Vakansiya saytı
ishbook

Yararlı məqalələr


12:32 PM
Ehtiyat kapitalının uçotu

 

Ehtiyat kapitalının uçotu

       ehtiyyat-kapital-ishbook     

(Mühasibat uçotu və Audit)

 

Bazar iqtisadiyyatı şəraitində ehtiyat kapitallarının və ödəmələrinin yaradılması və düzgün istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.

Səhmdar cəmiyyəti və birgə təşkilatlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ehtiyat kapitalını məcburi qaydada yaradırlar. Öz baxışlarına görə onu digər təşkilatlar da yarada bilər. Səhmdar cəmiyyətinin ehtiyat kapitalı zərərlərin örtülməsi üçün, habelə cəmiyyətin istiqrazlarının ödənilməsi və digər vəsaitlər olmadığı halda cəmiyyətin səhmlərini satın almaq üçün istifadə edilir. Digər təşkilatlarda ehtiyat kapitalının istifadə edilməsi istiqamətləri onların nizamnaməsi ilə müəyyən edilir.

Əsas kapitalın tamamlanması və dividendlərin ödənilməsindən ötəri bu məqsədlər üçün və ya gələcəkdə nəzərdə tutulmayan mümkün olan zərərlərin və itkilərin örtülməsi üçün hesabat ilinin mənfəəti olmayan (kifayət olmayan) zaman əsasən mənfəətin ehtiyatlandırıl- masmı və xərclərin faktiki əmələ gəldiyi vaxta qədər, onların bir hissəsinin təşkilatın məsrəflərinə vaxtından əvvəl daxil edilməsi yolu ilə gələcək ödəmələrin ehtiyatlandırılmasmı həyata keçirirlər.

 

Ehtiyat kapitalı qanunvericiliyə və təsis sənədlərinə ciddi müvafiq olaraq yaradılmalıdır. Mühasibat uçotunun qüvvədə olan göstərişləri gizli ehtiyatların və ödəmələrin yaradılmasını qadağan edir.

Ehtiyat kapitalının ölçüsü səhmdar cəmiyyətində təşkilatın nizamnaməsi ilə müəyyən edilir.

Qanunvericilikdə ehtiyat kapitalının yaradılması nəzərdə tutulmayan təşkilatlarda, o, xalis mənfəətin hesabına yaradıla bilər.

Qeyd etmək lazımdır ki, qanunvericilikdə ehtiyat kapitalının yaradılması nəzərdə tutulan təşkilatlarda ehtiyat kapitalına ayırmalar qanunvericilikdə müəyyən edilmiş normativ hüdudlarında vergiyə cəlb olunmaya qədər, normativdən artıq ayırmaları isə - vergiyə cəlb olunmadan sonra aparırlar. Bununla əlaqədar olaraq belə təşkilatlarda ehtiyat kapitalına ayırmaları,

 

801 saylı «Ümumi mənfəət (zərər)» hesabının debetində

335 saylı «Digər ehtiyatlar» hesabının kreditində

 

əks etdirmək məqsədəuyğundur.

Qanunvericiliyə və təsis sənədlərinə müvafiq olaraq yaradılmış təşkilatlar ehtiyat kapitalını yarada bilər. Öz təbiətinə görə o sığorta kapitalıdır və təsərrüfat fəaliyyətindən mümkün olan zərərlərin örtülməsi üçün yaradılır. Onun yaradılması təşkilatın aramsız işləməsini, habelə üçüncü şəxsin marağının təminatını təmin edir. Onun mövcudluğunu kreditorlara və digər maraqlı şəxslərə təşkilatın öhdəliyinin ödənilməsində müəyyən inam verir. Cari təsərrüfat fəaliyyətində bu fond təşkilatın fəaliyyətinin əlavə daxili maliyyələşmə mənbəi kimi (nizamnamə kapitalına) çıxış edir. Ehtiyat kapitalı əsas etibarı ilə mənfəətdən ayırmalar hesabına yaradılır. Fonda hər illik ayırmanın ölçüsü təsis sənədləri ilə müəyyən edilir.

Səhmdar cəmiyyətləri ehtiyat kapitalının əsas kapital qiymətdən düşdüyü halda onu tamamlamaq üçün və mənfəətdən hər illik ödənişlər yolu ilə dividendləri ödəmək üçün yaradırlar. Ehtiyat kapitalını həmçinin birgə təşkilatlar və məhdud məsuliyyətli cəmiyyətlər yaradırlar. Fondların həcmi və yaradılması qaydası təşkilatların nizamnamələrində nəzərdə tutulur.

Qüvvədə olan qanunvericilikdə ehtiyat kapitalına minimum məcburi ayırmalar müəyyən edilir.

Ehtiyat kapitalının vəsaitlərinin hərəkəti haqqında informasiyanı ümumiləşdirmək üçün mühasibat uçotunda 335 saylı «Digər eh- tiyatlar» hesabı nəzərdə tutulmuşdur. Bu passiv hesabdır. Bu hesabın krediti üzrə ehtiyat kapitalına ayırmalar, debetində isə bu kapitalın vəsaitlərinin istifadəsi əks olunur. Mənfəətdən ehtiyat kapitalına ayırmalar aşağıdakı yazılışla əks olunur:

 

341 saylı «Hesabat dövründə xalis mənfəət (zərər)» hesabının debeti.

335 saylı «Digər ehtiyatlar» hesabının krediti.

 

Mənfəət vergiyə cəlb olunan zaman, ehtiyat kapitalına yönəldilən məbləğlərə təşkilatlar ümumi mənfəəti azaldırlar.

Ehtiyat kapitalını digər təşkilatlar da yarada bilər. Bunu ancaq onların sərəncamında qalan mənfəət hesabına yaradırlar.

Ehtiyat kapitalı vəsaitlərinin istifadə edilməsi aşağıdakı yazılışlarla uçota alınır:

a) İştirakçılara gəlirlərin və dividendlərin ödənilməsi məqsədləri üçün hesabat ilinin mənfəəti olmayan və ya kifayət qədər olmayan zaman onların ödənilməsinə yönəldilən məbləğlər hissəsində;

 

335 saylı «Digər chtiyatlar» hesabının debeti.

302 saylı «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» hesabının krediti.

 

b) Hesabat ilinin balans zərərinin ödənilməsinə yönəldilən məbləğlər hissəsində və i.a.

 

335 saylı «Digər ehtiyatlar» hesabının debeti.

341 saylı «Hesabat dövründə xalis mənfəət (zərər)» hesabının krediti.

 

Yekunda 335 saylı «Digər ehtiyatlar» hesabının kredit qalığı hesabat dövrünün əvvəlinə və axırına istifadə edilməmiş ehtiyatın qalığını, debet üzrə dövriyyə - məqsədli təyinatı üzrə mənfəətin istifadə edilməsini, kredit üzrə dövriyyə - əlavə ayırmalar hesabına ehtiyatın tamamlanmasım xarakterizə edir.

Ehtiyat kapitalı xalis mənfəətdən ayırmalar hesabına yaradılan halda, vəsaitlər hesabat ilinin mənfəəti kifayət olmayan zaman dividendlərin ödənilməsinə istifadə edilə bilər.

 

 

 

Ən son maliyyə vakansiyaları bu linkdə !

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 1260 | Yazar: administrator | Teqlər: Ehtiyat kapitalının uçotu | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:05 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac