Vakansiya saytı
ishbook

Yararlı məqalələr


 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 2 mart

tarixli 100 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma

 

QAYDASI

 

  1. Ümumi müddəalar

 1.1. Bu Qayda “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 21.2-ci maddəsinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.

1.2. Bu Qayda televiziya proqramlarında (verilişlərində), açıq məkanda, teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər xidməti göstərilərkən qaçan sətirlə yayımlanan reklamın təqdim olunmasına qoyulan tələbləri müəyyən edir.

1.3. Qaçan sətir reklamın elektron vasitələrlə mətnlə və (və ya) qrafiklə, hərəkət edən şəkildə verilməsidir.

1.4. Nəqliyyat vasitələrində qaçan sətirlə reklam yayımlayan elektron tabloların yerləşdirilməsinə yol verilmir.

1.5. Qaçan sətirlə yayımlanan reklam “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş reklama dair ümumi tələblərə uyğun olmalıdır.

 

  1. Televiziya proqramlarında (verilişlərində) qaçan sətirlə yayımlanan reklam

 2.1. Televiziya proqramlarında (verilişlərində) qaçan sətirlə reklamın yayımı xüsusi reklam bildirişi, yaxud “R” işarəsi ilə müşayiət olunmalıdır.

2.2. Yayımlanan televiziya proqramının (verilişinin) kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır.

2.3. Qaçan sətirlə yayımlanan reklam alt yazıların, habelə açıqlama xarakterli yazıların üzərində yerləşdirilməməlidir.

Kateqoriya: Marketing | Oxuma sayı: 490 | Yazar: administrator | Tarix: 2018-12-08 | Şərhlər (0)

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2016-cı il 17 oktyabr

tarixli 414 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

 

Reklamı qadağan olunan əmtəələrin

SİYAHISI

 

Sıra №-si

Əmtəələrin adı

1.

Sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmtəələr

2.

İstehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə  lisenziya verilməyən əmtəələr

3.

Həkim resepti əsasında buraxılan dərman vasitələri

4.

Dopinq vasitələri

Kateqoriya: Marketing | Oxuma sayı: 631 | Yazar: administrator | Tarix: 2018-12-08 | Şərhlər (0)

Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği   “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-1-ci və 33-2.2-ci maddələrinə uyğun olaraq, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə bir kvadratmetr üçün (icazənin müddəti və reklam daşıyıcısının növü nəzərə alınmaqla) dövlət rüsumunun məbləğləri aşağıdakı kimi təsdiq edilsin:

Kateqoriya: Marketing | Oxuma sayı: 350 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

Haqsız reklam

 

6.1. Reklam aşağıdakı hallarda haqsız hesab edilir:

6.1.1. reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən yaxud yetirə bilən, başqa istehsalçıların yaxud satıcıların əmtəəsinin keyfiyyət və (və ya) kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və (və ya) əmtəəni göstərməklə müqayisə aparıldıqda;

6.1.2. müxtəlif vasitələr və (və ya) üsullarla bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda;

Kateqoriya: Marketing | Oxuma sayı: 398 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

Bazar ertəsi, 2019-01-21, 7:35 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Yanvar 2019  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac