Vakansiya saytı
ishbook

Yararlı məqalələr


9:04 PM
Ehtiyatların(STOK) ilkin dəyərinin hesablanması-ORTALAMA ÜSULU

 

  • ORTALAMA ÜSULU

 

Müəssisələrdə istehsala göndərilən ilk maddə(xammal) və matrealların alınma qiymətlərinə görə qruplaşdırmaq bəzən çox çətin olur , yəni istehsala göndərilən ilk maddə və matrealın hansı satınalma qrupundan olduğuna fiziki və sistem üzərindən nəzarət etmək çox çətin olur . Bu zaman biz Ortalama Maya Dəyəri üsulundan istifadə edərək , istehsala göndərilən ilk maddə(xammal) və matrealların maya dəyərini hesablaya bilərik .

Bu üsulla , istehsala göndərilən və anbarda qalan ilk maddə(xammal)  və matrealların bir vahidinin ortalama qiyməti(maya dəyəri) hesablanaraq tapılır . Bu qiymət həm istehsala göndərilən , həm də anbarda qalan ilk maddə və matrealın ortalama qiyməti(maya dəyəri) olur .

İstehsalda istifadə olunan ilk maddə və matrealların bazar qiymətinin tez-tez dəyişməsi ,  bunların az miqdarlarla və aşağı qiymətlə olması , həmçinin istehsala da az miqdarlarla göndərilməsi halında Ortalama Maya Dəyəri üsulundan istifadə olunması daha məqsədəuyğundur .

Bu üsuldan istifadə olunması asan bir metoddur .

Düstur:

 ortalama-maya-deyeri-hesablama

 

  1. Çəkili Ortalama Maya Dəyəri üsulu

 

Bu üsulda  , ilk maddə və matrealın  bir vahidinin qiyməti (maya dəyəri) bir dövr ərzində istehsalda istifadə ediləcək bütün ilk maddə və matrealların məbləğlərinin cəmini , bu dövr ərzində istehsala göndərilən ilk maddə və matrealların cəmi miqdarına bölünərək tapılır .

 

Düstur:

cekili-ortalama-maya-deyeri-hesablama

 

Bütün ilk maddə və matreallar dövrün əvvəlində anbarda qalıq olaraq qalan və dövr ərzində alınan ilk maddə və matreallardır .

Hesablanan qiymət , dövr ərzində istehsala göndərilən və dövr sonuna anbarda qalan ilk maddə və matrealların bir vahidinin qiymətidir(maya dəyəridir) .

 

           2. Hərəkətli Ortalama Maya Dəyəri üsulu

 

Bu üsulda , bir vahidin ortalama qiyməti (maya dəyəri) , hər ilk maddə və matreal alınandan dərhal sonra təkrar olaraq hesablanır . Bu Ortalama Vahid Qiyməti həmin satınalmadan sonrakı anbar əməliyyatlarında , yeni bir satınalmaya qədər istifadə edilir .

Hərəkətli Ortalama İlk  Maddə və Matrela Qiyməti şağıdakı kimi hesablanır .

 

Düstur:

 

 

hereketli-ortalama-maya-deyeri-hesablama

 

 Bu halda yuxarıda qeyd etdiyimiz müəssisə üçün üç satınalma əməliyyatı olduğu üçün, üç dəfə Hərəkətli Ortalama Maya dəyəri hesablanmalıdır .

 

 

 

Nümunə 3 .

 

Bir  müəssisənin istehsal etdiyi xüsusi  bir  proyektdə istifadə olunan “ dəmir listləri”adlı ilk maddə və matrealın  mart ayı əməliyyatları aşağıdakı kimidir :

 ortalama-maya-deyeri-hesablama

 ortalama-maya-deyeri-hesablama

ortalama-maya-deyeri-hesablama

 

 

 

 

Bu üsul qiyməti aşağı olan və qiymət frekansı dəyişkən olan ilk maddə və  matreallar üçün istifadə olunur . Bu üsulla , yüksək və aşağı qiymətlər arasındakı fərqləri azaldaraq müəyyən tarazlıq saxlamaq mümkündür .

 

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 3305 | Yazar: administrator | Teqlər: Ehtiyatların(STOK) ilkin dəyərinin | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:20 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac