Vakansiya saytı
ishbook

Yararlı məqalələr


1:18 PM
Əlavə kapitalın yaranması və uçotu

 

Əlavə kapitalın yaranması və uçotu

Əlavə kapital

 

Əlavə kapital - maliyyə vəsaitlərinin daxili mənbələrindən biri hesab olunur, əsasən dövriyyədən kənar aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində aşkar edilən, onların dəyərinin artması, əvəzsiz alınmış qiymətlilər, cmissiyon gəlirlərin hesabına yaranır. Əlavə kapitalın yaranması qaydası normativ aktlarla nizama salınır.

Əlavə kapital xüsusi maliyyə resurslarının mənbələrini artırır. Yuxarıda qeyd olunduğu kimi, əmlakın yenidən qiymətləndirilməsi zamanı onun dəyərinin artması, səhmlərin əlavə emissiyası, habelə, əvəzsiz alınmış qiymətlilərin hesabına yaranır.

Əlavə kapital 335 saylı «Digər ehtiyatlar» hesabında uçota alınır. Hesab passivdir, fond hesabıdır, hesabın kredit qalığı yaradılmış əlavə kapitalın məbləğini, kredit üzrə dövriyyə - hesabat dövründə əlavə kapitalın yaranmasını və əlavə olunmasını, debet üzrə dövriyyə isə - normativ sənədlərdə nəzərdə tutulan müstəsna hallarda, xüsusən əmlakın əvəzsiz verildiyini və b. göstərir.

335 saylı «Digər ehtiyatlar» hesabına aşağıdakı subhesablar açılır:

 

1. Əvəzsiz alınmış qiymətlilər.

2. Yığım kapitalı.

3. Birgə fəaliyyət üzrə qoyuluş.

 

335 saylı «Digər ehtiyatlar» hesabı üzrə analitik uçot elə qaydada aparılır ki, əlavə kapitalın vəsaitlərinin istifadə edilməsi istiqaməti üzrə informasiyaların yaranmasını təmin etsin. 335 saylı «Digər ehtiyatlar» hesabında əks etdirilən əməliyyatların uçotu 12 saylı jurnal-orderdə aparılır.

331 saylı «Yenidən qiymətləndirmə üzrə ehtiyat» hesabında müəssisələr hakimiyyətin federal orqanlarının qərarı ilə aparılan yenidən qiymətləndirmə üzrə dövriyyədən kənar aktivlərin dəyərinin artmasını əks etdirirlər.

311 saylı «Emissiya gəliri» hesabı səhmdar cəmiyyətində tətbiq edilir, onlar bu hesabda nizamnamə kapitalını yaradan zaman, nominal dəyərindən yuxarı qiymətə (misal üçün, 790 mln.manat) onlar satılan zaman satış dəyəri və onların nominal dəyəri (misal üçün, 700 mln. manat) arasındakı fərqin məbləğini uçota alırlar.

Sözü gedən 311 saylı hesabın səhmdar cəmiyyətlərində nizamnamə kapitalı səhmlərinin əlavə emissiyası və ya onların nominal dəyərinin artırılması yolu ilə artırılan hallarda istifadə edirlər.

311 saylı «Emissiya gəliri» hesabını nominal dəyərdən yuxarı qiymətə satışı zamanı səhmlərin nominal və satış dəyəri arasındakı satışdan əldə edilən fərqin məbləğinə kreditləşdirirlər. Bu zaman pul vəsaitlərinin və ya səhmlərin ödənilməsinə təşkilatlara verilmiş digər qiymətlilərin uçotu hesablarını debetləşdirirlər.

335 saylı «Digər ehtiyatlar» hesabının 1-i «Əvəzsiz alınmış qiymətlilər» subhesabmda təşkilat tərəfindən hüquqi və fiziki şəxslərdən, əvəzsiz alınmış əmlakın hərəkətini uçota alırlar.

331 saylı “Yenidən qiymətləndirmş üzrə ehtiyat” hesabı üzrə kredit məbləğlərini, bir qayda olaraq, silmirlər. Debet üzrə qeydlər ancaq aşağıdakı hallarda ola bilər:

1) Əmlakın yenidən qiymətləndirilməsi nəticəsində onun dəyərinin aşağı salman məbləğinin ödənilməsinə (dəyərinin aşağı salınması müəyyən edilən əmlakın uçotu hesabları kreditləşirlər);

2) 331 saylı “Yenidən qiymətləndirmə üzrə ehtiyat” hesabında alınan vəsaitlərin, hüquqi və fiziki şəxslərə əmlakın əvəzsiz verilməsi nəticəsində əmələ gələn zərərin ödənilməsinə yönəldilməsi (bu zaman 731 saylı “Sair əməliyyat xərcləri” hesabını kreditləşdirirlər);

3) nizamnamə kapitalının artırılmasına vəsaitlərin yönəldilməsi;

4) hesabat ilinin zərərinin ödənilməsinə;

5) təşkilatın təsisçiləri arasında məbləğlərin bölüşdürülməsi.

 

335 saylı “Digər ehtiyatlar” hesabının 1-ci «Əvəzsiz alınmış qiy-

mətlilər» subhesabında kommersiya təşkilatı tərəfindən əvəzsiz alınmış qiymətlilər: torpaq, tikili və avadanlıqlar; qeyri-maddi aktivlər; quraşdırılası avadanlıqlar; tikintisi başa çatmamış obyektlər; materiallar; digər ehtiyatlar; pul vəsaitləri və uzunmüddətli və qısamüddətli qiymətli kağızlar əks olunurlar.

335 saylı «Digər ehtiyatlar» hesabının 1-cü subhesabmın debetində əmlakın hüquqi və fiziki şəxslərə əvəzsiz verilməsi zamanı eyni zamanda onların: torpaq, tikili və avadanlıqların; istehsalat ehtiyatlarının; hazır məhsulların, işlərin, xidmətlərin və malların silinməsini əks etdirməklə müəssisənin itkiləri uçota alınır.

Təşkilatlar ayrıca subhesabda təsis sənədlərində nəzərdə tutulan kursla müqayisədə təsis sənədlərində sərbəst dönərli valyutada qiymətləndirilən nizamnamə kapitalına qoyuluş hesabına daxil olan əmlakın müsbət kurs fərqini uçota alırlar.

Əlavə kapitalın vəsaitləri nizamnamə kapitalının artırılmasına, hesabat ilinin balans zərərinin örtülməsinə, təsisçilər arasında bölüşdürülməsinə istifadə edilə bilər, lakin təşkilat tərəfindən istehlak məqsədlərinə yönəldilə bilməz.

 

 

 

Vakansiyaları izləmək üçün bu linkdən istifadə edin .

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 1199 | Yazar: administrator | Teqlər: Əlavə kapitalın yaranması və uçotu | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:01 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac