Vakansiya saytı
ishbook

Yararlı məqalələr


4:00 PM
Balans hesabatı cədvəli nədir? Hesabat formaları .

Balans hesabatı, müəssisənin müəyyən bir tarixdəki vəsaitlərini və bu vəsaitlərin əmələ gəlmə qaynaqlarını göstərən maliyyə hesabatıdır. Balans hesabatı mühasibat sisteminin ən vacib cədvəllərindən biridir. Balans hesabatı müəssisələr üçün çox faydalıdır.

BALANS HESABATİ

 

Balans şəklində dörd hissə var.

- Balans hesabatı başlığı
- Aktiv tərəf
- Passiv tərəf
- Balans hesabatı dipnotları

Balans hesabatı başlığı: Balans hesabatı başlığında yazılması mütləq olan üç əhəmiyyətli ünsür vardır. Bunlar, müəssisənin adı və ya ünvanı, balans hesabatı sözü və balans hesabatı tarixi.

Aktif: Balansın sol tərəfində, müəssisənin vəsaitlərini (mevcutlarını və alacaqlarını) göstərən qisimdir.

Passiv: Balansın sağ tərəfində, müəssisənin qaynaqlarını (sərmayəsini və borclarını) göstərən qisimdir.

Balans hesabatının dipnotları(izahatları): Balansın dipnotları balansı daha yaxşı başa düşmək və şərh etmək üçün zəruri şərhlərin yazıldığı bölmədir.

Balans hesabatı təqdimat formasından asılı olaraq iki fərqli şəkildə istifadə edilə bilər. Bunlar hesab tipli balans hesabatı və hesabat tipli (rapor) balans hesabatıdır.

Hesab tipli balansa nümunə

 

hesab-tipli-balans-hesabati

 

Hesabat tipli (rapor) balansa nümunə

 

hesabat-tipli-balans-hesabati

  • Balans vəsaitlərinin(aktivlərin) prinsipləri:

- müəssisənin bir il içində pula çevrilə biləcək vəsaitləri dövriyyə vəsaitləri, bir ildən uzun müddətdə pula çevriləcək vəsaitləri isə əsas vəsaitlər qrupunda yer alır.
- Müddəti bir ilin altına düşmüş vəsaitlər dövriyyə vəsatləri qrupuna köçürülür.
- Dəyəri azalan aktivlərə qarşılıq ayrılır.
- Debitor borclar balans tarixindəki dəyəri ilə göstərilməlidir.
- Yığılmış amortizasiya balansda göstərilməlidir.
- Debitor borclar   xüsusiyyətlərinə görə ayrılmalıdır.
- Şübhəli debitor borclar üçün ehtiyyat yaradılmalıdır.

 

  • Balans öhdəliklərinin prinsipləri:

- Qısamüddətli və uzunmüddətli öhdəlikləri fərqləndirmək  üçün müddət kimi bir il nəzərə alınmalıdır.
- Müddəti bir ildən aşağı düşən uzunmüddətli  öhdəliklər  qısa müddətli öhdəliklər hesablarına köçürülməlidir.
- Bütün öhdəliklər göstərilməlidir.
- Öhdəliklər balans hesabatı günündəki dəyəri ilə göstərilməlidir.
- Öhdəliklər öz xüsusiyyətlərinə görə ayrılmalıdır.

 

  • Kapital prinsipləri:

- Kapitalın müəssisə təsisçi və səhmdarların hüquqlarını göstərməyi gərəkir.
- Kapital öz xüsusiyyətlərinə görə ayrı ayrılıqda göstərilməlidir.
- Azalan kapital göstərilməlidir.
- Kapital aydın şəkildə göstərilməlidir.
- Zərər mənfəətdən çıxılmalıdır.

 

Balans hesabatının elementləri aşağıdakılardır:

• Aktivlər(Vəsaitlər) – müəssisənin nəyə malik olduğunu və gələcəkdə nə əldə edə biləcəyini əks etdirir.
• Öhdəliklər – müəssisənin kənar tərəflər qarşısında olan borcunu əks etdirir.
 Kapital – sahibkar tərəfindən müəssisəyə investisiya edilən məbləği və müəssisədə bölüşdürülməmiş qalan mənfəəti əks etdirir.

Hər bir əməliyyat və ya hadisə bu üç elementə müəyyən dərəcədə təsir edir. Mühasibat balansında aktivlərə sahiblik hüququnda məhdudiyyətlər barədə informasiya, öhdəliklərin sığorta təminatı, pensiya proqramlarının təmin edilməsi metodları, gələcək kapital qoyuluşları üçün nəzərdə tutulan vəsaitlər açıqlanmalıdır.

 

Uzunmüddətli aktivlər hissəsində aşağıdakı maddələr açıqlanmalıdır:

• Qeyri-maddi aktivlər
• Torpaq, tikili və avadanlıqlar
• Daşınmaz əmlaka investisiyalar
• Bioloji aktivlər
• Təbii sərvətlər
• İştirak payı metodu ilə uçota alınmış investisiyalar
• Təxirə salınmış vergi aktivləri
• Uzunmüddətli debitor borcları
• Sair uzunmüddətli maliyyə aktivləri
• Sair uzunmüddətli aktivlər.

Qısamüddətli aktivlər:

• Qısamüddətli aktivlər
• Ehtiyatlar
• Qısamüddətli debitor borcları
• Pul vəsaitləri və onların ekvivalentləri
• Sair qısamüddətli maliyyə aktivləri
• Sair qısamüddətli aktivlər.

 

Uzunmüddətli öhdəliklər:

• Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər
• Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər
• Təxirə salınmış vergi öhdəlikləri
• Uzunmüddətli kreditor borcları
• Sair uzunmüddətli öhdəliklər.

Qısamüddətli öhdəliklər:

• Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
• Qısamüddətli qiymətləndirilmiş öhdəliklər
• Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər
• Qısamüddətli kreditor borcları
• Sair qısamüddətli öhdəliklə

 

Kapital:

• Ödənilmiş nominal (nizamnamə) kapital
• Emissiya gəliri
• Geri alınmış kapital (səhmlər)
• Kapital ehtiyatları
• Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər).

 

Balansın aktiv tərəfi passiv tərəfinə həmişə bərabər olmalıdır .

Aktiv=Öhdəliklər+Kapital

aktiv-passiv-balans

 

Elməddin Abbasov,09.12.2018-ci il .

Kateqoriya: Maliyyə hesabatları | Oxumalar: 30074 | Yazar: administrator | Teqlər: Balans hesabatı cədvəli nədir? Hesa | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:05 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac