymətləndirmənin əminliklə müəyyən edilə bilinməsi hesab edilir.

Likvidlik dərəcəsindən asılı olaraq aktivlər uzunmüddətli (ödəmə müddəti bir ildən artıq olan) və qısamüddətli (ödəmə müdəti bir ilə qədər olan) aktivlərə bölünür.

 

Əvvəlki dərs                                                                   Sonrakı dərs

Oxumalar: 694 | Yazar: administrator | Teqlər: AKTİVLƏR | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Bazar ertəsi, 2019-01-21, 7:18 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac