Vakansiya saytı
ishbook

Yararlı məqalələr


9:26 PM
Haqsız , qeyri dəqiq və gizli reklam nədir ?(qanuna uyğun izahı)

Haqsız reklam

 

6.1. Reklam aşağıdakı hallarda haqsız hesab edilir:

6.1.1. reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən yaxud yetirə bilən, başqa istehsalçıların yaxud satıcıların əmtəəsinin keyfiyyət və (və ya) kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və (və ya) əmtəəni göstərməklə müqayisə aparıldıqda;

6.1.2. müxtəlif vasitələr və (və ya) üsullarla bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda;

6.1.3. əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə;

6.1.4. reklam olunan əmtəədən istifadə etməyən və ya rəqiblərin əmtəəsindən istifadə edən şəxslərə istehza olunmaqla, başqa şəxslərdə onlara qarşı mənfi rəy formalaşdırmağa cəhd olunduqda;

6.1.5. müəlliflik hüquqlarından və əlaqəli hüquqlardan qeyri-qanuni istifadə olunduqda, başqa əmtəələrin reklam materiallarının plagiatçılığına yol verildikdə;

6.1.6. reklam edilən əmtəə başqa istehsalçıların və satıcıların əmtəəsinə çaşqınlıq yarada biləcək dərəcədə bənzədildikdə;

6.1.7. reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə;

6.1.8. reklam qadağan olunmuş vasitələr və (və ya) üsullarla, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun müəyyən etdiyi yerlərdən kənarda, bu Qanunla müəyyən olunmuş vaxtdan əvvəl yaxud sonra yayımlandıqda;

6.1.9. reklamı konkret üsulla, konkret vaxtda və (və ya) yerdə qadağan olunmuş əmtəənin yaxud onun əmtəə nişanının, habelə onunla qarışdırıla biləcək dərəcədə yaxın olan əmtəə nişanının reklamından istifadə edildikdə.

6.2. Haqsız reklama yol verilmir.

 

 Qeyri-dəqiq reklam

 

7.1. Aşağıdakılar barədə məlumatları təhrif edilmiş, həqiqətə uyğun olmayan şəkildə əks edən reklam qeyri-dəqiq hesab olunur:

7.1.1. əmtəənin istehsalçısı, satıcısı və mənşəyi;

7.1.2. əmtəənin bazarda mövcudluğu, onun göstərilən miqdarda, vaxtda və yerdə əldə edilməsi imkanları;

7.1.3. əmtəənin təyinatı, tərkibi, istehlak xassələri, o cümlədən, istifadə şəraiti, dəstləşdirilməsi, istehsal olunduğu vaxt, yararlılığının son tarixi və istifadə müddəti;

7.1.4. reklam edilən vaxt əmtəənin qiyməti, qiymət güzəştləri, əldəetmə və ödəniş şərtləri;

7.1.5. əmtəənin istehlakçıya çatdırılmasının, keyfiyyətinə zəmanət verilməsinin, satışdan sonra servis xidmətlərinin göstərilməsinin, dəyişdirilməsinin, geri qaytarılmasının şərtləri və müddəti;

7.1.6. əmtəənin istehsalına (satışına) verilmiş lisenziyanın, uyğunluq sertifikatının mövcudluğu, layiq görüldüyü mükafatlar;

7.1.7. dövlətlərin və beynəlxalq təşkilatların rəsmi rəmzlərindən, hüquqi şəxslərin əmtəə nişanlarından, şəxslərin əqli mülkiyyət hüquqlarından istifadəyə hüququn olması;

7.1.8. əmtəənin tədqiqinin və sınağının nəticələri;

7.1.9. reklam olunan əmtəə barədə əlavə məlumatların alınmasının mümkünlüyü;

7.1.10. reklam edilən əmtəənin reklamvericisi, onun reklamının yaradıcısı, istehsalçısı, agenti, yayıcısı;

7.1.11. lotereyaların, müsabiqələrin, oyunların, o cümlədən idman mərc oyunlarının və digər tədbirlərin şərtləri, qaydaları və müddətləri, uduşların məbləği və hədiyyələr, onların verildiyi yer və əldəetmə qaydaları, bu cür tədbirlər haqqında məlumat verən mənbə.

7.2. Qeyri-dəqiq reklama yol verilmir.

 

 

 

Gizli reklam

 

8.1. Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam” yaxud “reklam hüququ əsasında” qeydi olmadan verilən məlumat gizli reklamdır.

8.2. Gizli reklama yol verilmir.

 

 

Ən son marketinq vakansiyaları ilə tanış olmaq üçün bu linkdən istifadə edin .

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kateqoriya: Marketing | Oxumalar: 420 | Yazar: administrator | Teqlər: qeyri dəqiq və gizli reklam nədir ?, Haqsız | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:02 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac