Vakansiya saytı
ishbook

Yararlı məqalələr


9:22 PM
Excel - SUMIFS Funksiyası
SUMIFS Funksiyası

SUMIF funksiyasından fərqli olaraq, bir neçə kriteriyaya (meyar) əsasən toplama əməliyyatı aparır. Microsoftun saytında yazılan məlumata əsasən maksımum 127 kriteriya seçilə bilər, ancaq təcrübəmdə 7-dən çox kriteriyaya ilə rastlaşmamışam.

sumifs funksiyası

Arqumentləri bu şəkildədir

  1. =SUMIFS(toplama diapazonu; kriteriya diapazonu 1; kriteriya 1; kriteriya diapazonu 2; kriteriya 2 .........)
  2. =SUMIFS(sum range; criteria range 1; criteria 1; criteria range 2; criteria 2; ..........)

Bu funskiyada arqumentlərin yeri fərqlidir. Burda əvvəlcə “toplama diapazonu” daha sonra isə digər diapazonlar sırası ilə tələb olunur. Ancaq, SUMIF funksiyasındakı kimi, “diapazon” yazılan arqumentlərdə hər zaman məlumatların olduğu sütunu göstərir, “kriteriya” yazılan yerdə isə qurmuş olduğumuz cədvəldəki “kriteriya” xanalarını göstərməliyik.

sumifs funksiyası

Şəkildə soldakı siyahı (A:C) məlumat bazamızı, sağdakı cədvəl isə (E1:G4) qurulan hesabatı göstərir. İlk əvvəl “toplama diapazonu”nu qeyd edirik (C:C), daha sonra isə sırasıyla “kriteriya diapazonu” və “kriteriya”lar seçilir. Burda diqqət ediləsi digər məqam da odur ki, “kriteriya diapazonu” hansı sütun seçilirsə, ona uyğun “kriteriya” seçilməlidir. Şəkildə də, əvvəlcə “A” sütunu seçilib, daha sonra isə ona uyğun “kriteriya” göstərilib (“1” rəqəmi yazılan oxlar). Əgər məhsul diapazonu (A:A) seçildikdən sonra kriteriya olaraq satıcılar seçilərsə (“2” nömrəli yaşıl ox) funksıya düzgün nəticə (adətən “0”) vermiyəcək.

Şərtə görə toplama əməliyyatlarında ən çox bu iki funksiya istifadə olunur. Bu funksiyaların istifadəsi asandır, sütunu tam seçməyə imkan verir və də sürətli hesablayır (digər funksiyalara görə).

Əslində, SUMIFS funksiyası SUMIF əvəzinə istifadə oluna bilər. Ancaq, SUMIFS funksiyası Excelin 2007 versiyasından sonra yaradılıb. Əgər hazırladığınız cədvəldə SUMIFS istifadə etmiş və həmin hesabatı göndərdiyiniz şəxsdə Excel 2003 quruludursa, o zaman funksiya yazılan xanalarda #NAME? xətası verəcəkdər. Əgər belə bir ehtimal varsa o zaman SUMIFS əvəzinə digər funksiyalardan (mis SUMPRODUCT) istifadə etmək məsləhətdir.

Qeyd: cədvəllərin qurulumunda sütunların sabitlənməsinə xüsusi ilə diqqət yetirmək lazımdır. Videoda istifadə olunan sabitləmələrə baxa bilərsiniz.

Kateqoriya: Digər | Oxumalar: 2030 | Yazar: administrator | Teqlər: Excel - SUMIFS Funksiyası | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:00 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Yanvar 2019  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac