
Ön Mühasibat: Müəssisələrin təməl mühasibat əməliyyatlarını təqib etməkdir.
- Ön mühasibat müəssisənin pulla ifadə edilən əməliyyatlarını yəni, müəssisədə nağd pulu, anbarları, müştəriləri, çekləri, ehtiyatları, bank hesabları kimi təməl ünsürlərinin qeydlərini və bunların hərəkətlərini təqib etmək üçün istifadə edilir.
Ön mühasibatda aşağıdakı əsas əməliyyatlar aparılır:
- Kassa Hesabı əməliyyatlarının qeydiyyatı
- Müştəri (Cari) Hesabı əməliyyatlarının qeydiyyatı
- Faktura / Sənəd əməliyyatlarının qeydiyyatı
- Ehtiyyatların Giriş və Çıxış əməliyyatlarının qeydiyyatı
- Müştəri Çek/Sənədləri əməliyyatlarının qeydiyyatı
- Müəssisə Çek / Sənədləri əməliyyatlarının qeydiyyatı
- Bank Hesabı əməliyyatlarının qeydiyyatı və sair.
|
Ödəmə mənbəyindən tutulan vergilərin növləri ilə aşağıda tanış ola biləcəksiniz (dividend, icarə və s.).
Maddə 122. Ödəmə mənbəyində dividenddən vergi tutulması
122.1. Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
122.2. Dividendin faktiki sahibi olan fiziki və hüquqi şəxslərdən bu Məcəllənin 122.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa, dividendi alan fiziki və hüquqi şəxslərin həmin gəlirindən bir daha vergi tutulmur.
Həmin gəlir yenidən dividend şəklində verilən zaman vergiyə cəlb olunmur.
122.3. Neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur.
|
Mühasibat uçotu haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Fəsil I
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Qanunun təyinatı
1.1. Bu qanun mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər (bundan sonra mətndə - mühasibat uçotu subyektləri adlandırılacaq) tərəfindən mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi qaydalarını tənzimləyir.
1.2. Azərbaycan Respublikasının ərazisində qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla icra hakimiyyəti orqanları və büdcədənkənar dövlət fondları tərəfindən onların səlahiyyətləri daxilində işlənib hazırlanmış mühasibat uçotu ilə əlaqədar bütün normativ hüquqi aktlar, habelə tövsiyə xarakteri daşıyan sənədlər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılaraq, təsdiq edildikdən sonra tətbiq edilə bilər. [1]
|

"ƏMƏK HAQQI 2019" CƏDVƏLİNİ BU LİNKDƏN YÜKLƏYİN
2019-cu ilin əvvəlindən əmək haqqınızdan nə qədər vergi və digər büdcə ödəmələri tutula bilər?
Vergi qanunvericiliyinə təklif edilən dəyişiklərə görə isə, qeyri neft-qaz və dövlət sektorunda çalışmayan və 8000 manata kimi olan əməkhaqqı alanlar gəlir vergisi verməyəcək. Bu vergi daha əvvəl 2500 manata qədər əməkhaqqı alanlar üçün 14 faiz, daha çox alanlar üçün isə 25 faiz idi. mək müqaviləniz varsa, nə qədər ödəyəcəksiniz? Dəyişiklərə əsasən, sosial sığorta, işçinin ümumi əmək haqqından 25 faiz hesablanırdı. Bunun bir hissəsini işçi, digərini isə işverən ödəməli idi.
|
Bütün müəssisələrdə nəğd pulun saxlanması və həmin pul vəsaiti ilə hesablaşmalar aparmaq üçün kassa yaradılır. Azərbaycan Respublikasında kassa əməliyyatlarının aparılması Milli Bankın 6 aprel 1993-cü il tarixli «Xalq təsərrüfatında kassa əməliyyatlarının aparılması qaydaları» na dair təlimatla tənzimlənir. Kassalarda nəğd pul qalığı limitləri və mədaxildən istifadə normaları həmin müəssisələrin rəhbərləri ilə razılaşdırılmaqla bank idarələri tərəfindən müəyyən olunur. Lazım gəldikdə həmin limitlər nəzərdən keçirilib dəyişdirilə bilər. Müəssisə və təşkilatlar üçün kassa limitinin məbləği onların aylıq əmək haqqı fondunun 5 faizindən çox olmamalıdır. Nəğd pul vəsaiti təyinatı üzrə xərclənmədikdə və kassa limitinə riayət edilmədikdə müəssisəyə qarşı bank tərəfindən cərimə sanksiyaları tətbiq edilə bilər.
|
Müəssisələrdə istehsala göndərilən ilk maddə(xammal) və matrealların alınma qiymətlərinə görə qruplaşdırmaq bəzən çox çətin olur , yəni istehsala göndərilən ilk maddə və matrealın hansı satınalma qrupundan olduğuna fiziki və sistem üzərindən nəzarət etmək çox çətin olur . Bu zaman biz Ortalama Maya Dəyəri üsulundan istifadə edərək , istehsala göndərilən ilk maddə(xammal) və matrealların maya dəyərini hesablaya bilərik .
Bu üsulla , istehsala göndərilən və anbarda qalan ilk maddə(xammal) və matrealların bir vahidinin ortalama qiyməti(maya dəyəri) hesablanaraq tapılır . Bu qiymət həm istehsala göndərilən , həm də anbarda qalan ilk maddə və matrealın ortalama qiyməti(maya dəyəri) olur .
İstehsalda istifadə olunan ilk maddə və matrealların bazar qiymətinin tez-tez dəyişməsi , bunların az miqdarlarla və aşağı qiymətlə olması , həmçinin istehsala da az miqdarlarla göndərilməsi halında Ortalama Maya Dəyəri üsulundan istifadə olunması daha məqsədəuyğundur .
Bu üsuldan istifadə olunması asan bir metoddur .
Düstur:

|
- SON GİRƏN İLK ÇIXAR (Last-In-First-Out = LIFO )üsulu
Qeyd : Xammal və materialların İlk maddə və matrial adlandırılması daha doğru olardı , çünki bəzən müəssisə hazır məhsul alış və satışı ilə məşğul olurki bu zamanda bu metodda hazır məhsula xammal deyilməsi normal olmazdı .
Bu üsulda istehsala(satışa) ilk göndərilən İLK MADDƏ (XAMMAL)və materiallar anbara ən son girən İLK MADDƏ (XAMMAL)və materiallardır . LİFO üsulu FİFO üsulun tam tərsi olan bir üsuldur . LİFO üsulunda hər qrup İLK MADDƏ (XAMMAL)və materiallar özünəməxsus qiymətlər ilə anbar qeydlərinə əlavə edilir . İstehsala göndərilən İLK MADDƏ (XAMMAL)və materialların qiyməti (maya dəyəri) , anbara son qəbul edilən İLK MADDƏ (XAMMAL)və material qrupunun bir vahdinin qiyməti(maya dəyəri) ilə hesablanır . Əgər anbara qəbul edilən ən son İLK MADDƏ (XAMMAL)və material qrupunun miqdarı istehsal üçün azlıq təşkil edərsə , bu zaman daha öncə qəbul edilmiş qruplardan çatışmayan miqdar qədər istifadə edilir , bu zaman hər qrup istehsala özünə aid qiymət ilə göndərilir .
|
- İLK GİRƏN İLK ÇIXAR (First-In-First-Out=FIFO) üsulu
Qeyd : Xammal və materialların İlk maddə və matrial adlandırılması daha doğru olardı , çünki bəzən müəssisə hazır məhsul alış və satışı ilə məşğul olurki bu zamanda bu metodda hazır məhsula xammal deyilməsi normal olmazdı .
Bu üsulla qiymətləndirmə zamanı , müəssisənin anbarına müxtəlif qiymətlərlə hissə hissə daxil olmuş İLK MADDƏ ( XAMMAL )və materialların qəbuletmə ardıcıllığı qorunaraq hər bir hissə(qrup) miqdarı və bir vahid qiyməti ayrı ayrılıqda öz qrupuna uyğun şəkildə hesablanır . Satınalma tarixinə əsasən İLK MADDƏ (XAMMAL)və materiallar qruplaşdırılır .
|
Milli Mühasibat Uçotu Standartları qüvvəyə minənədək aşağıdakı balansarxası hesablar var idi:
İcarəyə götürülmüş əsas vəsaitlər 001
Məsuliyyətli mühafizəyə qəbul edilmiş mal-material qiymətliləri 002
Emala qəbul edilmiş materiallar 003
Komissiyaya qəbul edilmiş mallar 004
Quraşdırılmağa qəbul edilmiş avadanlıqlar 005
Ciddi hesabat blankları 006
Zərərə silinmiş ümidsiz debitor borcları 007
Alınmış ödənişlərin və öhdəliklərin təminatı 008
Verilmiş ödənişlərin və öhdəliklərin təminatı 009
Mənzil fondunun köhnəlməsi 014
Zahirən abadlıq obyektləri və digər bu kimi obyektlərin köhnəlməsi 015
Balansarxası hesablar müəssisəyə məxsus olmayan, lakin müvəqqəti onun istifadəsində, yaxud sərəncamında (icarəyə götürülmüş əsas vəsaitlər, məsuliyyətli mühafizədə, təkrar istehsalda və s. olan maddi sərvətlər) olan qiymətlilərin, şərti hüquq və öhdəliklərin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək, həmçinin ayrı-ayrı təsərrüfat əməliyyatlarına nəzarət etmək üçün nəzərdə tutulmuşdu.
Qeyd edim ki, bu hesablarda olan məlumatlar balansda əks olunmurdu. Sadəcə məlumat xarakterli balansdankənar uçot aparılırdı.
Yeni standartlarda belə bir uçot nəzərdə tutulmayıb. Amma bu o demək deyil ki, belə məlumatlar təşkilaların uçotunda qeyd olunmayacaq. Məsələn, icarəyə götrülmüş əsas vəsaitlər artıq 14 saylı Milli Standarta əsasən, uçota alınır. Burada bütün aspektlər nəzərə alınıb. Və yaxud, emala qəbul olunmuş materiallar. Həmin materialların mülkiyyət hüququ başqa şəxsə məxsusdur və onlar emal olunduqdan sonra həmin şəxsə qaytarılmalıdır. Belə məlumatlar təşkilatın maliyyə hesabatlarında əks olunmasa da, maliyyə hesabatlarına əlavə olunan «Uçot siyasəti və maliyyə hesabatlarına izahlı qeydlər»də əks etdirilə bilər.
|
Mühasibat balansı haqqında anlayış və onun rolu
«Balans» termini ümumiyyətlə mühasibat uçotu, təsərrüfat fəaliyyətinin təhlili, planlaşdırma sahəsində işləyən mütəxəssislərə məlumdur. Termin «balans» latın sözüdür, «bislanx» sözünü göstərir, yəni bis-iki, lanx-tərəzinin bir-birinə bərabər olan iki hissəsi. Bu bərabərlik simvolu 1946-cı ildə keçirilmiş Mühasiblərin Beynəlxalq Konqresində qəbul olunmuş qerbində əks olunmuşdur.
İqtisadiyyatda müxtəlif formalarda balanslar məlumdur. Bunlardan mühasibat balansı, müəssisənin mənfəət və zərərini xarakterizə edən balanslar, əsas fondların balansı, əhalinin gəlir və xərclərini müəyyən edən balanslar, material balansları, əmək ehtiyatları balansı, sahələrarası balans və sair tərtib olunur.
|
|