Vakansiya saytı
ishbook

Blog


ƏSAS ANLAYIŞLAR

Maliyyə hesabatları – İçtimaiyyətin məlumat ehtiyaclarına cavab verən, Standartın tətbiqi üzrə tələblərinə uyğun olaraq müəyyən olunmuş qaydada müəssisə tərəfindən tərtib, təqdim və dərc olunmuş “Mühasibat balansı”, “Mənfəət və zərər haqqında hesabat”, “Kapitalda dəyişiklər haqqında hesabat”, “Pul vəsaitinin hərəkəti haqqında hesabat” və “Uçot siyasəti və izahlı qeydlərdən” ibarət olan ümumi təyinatlı hesabatlardır.

 

Qiymətləndirmə əsasları – maliyyə hesabatlarında göstərilmiş uçot qiymətlərinə nail olmaq üçün müəssisə istifadə edilən hesablama metodologiyalarından birinə əsaslanır. Məsələn,  müəssisə tərəfindən onun ehtiyatlarının qiymətləndirilməsi zamanı “ilk mədaxil-ilk məxaric” və ya “orta qiymət” metodu, amortizasiyanın hesablanması zamanı isə düz-xətt metodu və ya azalan qalıq metodu tətbiq edilə bilər.

Kateqoriya: Maliyyə hesabatları | Oxuma sayı: 102 | Yazar: administrator | Tarix: 2018-12-10 | Şərhlər (0)

Balans hesabatı, müəssisənin müəyyən bir tarixdəki vəsaitlərini və bu vəsaitlərin əmələ gəlmə qaynaqlarını göstərən maliyyə hesabatıdır. Balans hesabatı mühasibat sisteminin ən vacib cədvəllərindən biridir. Balans hesabatı müəssisələr üçün çox faydalıdır.

BALANS HESABATİ

 

Balans şəklində dörd hissə var.

- Balans hesabatı başlığı
- Aktiv tərəf
- Passiv tərəf
- Balans hesabatı dipnotları

Kateqoriya: Maliyyə hesabatları | Oxuma sayı: 29880 | Yazar: administrator | Tarix: 2018-12-09 | Şərhlər (0)

Gəlirlərin tanınması metodları

Daha əvvəl maliyyə hesablaşmalarında da qeyd etdiyimiz kimi, pul vəsaitinin hərəkətindən asılı olmayaraq, gəliri qazandıqda, xərci isə çəkildikdə tanımaq lazımdır. Gəliri aşağıda qeyd edilmiş 4 kriteriyanın hər biri qarşılandığı təqdirdə tanımaq mümkündür.

  1. Alıcı və satıcı arasında razılaşmaya dair sübut olmalıdır.
  2. Məhsul təslim edilməli və ya xidmət göstərilməlidir.
  3. Qiymət müəyyən edilməlidir və ya müəyyən edilə bilən olmalıdır.
  4. Satıcı pulun alınmasına dair kifayət qədər əmin olmalıdır.
  1. Uzun müddətli müqavilələrdə gəlirin tanınması metodları:
  • Tamamlanan hissə metodu – bu metod o zaman istifadə edilir ki, müqavilə üzrə olan bütün gəlir və xərclər tam düzgün şəkildə ölçülə bilən olsun. Hesablama metodu: bu günə qədər çəkilmiş xərclərin cəmi layihə üzrə ehtimal edilmiş bütün xərclərin cəminə bölünür.
  • Tamamlanmış müqavilə metodu – bu metod o zaman istifadə edilir ki, müqavilə üzrə olan bütün gəlir və xərclər tam düzgün şəkildə ölçülə bilmir və ya layihə uzun müddətli deyil. Bu metod yalnız IFRS standartına tabe olan müəssisələrdə istifadə edilir.

Misal: Satış üzrə cəmi gəlir 1 000 man.; cəmi xərc 800 man., bu xərc 3 ilə aiddir, hər ilə müvafiq olaraq 400 man., 300 man., 100 man. xərc düşür. Həm tamamlanan hissə metodu həm də tamamlanmış müqavilə metodu ilə hər il üzrə tanınmalı xalis mənfəəti tapın?


Tamamlanmış müqavilə metodunda layihə bitmədən gəlirlər tanınmır. Sonuncu ilə qədər hər il yalnız o il üzrə olan xərc qədər gəlir göstərilir və xalis gəlir sonuncu ilə qədər sifira bərabər olur.

  1. Taksitli (hissə-hissə ödəniş) satışlarda gəlirin tanınması metodu – satışdan gələn gəlirin uzun müddətdə ödənilməsi ehtimal edilirsə bu metoddan istifadə edilir. Əgər gəlirin ödənişinin tam şəkildə olacağına dair əminiksə, o təqdirdə gəliri dərhal tanımaq olar. Lakin, vəsaitin 100% ödəniləcəyini bilmiriksə o zaman bu metoddan istifadə eləməliyik. Əgər vəsaitin alınması yüksək ehtimalla qeyri-müəyyəndirsə onda biz xərclərin bərpası metodundan istifadə etməliyik.

Misal: XYZ müəssisəsi 1 000 manata avadanlıq satmışdır. Avadanlığın maya dəyəri 800 manatdır. Ödənişlər aşağıda qeyd edilmişdir. Həm taksitli satış həm də xərclərin bərpası metodu ilə hər il üzrə tanınmalı xalis mənfəəti tapın?

Taksitli satış metadunda bu dusturdan istifadə edəcəyik:

Bu misalda ehtimal olunan mənfəətimiz 200 manatdır (1 000 – 800).

Xərclərin bərpası metodunda gəlir yalnız bütün xərclər qarşılandıqdan sonra tanınır.

Kateqoriya: Maliyyə hesabatları | Oxuma sayı: 682 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

Xərclərin tanınması metodları

Daha öncə də qeyd etdiyimiz kimi, xərc kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və ya öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır.

Uyğunluq prinsipinə görə, gəliri əldə etmək üçün çəkilmiş xərclər, mənfəət və zərər hesabatında gəlir tanındığı müddətdə tanınır. Yəni, gəlir hansı dövrdə əldə ediləcəksə xərc də o dövrün mənfəət və zərər hesabatında əks olunacaq.

Dövrü xərclər var ki, mənfəət və zərər hesabatında bu xərclərin tanınması gəlirlərin əldə edilməsi ilə uyğunluq təşkil etmir. Müəssisə bu tip xərcləri çəkildiyi dövrdə və ya öhdəlik yarandığı müddətdə tanıyır. Misal: elektirik xərcləri, icarə haqqları və d.

Amortizasiya xərcləri – avadanlığın köhnəlməsi ilə bağlı ayırdığımız xərclərdir. Bu xərclər 3 ad altında qruplaşdırılır:

  • Depreciation – maddi aktivlərin köhnəlməsi
  • Amortization – qeyri-maddi aktivlərin köhnəlməsi
  • Depletion – təbii resursların köhnəlməsi

Amortizasiya xərclərinin hesablanması metodları:

  • Düz xətt metodu – aktivin istifadə dövründə hər il eyni məbləğdə amortizasiya xərci hesablanır.

Əsas vəsaitin dəyəri – balansda əks olunan dəyərdir.

Qalıq dəyəri – əsas vəsaitin istifadə müddəti bitdikdən sonra satılacağı dəyərdir.

Əsas vəsaitin istifadə müddəti – əsas vəsaitin istifadə ediləcəyi illərin sayıdır.

Misal: avadanlığın qiyməti 10 000 man., qalıq dəyəri 1 500 man., istifadə müddəti isə 5 ildir. Düz xətt metoduna əsasən illik amortizasiya xərci (10 000 – 1 500) / 5 = 1 700 manatdır.

  • İkiqat azalan balans metodu – aktivin istifadə dövründə ilk illərdə daha çox, son illərdə isə az məbləğdə amortizasiya xərci hesablanır. Bəzi müəssisələr ilk illərdə daha az vergi vermək üçün bu metoddan istifadə edirlər, bununla da xərcini çox, mənfəətini isə az əks etdirirlər.

Toplanmış amortizasiya – müəyyən tarixə qədər hesanlanmış amortizasiyaların cəmidir.

Yuxarıdakı misalda amatizasiya xərclərini bu metodla hesablayaq:

1-ci il İAB amortizasiya xərci = 2/5 * 10 000 = 4 000

2-ci il İAB amortizasiya xərci = 2/5 * (10 000 – 4 000) = 2 400

3-cü il İAB amortizasiya xərci = 2/5 * (10 000 – (4 000 + 2 400)) = 1 440

4-cü il İAB amortizasiya xərci = 2/5 * (10 000 – (4 000 + 2 400 + 1 440)) = 864

Amortizasiya xərclərinin cəmi əsas vəsaitin dəyəri ilə qalıq dəyəri arasındakı fərqə bərabər olmalıdır. Bu misalda cəmi amortizasiya xərci  8 704 manatdır (4 000 + 2 400 + 1 440 + 864). Əsas vəsaitin dəyəri ilə qalıq dəyəri arasındakı fərq isə 8 500 manatdır (10 000 – 1 500). Deməli, 4-cü ildə  amortizasiya xərci 204 manat az göstərilməlidir, yəni,  660 manat.

Müddətsiz (istifadə müddəti qeyri-müəyyən olan) qeyri-maddi aktivlər (fiziki formaya malik olmayan aktivlər) amortizasiya edilmir. Bu növ qeyri-maddi aktivlər ən azı ildə bir dəfə yenidən qiymətləndirilir. Müddətsiz qeyri-maddi aktivlərə misal olaraq qudvil (müəssisənin işçi potensialını, müəssisənin bazarda sahib olduğu müsbət imicini özündə əks etdirir) demək olar.

 

Kateqoriya: Maliyyə hesabatları | Oxuma sayı: 158 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (statement of cash flows) – hesabat dövrü ərzində özündə pul vəsaitlərinin (pul girişi və çıxışları) və onların ekvivalentlərinin hərəkətini əks etdirən sənəddir.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın hazırlanması və təqdim olunması Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (IAS) 7 ilə tənzimlənir. Sözügedən bu hesabat bütün müəssisələr tərəfindən mütləq olaraq təqdim edilməlidir.

Pul vəsaitlərinə vasitəsiz olaraq pullar və bank əmanətləri aiddir.

Pul ekvivalentlərinə dəyərinin dəyişməsi riski nisbətən az olan qısamüddətli yüksəklikvidli investisiyalar aiddir. MHBS pul vəsaitləri qismində bank overdraftlarını nəzərdən keçirir, yəni MHBS -ə uyğun olaraq təşkil edilmiş hesabatda pul vəsaitləri qalığı mənfi ola bilər.

Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda pul axınları üç fəaliyyət növünə görə qruplaşdırılır:

Əməliyyat fəaliyyəti (Operating cash flows) Müəssisənin gündəlik əməliyyatlarından daxil olan və ya çıxan pul axınıdır. Müəssisənin əsas gəlir gətirən fəaliyyətidir.

İnvestisiya fəaliyyəti (İnvesting cash flows) – Müəssisə tərəfindən gündəlik əməliyyatı davam etdirmək üçün uzunmüddətli aktivləri alıb satması zamanı daxilolan və ya çıxan pul axınıdır.

Maliyyələşdirmə üzrə fəaliyyət (Financing cash flows) – Səhmlərin satılmasından daxil olan pul axınları, səhmdarlara dividendlərin verilməsi zamanı çıxan pul axınını və s. özündə əks etdirir.

Müəssisə pul vəsaitlərinin hərəkəti haqqında hesabatı aşağıdakı metodlardan birindən istifadə etməklə hazırlamalıdır:

-xalis pul vəsaitlərinin daxilolmaları və xaricolmalarının əsas növləri haqqında informasiyanı açıqlayan birbaşa metod;

-qeyri-pul xarakterli əməliyyatların nəticələri, əməliyyat fəaliyyətindən hər-hansı təxirə salınmış və hesablanmış keçmiş və gələcək pul vəsaitlərinin daxilolmaları və ya xaricolmaları, eləcədə investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti ilə bağlı gəlirlərin və ya xərclərin maddələri nəzərə alınmaqla xalis mənfəət və ya zərəri təhsis edən dolayı metod.

Müəssisələrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarını birbaşa metod əsasında tərtib etmək

tövsiyyə edilir. Bu metod müəssisələrə pul vəsaitlərinin gələcək hərəkətini qiymətləndirmək üçün faydalı olan və dolayı metod əsasında təqdim edilməsi mümkün olmayan informasiyanı təqdim etmək imkanı verir. Birbaşa metodun istifadəsi zamanı pul vəsaitlərinin xalis daxilolmaları və xaricolmalarının əsas növləri barədə informasiya aşağıdakı mənbələrdən əldə edilə bilər:

–           müəssisənin mühasibat yazılışlarından;

–           satışdan əldə edilmiş gəlirə, satışın ilkin dəyərinə (maliyyə təşkilatları üçün faizlərə və oxşar gəlirlərə, eləcədə ödənilən faizlərə və oxşar xərclərə)  və aşağıdakılar nəzərə alınmaqla, mənfəət və zərər haqqında hesabatın digər maddələrinə düzəlişlər edilərək:

  1. hesabat dövrü ərzində ehtiyatlarda və əməliyyat debitor və kreditor borclarında dəyişikliklər;
  2. digər qeyri-pul maddələri;
  3. investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin axınının yaranmasına gətirib çıxaran digər maddələr.

Dolayı metodun istifadəsi zamanı əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti aşağıdakılar nəzərə alınmaqla, xalis mənfəət və ya zərərə düzəlişlər edilərək müəyyənləşdirilir:

  1. hesabat dövrü ərzində ehtiyatlarda və əməliyyat debitor və kreditor borclarında baş verən dəyişikliklər;
  2. amortizasiya, qiymətləndirilmiş öhdəliklər, təxirə salınmış vergilər, xarici valyutada əməliyyatlardan yaranmış və istifadə edilməmiş gəlirlər və xərclər və asılı təsərrüfat cəmiyyətinin bölüşdürülməmiş mənfəətləri kimi qeyri-pul aktivləri;
  3. investisiya fəaliyyəti və maliyyələşdirmə üzrə fəaliyyətdən yaranan pul vəsaitlərinin hərəkəti ilə nəticələnən bütün digər maddələr.

Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti haqqında informasiya mənfəət və zərər haqqında hesabatda təqdim edilən gəlirlərin və xərclərin, ehtiyatlarda dəyişikliklərin və hesabat dövrü ərzində əməliyyat debitor və kreditor borcunun əks etdirilməsi vasitəsilə alternativ olaraq, dolayı metodun istifadəsi ilə təqdim edilə bilər.

 

Kateqoriya: Maliyyə hesabatları | Oxuma sayı: 997 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

Çərşənbə, 2018-12-12, 5:31 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac