Vakansiya saytı
ishbook

Yararlı məqalələr


9:13 PM
Gərginlik, Cərəyan şiddəti və Müqavimət nədir? Əsas Elektrik anlayışları...

 

  • Elektrik nədir?

Elektrik, yüklü zərrəciklərin hərəkəti ilə əlaqədar olan fiziki hadisələrə verilən ümumi addır. Elektrik, bildiyimiz mənada keçirici maddələrin cərəyan keçirməsi ilə əlaqədar ola biləcəyi kimi, statik elektrik, radio dalğaları (elektromaqnit dalğalar) və ildırım kimi daha fərqli fiziki fenomenlər (hadisələr) də elektrik ilə əlaqədardır.

 

  • Statik elektrik:

Statik elektrik, hər hansı bir maddənin yüklü zərrəciklərinin səth və ya içərisində balanssız şəkildə dağılması səbəbiylə meydana gələr. Bu elektrik sahəsinin formalaşmasına səbəb olur.

Maddənin içində olan bu zərrəciklər, elektrik cərəyanı meydana gətirə bilir. Köhnə balonlu ekrana sahib bir televizorunuz olubsa nə demək istədiyimi hərhalda anlamısınız  .

 

  • Keçirici və İzolyator Maddələr:

 


Əvvəlcə elektrik anlayışını qeyd edim.

Elektrik, yüklü zərrəciklərin hərəkətidir. Bu hərəkət keçirici maddələr vasitəsi ilə reallaşa bilər. Metalların keçirici olduqlarını bilirik. Digər tərəfdən, elektrik cərəyanını daşımaq üçün sərbəst elektronları olmayan maddələrə izolyator maddələr deyilir.

 

  • Elektrik Dövrəsi:

Elektrik dövrəsi, müqavimət, kondansatör, tranzistor, açar, generator və s. dövrə vasitələrinin bir-birinə bağlanaraq meydana gətirdikləri sistemə verilən addır.
elektrik-dovriyyesi 

 

Hər bir elektrik cihazının işləməsi üçün elektrik enerjisi tələb olunur. Bu enerji  rozetka vasitəsi ilə şəbəkədən və ya batareya / adapter vasitəsilə alınır. Çoxumuz ölkəmizdə şəbəkənin 220 Volt olduğunu, batareyaların isə 1.5V, 9V, Lipo kimi fərqli növləri olduğunu bilirik. Həm də şəbəkə gərginliyinin  AC olduğunu, batareya və adapterlərin DC olduğunu bilirik. Bəs "Volt" və ya gərginlik nədir?

  • Elektrik gərginliyi nədir?

Elektrik gərginliyi — elektrik sahəsində yerləşən nöqtələr (A və B) arasında elektrik yüklərinin nəqli zamanı görülən iş. Gərginlik həm də elektrik yükünün spesifik işgörmə qabiliyyətidir. O sahə parametri olub böyük ölçüdə meyillənir. Gərginliyin işarəsi U –dur(və ya V)

Anlayışları daha asan anlamaq üçün elektrik enerjisini suya bənzətsək, gərginliyi (Volt) su səviyyəsinin yüksəkliyi olaraq düşünə bilərik. Suyun hündürlüyü nə qədər yüksək olarsa, axında o qədər şiddətli olacaqdır. Başqa sözlə, gərginlik yüksəldikcə, axımın şiddəti o qədər artacaqdır.

elektrik gərginliyi

 

Qısa desək , gərginlik (Volt), elektrik cərəyanını  itələmə gücü olaraq təyin oluna bilər.

Gərginlik voltmetrlə ölçülür. Voltmet  dövrəyə olaraq bağlanır.

voltmetrin dovreye baglanmasi

 

  • AC / DC:

AC, İngilis sözünün qısaltmasıdır ,  Alternating current (alternativ cərəyan və ya dəyişən cərəyan) mənasını verməkdədir. Adını, axınının müəyyən bir periyod ilə müsbət və mənfi arasında dəyişməsindən almışdır.

sinus dalgasi

Elektrik stansiyalarında istehsal  olunan və evimizə qədər gələn şəbəkə elektriki , itkinin qarşısının alınması üçün alternativ cərəyan kimi istifadə edilir.

DC isə, İngiliscə Direct Current sözündən  əmələ gəlmişdir və sabit cərəyan kimi tərcümə eidlir. Batareyaları, şarj alətləri, günəş panelləri və bir çox digər elektrik cihazlarının çıxışı DC'dir. Kompüter, cib telefonu, pultlar kimi  bir çox elektron çihazlar 220V AC-nin şəbəkə voltajından daha aşağı gərginliklə çalışdığından, adaptrlar ilə razetkadan aldığımız 220 Volt AC gərginliyi DC gərginliyə çevirərək istifadə edirik .

 

  • Güc qaynaqları:


Yuxarıda qeyd etdiyim kimi , DC güc qaynaqlarına nümunə olaraq batareyaları və adapterləri qeyd edə bilərik. Bundan əlavə, biz AC elektrik qaynağı olaraq adətən 220V şəkəbəkə gərginliyini istifadə edirik. Bəzi hallarda transformator istifadə edərək, AC gərginliyini yüksəltməyimiz və ya azaltmağımız mümkündür.

transformator

 

  • Elektrik cərəyanı nədir?


Elektrik cərəyanı, potensial fərqin (gərginlik) təsiri nəticəsində keçirici bir maddə üzərindən elektrik zərrəciklərinin hərəkətidir. Hərəkət edən zərrəciklər, maddənin içərindəki elektronlardır. Vahidi amperdir(A) , I hərfi ilə işarə olunur .

elektrik cərəyanı

Elektrik dövrələrində əsl işi görən cərəyandır. Gərginlik cərəyanın hərəkət etməsini təmin edir. Dövrəmizi bəsləyəcək olan batareya və ya güc qaynağını seçərkən dövrənin çəkəcəyi ən yüksək eletrik cərəyanını seçmək lazımdır. Robotun nümunəsində gərginlikdən bəhs etsək, 6Volt ilə çalışan robotumuzun maksimum 1A cərəyan istifadə edəcəyini fərz edək . Bu zaman minimum 6V 1.5A cərəyanını verə bilən bir adapter və ya batareya istifadə etməyimiz lazımdır. Adapterimiz tərəfindən verilə bilən yüksək bir cərəyanın olması bizim üçün problem deyil, robotumuz ehtiyacı olan 1A cərəyanını çəkəcək və adapter bunu təmin edəcəkdir. Beləliklə, 6V 10A enerji qaynağı da istifadə edə bilərsiniz, bu zaman  xərcləriniz və güc qaynağının ölçüsü artacaq.

Cərəyan şiddəti , ampermetr ilə ölçülür. Ampermetr dövrəyə ardıcıl bağlanır.

ampermetr

 

  • Elektrik gücü:


Elektrik gücü ayrı bir mövzu olduğundan, mən bu yazının əhatəsini aşmamaq üçün sadəcə qısa qeyd edəcəyəm.

Digər bütün fiziki birləşmələrdə olduğu kimi, güc də vahid vaxt başına istifadə edilən enerji miqdarına aiddir. SI sistemində güc vahidi vatdır (W). Gücü elektrik şəbəkəsindən əldə edilən gərginlik və cərəyan şiddətinin hasili şəkilində hesablaya bilərik .

P = I x V

 

  • Ohm Qanunu və Müqavimət:


Elektrik cərəyanını ötürmək üçün keçirici kabellərdən istifadə edirik. Su nümunəsinə təkrar qayıtsaq, kabelləri su daşıyan borular kimi təsəvvür edə bilərik. Bu boruların diametrini daraltsaq, suyun daha az axacağını bilirik. Elektriksəl mənada  müqavimət eyni təsiri göstərir. Elektrik cərəyanına qarşı təsir müqavimət adlanır. Vahidi Ohmdur. Simbolu Ω (böyük omeqa). Tənliklərdə R hərfi ilə ifadə edilir.

elektrik-muqavimeti

 

Müqavimət Ohmmetre ilə ölçülür. Ohmmetre, dövrəyə paralel bağlanır.

ohmetre-dovreye-qosulma

Bazarda cərəyan və gərginliyin ölçülməsi üçün satılan cihazlar adətən multimetr və ya avtomat (amp, volt, ohmmetr) adlanır. Onlar mövcud, gərginlik və müqaviməti ölçmək üçün istifadə edilə bilər.

multimetr

Om qanunu belədir:Elektrik dövrəsindəki cərəyan şiddəti həmin hissədəki gərginliklə düz, müqavimətlə tərs mütənasibdir. Başqa sözlə,

V = I x R

 

 

Kateqoriya: Elektro dərs | Oxumalar: 2925 | Yazar: administrator | Teqlər: Gərginlik, Cərəyan şiddəti və Müqavimət nədir? | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:05 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac