Vakansiya saytı
ishbook

Yararlı məqalələr


4:05 PM
İLK MADDƏ(XAMMAL) VƏ MATERIAL XƏRCLƏRİ

İLK MADDƏ (XAMMAL) VƏ MATERIALLAR HAQQINDA

 

  • İLK MADDƏ(XAMMAL) VƏ MATERIAL XƏRCLƏRİ

 

     İLK MADDƏ(XAMMAL)  – məhsulun əsasını təşkil edən , üzərində əmək və istehsal yoluyla fiziki və kimyəvi dəyişiklik edilə bilən maddi varlıqlardır . Kitab istehsalında istifadə olunan kağız , şokolat istehsalında istifadə olunan kakao , şalvar istehsalında istifadə olunan parça İLK MADDƏ(XAMMAL)  üçün göstərilə biləcək nümunələrdir . Bunun xammal adlandırmayaraq İLK MADDƏ(XAMMAL)  adlandırmaqda məqsədim , xammal terminin daha dar anlamlı olmasıdır .

     İstehsal Məhsulu – İLK MADDƏ(XAMMAL) lərə fiziki və ya kimyəvi təsir vasitəsiylə lazım olan fiziki və kimyəvi quruluşa malik maddi  varlıqdır .

     Yardımçı Maddə - istehsal olunan məhsulun bünyəsinə girməsinə baxmayaraq həmin məhsulun əsasını təşkil etməyən, bir vahid məhsulun içində nə qədər istifadə olunduğunu  dəqiqləşdirməyin çətin olduğu və ya dəqiq bilinməsinin o qədərdə faydalı olmadığı  maddələrdir .Yardımçı maddələr İLK MADDƏNİN(XAMMAL)  məhsula çevrilməsində müəyyən təsirə malikdirlər . Şəkər istehsalında istifadə olunan əhəng daşı , kitab istehsalında istifadə olunan yapışqan buna misal ola bilər .

    Müəssisə Materialları – istehsal olunan məhsulun istehsalı zamanı istifadə olunan lakin həmin məhsulun bünyəsinə girməyən , müəssisə fəaliyyətinin və istehsalın davam etdirilməsi məqsəd ilə istifadə olunan İLK MADDƏ(XAMMAL)  və yardımçı maddədən başqa bütün ünsürlərdir . İstehsal müəssisəsindəki makinaların və cihazların ehtiyyat hissələri , təmir alətləri , maşın yağları , elektrik avadanlıqları buna nümunə ola bilər .

     İstehsal xərcləri içərisində , məhsulun istehsalı ilə əlaqədar olaraq istifadə edilən   İLK MADDƏ(XAMMAL) /materialın dəyərinin pul vəsaiti ilə ifadəsinin ,   İLK MADDƏ(XAMMAL)  və material xərci kimi göstərilməsi lazımdır . Bir məhsulun istehsalı üçün istifadə olunan İLK MADDƏ(XAMMAL)  və material xərci , normal olaraq sadəcə İLK MADDƏ(XAMMAL)  və materialın satınalma qiymətini deyil , bununla yanaşı bəzi xərcləri də özündə cəmləşdirir . Həmin  xərclərə , nəqliyyat , sığorta , komissiya xərclərinin də daxil edilməsi vacibdir .

 

        

         Direkt İLK MADDƏ(XAMMAL)  və Material xərcləri - müəyyən bir məhsula aid olan, o məhsul ilə dəqiqləşdirilə bilən İLK MADDƏ(XAMMAL)  və material xərclərinə , direkt İLK MADDƏ(XAMMAL)  və material xərcləri deyilir.

İstehsalda istifadə olunan bütün İLK MADDƏ(XAMMAL)  və Materialların pul vəsaiti ilə ifadəsinə İLK MADDƏ(XAMMAL)  və Materialın maya dəyəri deyilir . İLK MADDƏ(XAMMAL)  və Material  xərcləri istehsallatla əlaqəsinə görə direkt və endirekt olaqla iki yerə ayrılır. İstehsal olunan məhsulun bünyəsinə girən və məhsulun əsasını təşkil edən , hansı məhsul ya da məhsul qrupu üçün nə qədər istifadə olunduğu dəqiqləşdirilə bilən və iqtisadi xüsusiyyətli  vəsaitlər  direkt İLK MADDƏ(XAMMAL)  və Material  adlanır və ona çəkilən xərc direkt İLK MADDƏ(XAMMAL)  Və Material xərci adlanır

 

İstehsalatda istifadə olunan direkt İLK MADDƏ(XAMMAL)  və Materialın xüsusiyyətləri  aşağıda qeyd olunmuşdur :

 

  1. İstehsal olunan məhsulun bünyəsinə girib , məhsulun əsasını təşkil edirsə ;
  2. Hansı məhsul ya da məhsul qrupu üçün nə qədər istifadə olunduğu dəqiq bilinirsə ;
  3. Nə qədər vəsait istifadə olunduğunun müəyyən edilməsi iqtisadi cəhətdən anlamlı və iqtisadi xarakterdədirsə ;

 

Direkt İLK MADDƏ(XAMMAL)  və Material  işlənməmiş (xam) şəkildə olduğu kimi işlənmiş (hazır) şəkildə də ola bilər. Məsələn , dəmir filizi dəmir zavodları üçün Direkt İLK MADDƏ(XAMMAL)  və Material  olduğu kimi həmin dəmir zavodlarının istehsal etdiyi armaturlar  da inşaat şirkətləri üçün direkt İLK MADDƏ(XAMMAL)  və Material  olmaqdadır .

         Endirekt İLK MADDƏ(XAMMAL)  və Material xərcləri - istehsal zamanı istifadə olunmuş lakin bir məhsula birbaşa aid olmayan xərclərdir . Məsələn , bir məhsul istehsalında istifadə olunan avadanlığın maşın yağı .

Endirekt Maddə və Materiallar , məshulun əsasını təşkil etməyən , hazır məhsulun istehsalı üçün lazım olan , ancaq hər bir məhsul vahidi üçün nə qədər istifadə olunmasının dəqiqləşidirilməsi çətin olan maddə və materiallardır .

Endirekt  Maddə və Materiallar  istehsalda istifadə olunub , direkt İLK MADDƏ(XAMMAL)  və Materialdan fərqlənirlər . Endirekt Maddə və Materialları , direkt İLK MADDƏ(XAMMAL)  və Materiallardan ayıran əsas xüsusiyyətlər aşağıda qeyd olunmuşdur :

  1. Dəyər və miqdar olaraq direkt İLK MADDƏ(XAMMAL) və Materiala görə daha önəmsizdirlər .
  2. Məhsulun əsasını təşkil etməzlər .
  3. Hansı məhsul və ya məhsul qrupu üçün nə qədər istifadə olunduqları dəqiq bilinməz və ya bilinməsi iqtisadi cəhətdən anlamlı deyil .

 

Bunlar , endirekt Maddə və Materiallar ya Yardımçı Maddələrdir ya da Müəssisə Materiallarıdır . Bunların dəyərinə endirekt İLK MADDƏ(XAMMAL)  və Material xərci deyilir .

 

Digər tərəfdən məhsulun bünyəsinə girməsinə rəğmən bəzi vəsaitlər , direkt İLK MADDƏ(XAMMAL)  və Material  olaraq nəzərə alınmaya bilər . Belə ki , mebel istehsalında istifadə olunan yapışqanının , istehsal olunan məhsulun bünyəsində nə qədər istifadə olunduğu iqtisadi cəhətdən anlamlı olmayacağı düşüncəsi ilə , direkt İLK MADDƏ(XAMMAL)  və Material  xərcləri içində nəzərə alınmayıb ümum endirekt İLK MADDƏ(XAMMAL)  və Material xərclərində qeyd edilməsi daha anlamlı ola bilər.  İstehsalda istifadə olunan İLK MADDƏ(XAMMAL)  və Materialın bir iqtisadi dəyərinin olması vacibdir .

 Məsələn , kimya sənayesində azot istehsalında havanın önəmli bir İLK MADDƏ(XAMMAL)  və Material  olmasına baxmayaraq , iqtisadi bir dəyəri yoxdur , və buna görə də havanın maya dəyəri yoxdur.

Endirekt vəsaitlər əsasən iki ana qrupa ayrılır , yardımçı maddələr və müəssisə materialları.

Yardımçı maddələr , direkt İLK MADDƏ(XAMMAL)  və Materiallar kimi , istehsal zamanı istifadə olunaraq məhsulun bünyəsinə daxil olarlar , ancaq istər miqdar istərsədə dəyər olaraq məhsulun əsasını təşkil etməzlər .

Müəssisə Materialları , istehsal zamanı istifadə olunmalarına baxmayaraq məhsulun bünyəsinə daxil olmazalar ,yalnız dəyərləri hazır məhsulun maya dəyərinə bölüşdürülər. . Təmizlik əşyaları , makina yağları , istifadə olunan yanacaq və s. müəssisə materiallarına misal olaraq göstərə bilərik.

 

Müəssisələr istər toplu istərsədə sifariş ilə məhsul istehsal etsinlər , hər iki halda istehsal olunacaq məhsulla bağlı planlama və proqramlama vacib məsələdir  .  İstehsalın planlanması və programlaması zamanı , istehsal üçün lazım olan İLK MADDƏ(XAMMAL) /material çeşidləri və hər bir çeşiddən lazimi miqdarda olması üçün müəyyən addımlar atılır .

İstehsalın axsamaması üçün şirkətin planlama və tədarük bölmələri kompleks şəkildə çalışmalı , bazar araşdırması apararaq daha keyfiyyətli və daha ucuz İLK MADDƏ(XAMMAL)  və material alışları etməlidirlər . 

 

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 551 | Yazar: administrator | Teqlər: İLK MADDƏ(XAMMAL) VƏ MATERIAL XƏRCL | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:05 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac