Vakansiya saytı
ishbook

Blog


3:39 PM
Mühasibat Balansı nədir ?

Mühasibat balansı haqqında anlayış və onun rolu

«Balans» termini ümumiyyətlə mühasibat uçotu, tə­­sərrüfat fəaliy­yə­ti­nin təh­lili, planlaşdırma sahəsində iş­ləyən mütəxəssislərə məlumdur. Ter­min «ba­lans» latın sö­­züdür, «bislanx» sözünü göstərir, yəni bis-iki, lanx-tə­rə­zinin bir-bi­rinə bərabər olan iki hissəsi. Bu bərabərlik sim­volu 1946-cı ildə keçirilmiş Mü­­hasiblərin Beynəlxalq Konqresində qəbul olunmuş qerbində əks olunmuşdur.

İqtisadiyyatda müxtəlif formalarda balanslar mə­lum­dur. Bunlardan mü­ha­sibat balansı, müəssisənin mən­­­fəət və zərərini xarakterizə edən ba­lans­lar, əsas fond­­ların balansı, əhalinin gəlir və xərclərini müəyyən edən ba­lan­slar, material balansları, əmək ehtiyatları ba­lan­sı, sahə­lər­arası balans və sair tərtib olunur.

Bütün bunlara baxmayaraq ilk növbədə balans tər­ti­bi mühasibat uço­tu balansına aiddir. İnformasiyaların balans formasında tərtib olun­ma­sı hər bir iqtisadi sub­yek­tlərin maliyyə və istehsalat-təsərrüfat vəziy­yə­ti­nə da­ir, onun əmlak vəziyyətinə dair məlumatların verilməsinə imkan yaradır. Mühasibat balansı hər bir iqtisadi sub­yekt üçün müəyyən tarixə tər­tib olunur. Balans hesabatı müəssisə yaradılan tarixə, aylıq, rüblük, ya­rım illik, 9 aylıq və müəssisə ləğv olunarkən tərtib oluna bilər.

Mövcud olan standartlara uyğun olaraq müha­si­bat balansı müəs­si­sə­nin bütün maliyyə-təsərrüfat gös­tə­ri­cilərini onun hərəkəti pul ifa­də­sin­də əks etdirilir. Ba­lan­sda mövcud olan əmlakın miqdarı, onların hansı mən­­bəələrdən əmələ gəlməsi, özünəməxsus və cəlb olun­muş vəsaitlər əks olunur.

Mühasibat balansı mühasibat (maliyyə) hesabat­la­rının tərkibində tərtib olunur. Müəssisələrin mühasibat (maliyyə) hesabatlarının tərkibi əsasən mühasibat uçotu balansından və ona əlavə edilən maliyyə nəticələri (mən­fəət, zərərlər) və onların istifadəsi, əmlakın, fondların, döv­­riyyə vəsaitlərinin, xüsusi kapitalın, pul vəsaitlərinin, qeyri-maddi aktivlərin, maliyyə və kapital qoyu­luş­la­rı­nın və sair aktiv və passivlərin hə­rəkəti haqqında hesa­bat­lardan ibarətdir.

Mühasibat (maliyyə) hesabatlarının nümunəvi for­ma­ları və o cüm­lədən mühasibat balansı, onların dol­du­rul­­ması qaydaları, Azərbaycan Respublikası Maliyyə Na­­zirliyi tərəfindən müəyyən edilir.

Mühasibat balansı tərtib olunma prinsipinə görə bir neçə formada hazırlanır. Bunlar əsasən aşağıdakı döv­rü əhatə edir:

- giriş balansı;

- cari balans;

- ləğv olunma balansı;

- bölüşdürülmə balansı;

- birləşmə balansı.

Giriş balansı müəssisə yaradılmış tarixə nizamnamə fondu əsasında tərtib olunur. Təsərrüfat subyektləri mü­ha­sibat uçotunun aparılması giriş balansının tərtibi ilə başlayır. Bu halda giriş balansında müəssisə ni­zam­na­mə­si qeydiyyatdan keçmiş əsas əmlak formaları və nizamnamə ka­pitalına təsisçilər tərəfindən qoyulan öhdəçiliklər, pul vəsaiti əks olu­nur.

Cari balans giriş balansından fərqli olaraq mü­əs­si­sə­­nin fəaliyyətdə ol­duğu bütün dövrdə dövrü olaraq uçot siyasətinə və hesabat dövrlərinə uyğun tərtib olu­nur.

Cari balansın tərtibi üç dövrə bölünür. Ondan bi­rin­­cisi başlanğıc, ikincisi hesabat dövrünün rüb və ay­lıq­la­rında və üçüncü isə yekun ba­lan­sı formasında tərtib olunur. Başlanğıc və yekun balansı maliyyə ilinin əv­və­lində və sonunda tərtib olunur. Hesabat dövrü arası ba­lans isə he­sabat döv­rünün əvvəli və sonunda tərtib olu­nur. Azərbaycan Respublikasında hesabat dövrü arası ba­lanslar birinci rübün yekunu, ya­rım illik (altı aylıq) və üçüncü rübün yekunu əsasında doqquz aylıq tərtib olu­nur.

Bölüşdürmə balansı böyük müəssissələrin bir neçə mü­əssisəyə ayrıl­ma­sı ilə əlaqədar tərtib olunur. Bölüş­dür­mə balansı bir sıra halda bö­yük müəs­sisənin tabe­li­yin­də olan istehsal vahidlərinin başqa müəs­si­sə­nin ta­be­çiliyinə verildikdə də tərtib olunur.

Birləşmə balansı bir neçə müəssisənin bir müəssisə tabeçiliyində bir­ləş­­məsi ilə əlaqədar olaraq tərtib olunur.

Ölkə iqtisadiyyatının müxtəlif sahələrində qarşıya qo­yulan vəzifə­lə­rin ye­rinə yetirilməsi üzərində nəzarəti hə­yata keçirmək üçün mövcud olan vəsait və onun ya­ran­ma mənbəyi haqqında konkret məlumata malik ol­maq, vəsaitin tərkibini və təyinatını öyrənmək üçün on­la­rın iqtisadi cə­hət­dən qruplaş­dır­maq lazımdır. Bu gös­tə­ricələrin yekun nəticəsi müha­si­bat balansının köməyi ilə həyata keçirilir.

Beləliklə, təsərrüfat vəsaitinin və onların əmələ gəl­mə mənbələrinin müəyyən tarixə pul formasında ümu­mi­ləşdirmə və iqtisadi cəhətdən qrup­laşdırılma üsuluna balans deyilir.

Təsərrüfat vəsaitlərinin tərkibi, yerləşməsini və on­la­rın əmələ gəlmə mən­bə­lərini ayrı-ayrılıqda əks et­dir­mək üçün balans iki hissədən ibarət cəd­vəl for­ma­sında tərtib olunur. Balansın mövcud vəsaitlərinin tərkibini və yerləşməsini özündə əks etdirən hissəsi aktiv, onların əmələ gəlmə mən­bələrini əks etdirən hissəsi isə passiv ad­lanır. Balansın aktivinin yekunu passivin yekununa bə­rabər olmalıdır.

Aktivin və passivin hər bir ünsürü balans maddəsi ad­lanır. Balansın ak­tivin­də müəssisəyə məxsus olan əm­lak qrupları üzrə əsas vəsaitlər və sair aktiv­lər (əsas və­saitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qo­yu­luşları, təsisçilərlə hesablaşmalar və s.), ehtiyatlar və məsrəflər (is­teh­sal ehtiyatları, az­qiy­mətli və tezköhnələn əşyalar, hazır məhsul, mallar və s.) pul vəsaitləri, hesab­­laş­malar və sairə aktivlər (yüklənmiş mallar, de­bi­torlarla hesablaşmalar, pul vəsaitləri, kassa, hesablaşma he­sa­bı, valyuta he­sabı və s.) və sair vəsaitlər əks olunur.

Balansın passivində xüsusi vəsait mənbəələri (ni­zam­namə kapitalı, eh­tiyat kapitalı, istehlak fondları, mən­fəət və sair) hesablaşmalar və sair pas­sivlər (uzun­müd­dətli kreditlər, qısamüddətli bank kreditləri, qısa­müd­­dət­­li borclar, təsisçilərlə hesablaşmalar) və sairə əks olunur.

Göstərilən maddələr balansın aktivində və pas­si­vin­də müəyyən edil­miş ardıcıllıqla qruplaşdırılır və belə qruplaşma müəssisənin maliyyə və­ziy­­­yəti üzərində nə­za­rət etməyə imkan verir.

Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq mü­ha­sibat uçotu sis­te­mi və prinsiplərini beynəlxalq stan­dart­­lara uyğunlaşdırılması məq­sə­di­lə res­publika­mız­da mü­hasibat balansının forma və məzmununda bir sıra də­yi­şikliklər edil­mişdir. Bazar iqtisadiyyatı şəraitində ba­lan­sın aktiv və passiv maddələrinin məz­munu onu həm daxildə, həm də xaricdə, o cüm­lə­dən səhmdar cə­miy­yə­t­ləri, təsisçilər, malsatanlar, kreditorlar, banklar və baş­qaları tərəfindən istifadə et­mə­yə imkan verir.

Hazırda Azərbaycan Respublikasında müəssisə və təşkilatlarda tət­biq olunan mühasibat balansı qısaldılmış formada cədvəldə əks olun­muş­dur. (cədvəl №1).

Cədvəl 1.

Müəssisə balansı

Ölçü vahidi min manat

Aktiv Sətir kodu İlin əvvəlinə İlin sonuna Passiv Sətir kodu İlin əvvəlinə İlin sonuna
I. Əsas və­sait­lər və sair döv­riy­­­yə­­dən kənar ak­­­­tiv­­lər.       I. Xüsusi və­sa­­i­t­lərin mən­bə­ələri      
Əsas vəsaitlər 010     Nizamnamə kapitalı 400    
Qeyri-maddi ak­tiv­­­lər 011     Əlavə kapital 401    
Uzunmüddətli ma­liyyə qoyu­luş­­­ları

050

    Ehtiyat ka­pi­ta­lı 402    
Təsiriçilərlə he­sab­laşmalar 060     İstehlak fondları 420    
        Məqsədli ma­liy­yələşmə 450    
        mənfəət 470    
I. Bölmə üzrə Cəmi 080     I. Bölmə üzrə Cəmi 480    
II. Ehtiyatlar və məsrəflər       II. Hesablaş­ma­­­lar və sair passivlər      
İstehsal eh­ti­yat­ları 100     Uzunmüddət­li bank kre­di­t­­ləri

500

   
Azqiymətli və tez­köhnələn əş­ya­­lar

120

    Uzunmüddət­li borclar

510

   
Bitməmiş isteh­sa­lat 130     Qısamüd­də­t­li bank kre­­dit­­­ləri

600

   
        Qısamüddətli borclar 620    
Hazır məhsul 150     Kreditorlarla hesablaş­ma­lar

630

   
Mallar (satış qiy­­məti) 160     Alıcılar və si­fa­rişçilərdən alın­mış avan­slar

720

   
Əlavə dəyər ver­­­gisi (ƏDV) 175     Təsisçilərlə he­sablaşma­lar 725    
Sair ehtiyatlar və məsrəflər 176     Gələcək döv­rün gəlirləri 730    
II. Bölmə üzrə cəmi 180     II. Bölmə üz­rə cəmi 770    
III. Pul və­sait­lə­ri, hesab­l­aş­ma­­­lar və sair ak­­tiv­lər              
Yüklən­miş mal­lar 199            
Debitor­larla hesablaşmalar

200

           
Malsatan və pod­­rat­çılara ve­rilmiş avans­lar

260

           
Qısamüddətli ma­­liy­yə qoyu­lu­­şu

270

           
Pul vəsaitləri:              
Kassa 280            
Hesablaşma hesabı 290            
Valyuta hesabı 300            
Sair dövriyyə ak­tivləri 320            
III. Bölmə üzrə cəmi 330            
Zərərlər:              
Keçmiş illər 340            
Hesabat ilində 350            
BALANS (080, 180,330,340       BALANS (480 və 770-ci      
Və 350 sətirlər üzrə       sətirlərin məbləği) 780    
məbləğlərinin cəmi) 360            
               
RƏHBƏR       BAŞ MÜHASİB    

Balans cədvəlindən görünür ki, balans aktiv üzrə üç, passiv üzrə isə iki böl­mədən ibarətdir. Balansın bi­rin­ci bölməsində əsas vəsaitlər və sair döv­riy­yə­dən kənar aktivlər, ikinci bölmədə ehtiyatlar və məsrəflər, üçüncü bölmədə pul vəsaitləri, hesablaşmalar və sa­ir ak­tiv­lər əks olunmuşdur.

Balansın passivində müəssisə vəsaitlərinin əmələ gəl­­mə mənbələri gös­tərilməklə iki qrupa ayrılır. Birinci böl­mədə xüsusi vəsait mənbəələri, ikin­ci bölmədə isə he­sab­laşmalar və sairə passivlər yerləşmişdir.

3.2. Təsərüfat əməliyyatları nəticəsində balansda baş verən dəyişikliklər

Müəssisədə icra olunmuş hər bir təsərrüfat əməliyyatı nə­­ticəsində ona məxsus olan əmlakın həcminin artmasına və ya azalmasına səbəb olur. Aparılan təsərrüfat əməliyyatları nə­ti­­cəsində müəssisənin valyuta ba­lan­sı artır və ya azalır. Nəticə ola­raq əməliyyatların aparılması balan­sın aktiv və pas­sivində əks olunmuş maddələrin həcminin dəyişilməsinə sə­bəb olur. Nə­­zərə almaq lazımdır ki, aparılan təsərrüfat əmə­liy­yatlarının tə­­siri nəticəsində balansın aktiv və passiv­lə­ri­nin balans­laşma ye­kunu po­zu­lmur.

Təsərrüfat əməliyyatlarının təsiri ilə əlaqədar ola­raq müəs­sisə balansında dörd formada dəyişikliklər əmə­lə gəlir.

Təcrübədə hər bir təsərrüfat əməliyyatı nəticəsində ba­­­lansda baş verən dəyişiklikləri misallarla nəzərdən ke­çi­­rək.

Fərz edək ki, müəssisənin hesabat dövrünə qısal­dıl­mış şəkildə aşa­ğı­da­kı mühasibat balansı vardır (cədvəl №2).

Cədvəl 2

AKTİV

Məbləğ (manat)

PASSİV

Məbləğ (manat)

1.Əsas vəsaitlər

2.Azqiymətli və tez­köh­­­nə­­lən əş­yalar

3. Kassa

4. Hesablaşma hesabı

60.000

25.000

2000

180000

1.Nizamnamə ka­­pi­talı

2.Malsatan və pod­­­­ratçılar

3.Kreditorlarla he­sa­b­­­laşmalar:

a) əmək ödə­niş­lə­ri üz­rə

b) büdcə ilə he­sab­laş­ ­­­ma

175.000

14.000

20.500

57.500

Balans 267.000 Balans 267.000

Birinci əməliyyat. Müəssisənin bankdakı hesab­laş­ma hesabından №021510 bank çeki ilə 15 yanvar 2001-ci il­­də əmək haqqı ödəmək üçün kass­sa­ya 30 min manat pul da­­xil olmuşdur. Bu əməliyyat nəticəsində müəssisə və­sa­­i­ti­­nin tərkibində dəyişikliklər baş verir. Balansın akti­vin­də bir maddə artır və di­gər maddə azalır. Bu əməliy­yat­dan sonra müəssisə kassasında pul vəsaitinin qa­lığı 30 min manat artır və bankdakı hesab­laş­ma hesabında eyni məb­ləğdə pul vəsaiti azalır. Bunun nəti­cə­sin­də ba­lan­sın ak­­tivində vəsaitin yerdəyişməsi baş verir və ümumiyyətlə ba­lansın ak­tivi və valyutası dəyişilmir. Aparılan əməliy­yat nəticəsində balansda aşa­ğı­dakı dəyişikliklər cədvəldə (cədvəl №3) özünü göstərir.

Cədvəl 3

AKTİV

Məbləğ (manat)

PASSİV

Məbləğ (manat)

1.Əsas vəsaitlər

2.Azqiymətli və tez­­­­köh­nələn əşyalar

3.Kassa (2000+30000)

4.Hesablaşma hesabı (180000-30000)

60.000

25.000

32.000

150.000

1.Nizamnamə ka­­­pi­ta­lı

2.Malsatan və pod­rat­çılar

3.Kreditorlarla he­sab­­­laş­ma­lar:

a)əmək ödə­niş­lə­ri üz­rə

b)büdcə ilə hesab­laş­malar

175.000

14.000

20.500

57.500

Balans 267.000 Balans 267.500

İkinci əməliyyat. Bu əməliyyat nəticəsində balansın pas­sivində bir maddə ar­tır, digər maddə azalır, balansın yekunu dəyişilmir və onun bərabərliyi po­zul­mur. Bu kimi əməliyyatlara malsatan müəssisələrə olan borcun bank­dan alın­mış ssuda hesabına ödənməsi, müəssisə mənfə­əti­nin bir hissəsinin xüsusi təyinatlı fond­lara ayrılması, müəssisə işçilərdən gəlir vergisinin tutulması və sairə aid ola bilər.

2001-ci ilin fevral ayında müəssisənin işçilərinin əmək haqqından 12500 manat gəlir vergisi tutulmuşdur. Bu əməliyyatın nəticəsi balansın passivinə təsir edir. İş­çi­lərə olan borc gəlir vergisinin tutulduğu məbləğdə azalır və olan borc artır. Belə ki, tutulmş pul vəsaiti hələlik büd­cəyə ödənməmişdir. Bu əməliyyat nəticəsində kre­di­tor borcların tərkibində dəyişiklik baş verir. Balansın val­yutası da dəyişilmir. (cədvəl № 4).

Cədvəl 4

AKTİV

Məbləğ (manat)

PASSİV

Məbləğ (manat)

1.Əsas vəsaitlər

2.Azqiymətli və tez­köh­­nələn əşyalar

3. Kassa

4. Hesablaşma hesabı

60.000

25.000

32.000

150000

1.Nizamnamə ka­­­pital

2.Malsatan və pod­­­ratçılar

3.Kreditorla he­sab­­­­laşmalar:

a)əmək ödənişləri üz­rə (20500-12500)

b)büdcə ilə he­sab­­laşmalar (57500+12500)

175.000

14000

8000

70000

Balans 267.000 Balans 267.000

Üçüncü əməliyyat. Bu əməliyyat nəticəsində balan­sın aktiv və passivində ey­ni məbləğdə vəsaitlərin tərkibi və onların əmələ gəlmə mənbəələri dəyişilir, hə­min məb­ləğ­də balansda aktiv-passiv üzrə vəsait qalığı artır. 10 fev­ral 2001-ci il tarixdə 12hesab-qaimə əsasında sa­tı­cı firmadan 10 min manat məbləğində az­­qiymətli və tez­köhnələn əşyalar alın­mışdır. Bu əməliyyat balansda iki he­sa­ba yəni birincisi azqiymətli və tez­köhnələn əş­ya­lar hesabına və ikincisi mal­sa­tan və podratçılar he­sab­la­rı­na təsir edir. Belə ki, azqiymətli və tezköhnələn Əş­ya­lar hesabının qalığı 10000 manat artır və bununla əlaqədar balansın akti­vin­də qalıq artmış olur.

Eyni məbləğdə müəssisənin satıcı firmaya borcu ar­tır və bu isə ba­lan­sın passivinin qalığının həmin məb­ləğ­də artmasına səbəb olur.

Bu öhdəçilik balansın passivində əks olunur. (cəd­vəl №5).

Həmin əməliyyat nəticəsində müəssisə balansının ak­tivində və passivində balans maddələri dəyişilir və bu isə valyuta həcminin artmasına səbəb olur.

Cədvəl 5

AKTİV

Məbləğ (manat)

PASSİV

Məbləğ (manat)

1. Əsas vəsaitlər

2. Azqiymətli və tez­­köhnələn əş­­yalar (25000+10000)

3. Kassa

4. Hesablaşma hesabı

60.000

35.000

32.000

150000

1.Nizamnamə ka­pi­talı

2.Malsatan və pod­rat­çılar (14000+10000)

3.Kreditorlarla he­sab­­­­laşmalar:

a)əmək ödənişləri üz­rə

b)büdcə ilə hesab­laş­malar

175.000

24.000

20.500

57.500

Balans 277.000 Balans 277.000

Dördüncü əməliyyat. Bu əməliyyat nəticəsində ba­lans vəsaitinin həm tər­ki­bin­də və həm də onların əmələ gəl­mə mənbəyində azalma baş verir və bu əsas­da ba­lan­sın aktivi və passivi bərabər məbləğdə azalır. Bu kimi əmə­liyyatlara fir­ma işçilərinə əmək haqqı üzrə borcun ödənməsi, malsatanlara olan borcun hesablaşma hesab­ın­­dan ödənməsi, büdcəyə olan borcun ödənməsi və sairə aid ola bilər.

25 mart 2001-ci ildə 20ödəmə tapşırığı və ban­kın təqdim etdiyi çıxarış əsa­sın­da işçilərin əmək haq­qın­dan tutulan gəlir vergisi 12500 manat büdcəyə ödən­miş­dir.

Bunun nəticəsində büdcəyə olan kreditor borcu gös­­­tərilən məbləğdə azalır. Eyni zamanda müəssisənin he­­sablaşma hesabında pul vəsaiti azalmış olur. Bu əmə­liy­yat balansın aktivində və passivində dəyişikliklər edil­məsinə səbəb olur, yəni balansın aktivində və passivində balans maddələrinin azalması ilə nəticələnir.(cədvəl №6)

Cədvəl 6

AKTİV

Məbləğ (manat)

PASSİV

Məbləğ (manat)

1. Əsas vəsaitlər

2.Azqiymətli və tez­köh­­nələn əşyalar (25000 + 10000)

3. Kassa

4. Hesablaşma hesabı (150000-12500)

60.000

35.000

32.000

137500

1.Nizamnamə ka­pitalı

2.Malsatan və pod­ratçılar

3.Kreditorla he­sab­­­laşmalar:

a)əmək ödəniş­lə­ri

b)büdcə ilə he­sab­­laşmalar (57500-12500)

175.000

24.000

20.500

45.000

Balans 264.500 Balans 264.500

Beləliklə, aparılan dörd formada təsərrüfat əməliy­yat­ları nəticəsində bi­­­­rinci halda yekun balansı (aktivi) dəyişilmir, ikinci halda balans (pas­siv üz­rə) yekunu yenə də dəyişilmir, üçüncü halda balansın aktivi və pas­si­vi­nin yekunu artır, dördüncü halda isə balansın aktivi və passivi azalır.

Deyilənlər bir daha göstərir ki, müəssisənin bütün və­saitlərini əks et­­di­­rən mü­hasibat balansı, onda əks olu­nan təsərrüfat əməliyyatlarının düz­­günlüyü üzə­rində nə­za­rət etməyə imkan verir. Balansın aktivi və pas­si­­vi üzrə əmə­liyyatlar düzgün əks etdirildikdə balansın yeku­nu­nun bə­ra­bər­­liyi pozulmur. Hər bir təsərrüfat əməliyyatı balansın aktivində və pas­­sivində müəssisə vəsaitini, on­la­­­rın əmələ gəlmə mənbəələrinin tər­ki­bin­­də yaxud eyni vaxtda həm balansın aktivində, həm də passivində qar­şı­­lıqlı dəyişikliklər əmələ gətirir.

3.3. Müəssisənin idarə edilməsində balansın informasiya əhəmiyyəti

Mühasibat balansı iqtisadi subyektin istehsalat və ma­liyyə-təsərrüfat fə­aliy­­yəti göstəricilərini ətraflı əks et­məklə, geniş və böyük həcmli mə­lu­ma­­ta malik olan in­formasiya mənbəyidir. Təsadüfi deyildir ki, mühasibat (ma­­­liyyə) hesabatı sistemində mühasibat balansı birinci yeri tutur.

Balansın aktiv və passivində əks olunan göstəricilər ondan istifadə edən­­­lərə və xüsusilə kənar istifadə edən şəxslərə idarəetmə üçün ətraflı in­for­­masiyalar mən­bə­yi­dir. Balansda ifadə olunan analitik maddələr şir­kə­tin de­bi­tor, kreditor borclarının, özünəməxsus kapitalının və ayrı-ayrı eh­ti­­yatların, cari xərclərin və mənfəətin səviy­yəsini açıqlndırır.

Mühasibat balansını şirkətin maliyyə-təsərrüfat və­ziy­yətinin gös­tə­ri­ci­­lərini əks etdirən şəkli adlandırmaq olar. Həmin əks - şəkildə iki vacib gös­­təricinin əks olun­ma­sı özünü göstərir. Bunlardan birincisi müəssisə əm­­la­kı­nın, onun təsnifatını göstərməklə, həmin əmlakın han­sı mənbə­lər­dən əmələ gəl­məsini, yəni özünəməxsus və cəl­bolunmuş kapitalın old­u­ğu­nu müəyyənləşdirir.

Mühasibat balansı mühasibat uçotunun metodik ün­sü­rü olmaqla mü­­­ha­si­bat uçotu göstəricilərini yekun­laş­dırır və iqtisadi subyektin ma­liy­yə vəziy­yə­tinin infor­ma­siya modelini yaradır. Hesabat formasında təq­dim olu­­nan balans göstəriciləri təsərrüfatın gələcək inkişaf im­­kanlarına da­­ir istehsal-təsərrüfat və maliyyə gös­tə­ri­ci­lə­rinin idarəetmə üçün istifadə olun­­masına ətraflı şərait yaradır.

Mühasibat uçotu balansda əks olunmuş uçot gös­tə­ri­cilərinə əsas­la­na­raq, həmin informasiyadan istifadə edə­­cək maraqlı şəxslər mövcud eh­ti­yat­­­ların yerləşməsi və is­tifadə olunmasından, iqtisadi subyektin ödəmə qa­­bi­liy­yəti və maliyyə üstünlüyünə əsaslanaraq ona lazım olan in­for­ma­si­ya ilə təmin olunur.

Müasir bazar iqtisadiyyatı şəraitində mühasibat ba­lansının aktiv və pas­­siv maddələrinin məzmunu onu həm müəssisə daxili və xarici səhm­dar­­lar cəmiyyətləri, tə­sisçilər, malsatanlar, kreditorlar, banklar və baş­qa­la­­rı tə­rəfindən istifadə etmələrinə imkan verir.

Respublikada iqtisadi islahatların həyata keçi­ril­di­yi, mülkiyyətin özəl­ləşdirilməsi və bir sıra iri müəs­si­sə­lə­rin səhmdarlar cəmiyyətlərinə çev­­rilməsi mühasibat uço­tu­nun və onun mühüm göstəricisi olan mü­ha­si­bat ba­lan­sı­nın idarəetmə sistemində əhəmiyyəti daha artır.

Özünüyoxlama sualları

  1. Mühasibat balansı nədir, onun quruluşu necədir?
  2. Balansla hesabların qarşılıqlı əlaqəsini izah edin?
  3. Balans - netto anlayışını təyin edin?
  4. Balansın tərtib edilməsinin əsas qaydalarını izah edin?
Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 1243 | Yazar: administrator | Teqlər: Mühasibat Balansı nədir ? | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Bazar, 2018-12-09, 10:55 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac