Vakansiya saytı
ishbook

Yararlı məqalələr


2:59 PM
KAPİTAL(30,31,32,33,34 bölmələri)

KAPİTAL

ƏSAS ANLAYIŞLAR

Kapital – aktivlərin öhdəliklərlə yüklənmiş hissəsidir, yəni gələcəkdə öhdəliklərin nizama salınması üçün aktivlərin yönəldilməyən hissəsidir. Başqa sözlə, kapital bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərinin dəyəridir.

Mülkiyyətçilərin kapital qoyuluşları – mülkiyyətçilərin öz iştirak payından köçürmələri hesabına müəssisənin kapitalının artmasıdır.

Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi – mülkiyyətçilərin oz iştirak payından köçürmələri və onlar arasında xalis mənfəətin bölüşdürülmələri hesabına kapitalın azalmasıdır.

Müəssisənin kapitalı 3 hissədən ibarətdir:

 Mülkiyyətçilərin kapital qoyuluşları;

 Bölüşdürülməmiş mənfəət;

 Ehtiyatlar və fondlar

Müəssisə cari hesabat dövründə mənfəəti o halda təsdiq etməlidir ki, cari dövrdə kapital saxlanılmışdır, yəni azalmamışdır.

Kapital aşağıdakı yarımbölmələrdən ibarətdir:

30- Ödənilmiş nominal (Nizamnamə) kapital

31- Emissiya gəliri

32-Geri alınmış kapital (səhmlər)

33-Kapital ehtiyyatları

34-Bölüşdürülməmiş gəlir (ödənilməmiş zərər)

 

30 saylı “Ödənilmiş nominal (Nizamnamə) kapital” yarımbölməsi

30 saylı “Ödənilmiş nominal (Nizamnamə) kapital” yarımbölməsi  müəssisənin təsis sənədlərinə müvafiq olaraq buraxılmış kapitalın uçotu üçün nəzərdə tutulub və özündə aşağıdakı hesabat quruplarını birləşdirir:

301- Nominal (Nizamnamə) kapital

302- Nominal (Nizamnamə) kapitalın ödənilməmiş hissəsi

301- Nominal (Nizamnamə) kapital dedikdə müəssisənin təsis sənədlərinə əsasən rəsmi qeydiyyatdan keşmiş Nizamnamə kapitalının məbləği, o cümlədən nizamnamə kapitalına qoyulan əmanət və paylar nəzərdə tutulur.

302- Nominal (Nizamnamə) kapitalın ödənilməmiş hissəsi dedikdə buraxılmış səhmlərlə (paylarla) bağlı ödəmələrin həyata keçirilməsi, müəssisənin Nizamnamə kapitalına qoyulmuş əmanətlər, o cümlədən fiziki şəxslərin və təşkilatların buraxılmış səhmlərə (paylara) ödəniləcək borcları, və müəssisənin Nizamnamə kapitalına təsisçilər tərəfindən qoyulacaq borcları nəzərdə tutulur.

31 saylı “Emissiya gəliri” yarımbölməsi 

31 saylı “Emissya gəliri” yarımbölməsi buraxılmış səhmlər üzrə nəzərdə tutulan emissiya gəlirinin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

310- Emissiya gəliri hesabında buraxılmış səhmlərin bazar qiymətinin dəyişməsindən və emissiyada olan səhmlərin bazar dəyəri ilə nominal dəyəri arasındakı qiymət fərqindən yaranan gəlirlərin uçotu əks etdirilir.

32 saylı “Geri alınmış kapital (səhmlər)” yarımbölməsi 

32 saylı “Geri alınmış kapital (səhmlər)” yarımbölməsi müəssisə tərəfindən buraxılmış səhmlərin geri alınması üzrə əməliyyatların uçotu üçün nəzərdə  tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

321- Geri alınmış kapital (səhmlər) hesabı müəssisə tərəfindən buraxılmış səhmlərin bir hissəsinin müəssisə tərəfindən gələcəkdə satılması üçün geri alınması üzrə əməliyyatlar əks etdirilir.

 

33 saylı “Kapital ehtiyatları” yarımbölməsi

33 saylı “Kapital ehtiyatları” yarımbölməsi müəssisənin Nizamanməsi və mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq yaradılan ehtiyatların uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

331- Yenidənqiymətləndirmə üzrə ehtiyat

332- Məzənnə fərqləri üzrə ehtiyat

333- Qanunvericilik üzrə ehtiyat

334- Nizamnamə üzrə ehtiyat

335- Digər ehtiyatlar

331- Yenidənqiymətləndirmə üzrə ehtiyat hesabında ölkə iqtisadiyyatında inflyasiya tempindən asılı olaraq maliyyə aktivlərinin, əsas  vəsaitlərin, qeyri-maddi aktivlərin yenidənqiymətləndirilməsi əməliyyatları əks etdirilir.

332- Məzənnə fərqləri üzrə ehtiyatlar hesabında mövcudluğuna görə xaricdəki fəaliyyətlə əlaqədar olaraq əcnəbi təşkilatlarda müəssisənin xalis investisiyasının əsas hissəsini təşkil edən və əsas investisiya kimi əldə olunanadək şəxsi kapital kimi müəsisənin maliyyə hesabatı zamanı təsnif olunan və yalnız bundan sonra mədaxil və məxaric kimi qəbul olunan qiymət statistikasında yaranan valyutalar arasında fərgin əks olunmasıdır.

333- Qanunvericilik üzrə ehtiyat hesabında Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş ehtiyatların uçotu üçün nəzərdə tutulmuşdur.

Bu hesabda, əsasən ehtiyat fondu (ədətən Nizamnamə fondunun 25% məbləğinədək), və digər fondların uçotu nəzərdə tutulmuşdur.

334- Nizamnamə üzrə ehtiyatlar müəssisənin Nizamnaməsində nəzərdə tutulmuş fondların (sosial sferalar fondu, pensiya təminatı fondu və başqa fondlar) uçotu üçün nəzərdə tutulmuşdur.

335- Digər ehtiyatlar hesabında yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan fondlar və ehtiyatların uçotu əks etdirilir.

34 saylı “Bölüşdürülməmiş mənfəət (ödənilmməiş zərər)” yarımbölməsi

34 saylı “Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” yarımbölməsi müəssisənin Nizamanməsi və mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq yaradılan ehtiyatların uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

341- Hesabat dövründə xalis mənfəət (zərər)

342- Mühasibat uçotu siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (zərər) üzrə düzəlişlər

343- Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş) zərər

344- Elan edilmiş dividendlər

341- Hesabat dövründə xalis mənfəət (zərər) hesabı müəssisənin hesabat dövründə əldə etdiyi xalis mənfəəti (vergitutmadan sonra xalis mənfəəti) və ya zərəri,həmçinin yekun maliyyə nəticəsinin illik hesabatının yaradılması üzrə informasiyyanın ümumuləşdirilməsi göstərilir.

342- Mühasibat uçotu siyasətində dəyişikliklər və əhəmiyyətli səhvlərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər hesabı müəssisənin hesabat dövründə uçot siyasətinin dəyişdirilməsi nəticəsində ortaya çıxan gəlirin (zərərin) korreksiya edilməsi, həmçinin əvvəlki hesabat dövrlərində yol verilmiş və cari hesabat dövründə aşkar edilmiş əhəmiyyətli səhvlər üzrə düzəlişləri əks etdirən əməliyyatların uçotu üçün nəzərdə tutulmuşdur. Əhəmiyyətli səhvlər dedikdə maliyyə hesabatları istifadəçilərinin qərar qəbul etməsinə təsir göstərə biləcək qüsur nəzərdə tutulur.

343- Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) hesabı müəssisə tərəfindən hesabat dövrünə qədərki müddətdə maliyyə təsərrüfat fəaliyyətinin nəticəsi kimi əldə edilmiş və hesabat tarixinədək təsisçilərin qərarına əsasən bölüşdürülməmiş xalis mənfəət (ödənilməmiş zərər) məbləğinin uçotunu nəzərdə tutulur.

344- Elan edilmiş dividendlər hesabında hesabat dövründə təsisçilərin qərarına əsasən elan edilmiş, hesabat tarixinə tam ödənilməmiş dividend məbləğlərinin uçotu əks etdirilir.

 

 

 

 

Əvvəlki dərs             Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 625 | Yazar: administrator | Teqlər: 31, KAPİTAL(30, 34 bölmələri), 33, 32 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 2:59 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac