Vakansiya saytı
ishbook

Yararlı məqalələr


2:29 PM
GƏLİRLƏR

 

 

 

GƏLİRLƏR

ƏSAS ANLAYIŞLAR

Gəlirlər – mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, daxil olması və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır. Gəlirlər əsas gəlirlər və sair gəlirlərdən ibarətdir.

Əsas gəlirlər – müəsisənin adi fəaliyyəti zamanı yaranmış, həmçinin satış, komisyon haqqları, faizlər, dividendlər, royaltilər və icarə haqqları daxil olmaqla, müxtəlif başlıqlar altında təsnifləşdirilən gəlirlərdir. Əgər müəssisənin adi fəaliyyəti üzrə gəlirlərin mütəmadi yaranmsı ehtimalı varsa, bu cür gəlirlər əsas gəlirlər hesab edilir.

Sair gəlirlər – müəsisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas gəlirlər anlayışına uyğun gəlməyən gəlirlərdir.

Əsas gəlirlər və sair gəlirlər “Mənfəət və zərərlər haqqında hesabat”da, “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”da “Kapitalda dəyişikliklər haqqında hesabat”da öz əksini tapmalıdır.

Hesabat dövrünün sonunda “Gəlirlər” bölməsinin hesabları “Kapital” bölməsinin 341-“Hesabat dövründə xalis mənfəət (zərər)” hesabına bağlanırlar. 

Gəlirlər aşağıdakı yarımbölmələrdən ibarətdir:

60- Əsas əməliyyat gəlirləri

61- Sair əməliyyat gəlirləri

62- Fəaliyyətin dayandırılması ilə əlaqədar olan gəlirlər

63- Maliyyə gəlirləri

64- Fövqaladə gəlirlər

65- Asılı və birgə müəssisələrin mənfəətində pay

 

Əvvəlki dərs             Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 451 | Yazar: administrator | Teqlər: GƏLİRLƏR | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 2:57 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac