Vakansiya saytı
ishbook

Yararlı məqalələr


0:08 AM
İstehsal xərcləri, onun mahiyyəti və təsnifatı

 

  • İstehsal xərcləri, onun mahiyyəti və təsnifatı. 

blog/i_stehsal_x_rcl_ri_onun_mahiyy_ti_v_t_snifati/2018-12-11-72

İstehsal xərcləri bir sıra iqtisadi kateqoriyaların formalaş­ma­sın­da əsaslı rol oynamaqla (qiymət, mənfəət, rəqabətqabiliy­yətlilik və s.) mü­hüm təcrübi əhəmiyyət daşıyır. Aqrar bazar şəraitində is­te­h­sal xərcləri xüsusi rola malikdir. Belə ki, çoxsaylı əmtəə is­te­h­sal­çısının möv­cud olduğu kənd təsər­rüfa­tında istehsal xərclərini formalaşdıran maddi-texniki resurslara, göstərilən iş və xidmətlərə görə xərclər məh­sul istehsalına çəkilən xərclərin müəyyən hissə­si­ni formalaşdırır. Bu baxımdan aqrar bazara çıxarılacaq kənd təsər­rü­fatı məhsulları istehsalı xərcləri daxili və xarici xərclər kimi təs­nif­ləşdirilir.

Daxili xərclərə istehsal prosesində müəssisələrin özünə məx­sus olan resurslardan istifadəyə çəkilən xərclərdən iba­rətdir. Məsə­lən, kənd təsərrüfatı müəssisələri istehsal etdiyi bəzi məhsulların müəy­yən hissəsini toxum kimi saxlamaqla növbəti istehsal döv­rün­də istifadə edir (məsələn, taxıl məhsulu). Həmçinin istehsal et­diyi yem məh­sul­larının müəyyən hissəsini heyvandarlığın inki­şa­fına yönəldir. Müəssisələrin malik olduğu bina və qurğulara, ma­şın və avadan­lıqla­ra çəkilən xərclər də daxili xərclərə aid edilir.

Xarici xərclərə kənardan  alınan xammal, yanacaq, gübrə­lər, elek­­trik enerjisi, yemlər, muzdla cəlb olunmuş əmək ehti­yatlarına və nəqliyyata çəkilən xərclər və s. daxildir.

Ümumiyyətlə istehsal xərcləri müəssisələrin məhsul istehsalı prosesində çəkdiyi bütün xərcləri xarakterizə edir. İstehsal xərc­lə­rini xarakterinə görə sabit və dəyişən xərclər kimi qruplaşdırmaq olar.

Sabit xərclər istehsal prosesində məhsulların müxtəlif növ­lü­yündən, onların kəmiyyətindən asılı olaraq formalaşır. Mə­­sələn, in­zi­bati işçilərə verilən əmək haqqı, bina və avadanlıqların sax­lan­ma­sı xərcləri və s.

Dəyişən xərclər müxtəlif məhsulların istehsalı, onların həcmi ilə bilavasitə bağlıdır. Məsələn, eyni sahəyə çəkilən xərclər artıb-azal­dıqda dəyişir, yaxud yeni texnologiyanın tət­biqi, gübrələrdən istifadə və s. xərclərin dəyişməsinə səbəb olur.

Sabit və dəyişən xərclər mahiyyətinə görə fərqlənsə də onlar ara­sında asılılıq mövcuddur və biri-birini tamamlayır. Yəni sabit və dəyişən xərclər istehsala çəkilən xərcləri əks etdirməklə ümumi is­tehsal xərclərini formalaşdırır.

İstehsal xərclərindən danışarkən məhsul vahidinə çəkilən xərc­­­lə­rin-maya dəyərinin mahiyyətinin və əhəmiyyətinin müəy­yən­ləş­di­ril­­məsi xüsusilə vacibdir. Bu göstərici istehsal struk­turlarını mü­qayi­səli qiymətləndirilməsində, qiymətqoyma prose­sində, məh­sul­ların rəqa­bət qabiliyyətinin formalaşmasında, mən­fəə­tin hesab­lan­ması və yük­səl­dil­məsi tədbirlərinin hazır­lan­ma­sın­da əhə­miy­yətli rol oynayır.

İqtisadi ədəbiyyatda maya dəyəri termini orta istehsal xərcləri ki­mi də adlandırılır. Maya dəyərini, yaxud orta istehsal xərclərini sa­­bit və dəyişən xərclər üçün də müəyyənləşdirmək mümkündür.

Orta sabit xərcləri və orta dəyişən xərcləri hesablamaq üçün ümu­­mi sabit və ümumi dəyişən xərclər istehsal olunmuş məhsulun həc­­minə bölünür.

Deməli orta sabit xərclər istehsalın həcmi artdıqca aşağı dü­şür, orta dəyişən xərclər isə ilk baxışdan məhsulun həcminin artı­mı nəti­cəsində məhsul vahidinə görə azalsa da məhsul­dar­lığın artı­mına yö­nəldilən xərclər hesabına yüksəlir.

Kənd təsərrüfatında istehsal xərcləri hesablanarkən xərc­lərin ödənilməsi müddəti fərqləndirilir və nəzərə alınır. Belə ki, xərc­lə­rin ödənilməsi prosesinin təhlili onun uzun dövrü əhatə etdiyi vax­ta və qısa­müd­dətli dövrə görə müqayisə edilməklə aparılır. Bu za­man kə­si­yində əldə olunacaq mənfəətin səviyyəsi dövrlərə görə qiy­mətlən­di­ri­lir. Təbii ki, bazarın tələbi nəzərə alınmaqla isteh­sal­çı öz iq­ti­sa­di marağına uyğun variantı seçir və istehsal istiqa­mə­tinin müəyyən­ləşdirilməsində bu amildən əhəmiyyətli şəkildə isti­fa­də edir.

 

 

Oxumalar: 3129 | Yazar: administrator | Teqlər: onun mahiyyəti və təsnifatı, İstehsal xərcləri | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 2:58 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac