Vakansiya saytı
ishbook

Yararlı məqalələr


11:28 PM
İş elanı saytlarında və ya ümumiyyətlə iş elanı necə hazırlanmalıdır?

İş Elanı Necə Hazırlanır? 

iş-elanları


İşəgötürmə prosesi təkcə işaxtaranlar üçün deyil, həm də işəgötürənlər üçün vacib məsələdir .Təcrübəli və qabiliyyətli şəxslərə olan ehtiyacın artdığı texnologiya və informasiya çağında artıq şirkətlər klassik iş elanlarının əksinə daha fərqli və rəngli karyera elanları ilə gündəmə gəlməyə başladılar. Yeni nəsil karyera elanlarında, axıcı bir dil istifadə edilməkdə və daha yaradıcı yanaşmalar nümayiş etdirilməkdədir .
Gəlin elanlarda şirkətlərin hansı detallara köklənmələrinin vacib olduğunu araşdıraq.

Effektiv Bir İş Elanı necə hazırlanmalıdır?

iş-elanı-nece-hazirlanir

1) Sadəliyi Gücü
İş axtaranlar üçün vaxt pul deməkdir. 
İş elanınızı uzun mətnlər şəklində hazırlamaqdan çəkinin! 
Əhəmiyyət verdiyiniz mövzuları vurğulayaraq, elanınızın təsirini daha yaxşı göstərin. Bir xidmət və ya məhsul təqdim edirsinizsə, bu xidmət və məhsullar haqqında cavabsız sual olmamalı , sağlam əlaqə qurula bilməsi baxımından da sadə sadə bir üslub seçimi təqdim edilməlidir.

 

2) Axıcı olun
Nə dediyi aydın olmayan, texniki bir dillə hazırlanmış bir elan, oxucunu bezdirir. Kimsə aydın anlamadığı bir mətni oxumaq istəməz.

3) Duyğusal ifadələrə yer verin
Xüsusilə reklam agentliklərinin məhsul və xidmətlərin marketinqində istifadə etdiyi dili istifadə etməyə çalışın. Duygusal ifadələr oxuculara güclü təsir göstərəcəkdir. İstər karyera elanları istərsə də digər kommersiya elanlarınızda hər zaman dəyərlərə önəm verin. Qarşılığını mütləq alacaqsınız!

dusygusal

4) Yazı qaydalarına riayət edin.
Hansı dildə elan yayınlasanız , mütləq elanı o dilin qaydalarına uyğun şəkildə yazmağa çalışın.Bəzən bir nöqtə və ya vergülü unutmaq başqa bir mənanın ortaya çıxmasına səbəb ola bilər .

ish-elanlari-2019

5) Açıq və Net Olun
İş elanını verən  bir firmasınız. Axtardığınız namizədin müəyyən xüsusiyyətləri daşıması lazımdır. Xarici dil səviyyəsi,iş təcrübəsi, hərbi xidmət, ixtisas, təlim səviyyəsi  və sairə  kimi  xüsusiyyətlər vakansiya elan  edilmiş iş üçün tələb olunan  namizədə çatmaq baxımından çox əhəmiyyətlidir. İş haqqında məlumat iş elanında açıq şəkildə qeyd edilməlidir. Mətnaltı ifadələrlə qeyd edilməməlidir. Alınacaq personalın tam ştat yoxsa yarım ştat  çalışacağı da elana əlavə olunmalıdır. İşin tələb olunan təcrübə müddətini qeyd edərkən diqqətli olun. İş elanında gənc yaşda olmağını tələb etdiyiniz namizədin eyni zamanda 5-10 il təcrübəli olması kimi uyğunsuz ifadələr yazmayın .

6) Korporativ kimliyinizi ortaya çıxarın
Firmanız barəsində  elan mətnində açıq və net məlumat yazın. 
Logonuzu elan qisiminə əlavə edin. 
Korporativlikdən uzaq bir çox firma kimi "filan saəhədə lider firma işçi axtarır" tipli cümlələr yazçayın .

 

İş elanlarında 4 ana təsir vasitəsi olmalıdır:
Elanınız diqqət çəkməli,
İstək yaratmalı,
Maraqlı olmalı və sövq etdirməli,
Elanın adı başlığı diqqət çəkici olmalıdır.

"Gələcəyin idarəçilərini axtarırıq" kimi. 
İş haqqında ətraflı məlumatlara yer verilən elan şərhi oxucunun marağını çəkəcək şəkildə olmalıdır. 
Daha aşağı hissədə namizədə işə girdiyi zaman hansı imkanlara sahib olacağı açıqlanmalıdır.
Bu namizədlərin işə müraciətləri üçün istəkli olmalarını təmin edəcək. Son cümlələr isə namizədləri hərəkətə keçirəcək, enerjili ifadələrdən ibarət olmalıdır.  "CV-nizi göndərin  və fürsəti qaçırmayın" kimi bir cümlə olmalıdır.

Unutmayın ki , təsirli bir iş elanıyla uyğun namizədi əld edəcəksiniz .

 

 

ƏN SON VAKANSİYALAR BU LİNKDƏ !

 

 

 

Kateqoriya: Digər | Oxumalar: 521 | Yazar: administrator | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:24 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac