Vakansiya saytı
ishbook

Yararlı məqalələr


« 1 2 3 4 5 »

Əsas vəsaitlər istehsal prosesinin əsas elementlərindən biri olduğu üçün onların dəyəri məhsul istehsalına çəkilən xərclərin tərkibinə daxil edilməlidir. Bu əsas vəsaitlərə köhnəlmə (amortizasiya) hesablamaqla həyata keçirilir.

Amortizasiya - əsas vəsaitlərin dəyərinin istehsal edilmiş məhsula(işlərə, xidmətlərə) hissə-hissə keçirilməsidir. 

 

 

Mühasibat uçotunda bir neçə amortizasiya metodu var:

  • düzxətli metod;
  • qalıq dəyəri metodu;
  • istehsal metodu;
  • istifadə müddətinin illərinin cəmi metodu.
Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 3914 | Yazar: administrator | Tarix: 2018-12-06 | Şərhlər (0)

Avans hesabatı- təhtəl şəxs tərəfindən tərtib və təqdim edilmiş nümunəvi sənəd forması.

Avizo- qarşılıqlı hesablaşmanın yaxud başqa formada olan hesablaşmanın vəziyyətinin dəyişməsi haqda bir təşkilatın üçüncü şəxsə rəsmi bildirişidir. Avizo poçt yaxud teleqraflı formada olur.

Akkreditiv- alıcının xahişi və göstərişi ilə malsatanın ödənişinin bank tərəfindən aparılan öhdəçiliyidir.

Mühasibat balansının aktivi- əmlakın tərkib və yerləşməsinə görə pul ifadəsində yerləşməsini mühasibat balansında əks etdirilən hissəsidir.

Aksept- pul və mal sənədlərinin ödənişə razılığıdır.

Aksiz- malın malalan tərəfindən ödənilən qiymətinə daxil edilən vasitəli vergidir.

Amortizasiya- əsas vəsaitlərin köhnəlməsi və onların istehsal olunmuş məhsulun dəyərinə keçirilən hissəsidir.

Amortizasiya ayırmaları- əsas vəsaitlərin məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən amortizasiya olunmuş hissəsinin pul ifadəsidir.

Analitik uçot- əmlak, öhtəlik və təsərrüfat əməliyyatları haqda hər bir sintetik hesabın daxilində detallaşdırılmış informasiyaların material və digər mühasibat uçotu hesablarının şəxsi hesablarında aparılan uçotdur.

Auksion- alıcının müsabiqəsinə əsasən malların növbəti satışı.

Mühasibat balansı- təşkilatın əmlakının tərkibi, yerləşməsi və əməələ gəlmə mənbələri üzrə vəziyyətini pul ifadəsində əks etdirməklə müəyyən tarixə tərtib olunan informasiya mənbəidir.

Bank ssudası- kreditləşmə qaydasında bank tərəfindən təşkilata təqdim olunan pul vəsaitinin məbləği.

Broker- mal, qiymətli kağız, valyutalar (şəxs, firma, təşkilat) üzrə satıcı və alıcılar arasında vasitəçi........

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 5993 | Yazar: administrator | Tarix: 2018-12-06 | Şərhlər (0)

muhasibat ucotu

 

Mühasibat uçotu – müəssisə və təşkilatın habelə dövlət qurumunun maliyyə və təsərüffat əməliyyatlarını özündə cəmləşdirən uçot sistemidir .

Mühasibat uçotu istifadəçiləri istifadəsinə görə iki yerə , daxili və kənar istifadəçi qrupuna ayrılır .Bu elə bir sistemdir ki , hər bir müəssisəni bunsuz təsəvvür etmək mümkün deyildir. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesabatlarınınmaliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır.Müəssisınin mühasibat sisteminin düzgün qurulmasını təmin edən digər amil mühasiblər arasında iş bölgüsünün düzgün aparılması və işin faydalı əmsalının yüksəldilməsidir .Mühasibat sahəsi elə bir sahədir müəssisəyə öz xərcləri ilə normal planlama , büdcə və idarəetmə standartları gətirir .Mühasibat uçotunun rəhbərliyi vaxtında etibarlı və düxgün məlumatla təmin etməsi sistemin düzgün və effektiv qurulması ilə nətilənir . Mühasibat şöbəsinin iş prinsibi çətin və məsuliyyətli öhdəliyi icra etmək , dəqiq və informasıyalı olmaqdır .Maliyyə hesabatlarının hazırlanması müəssisə rəhbərliyinə təqdim edilməsi mühasibat uçotunun əsas vəzifələrindəndir . Balans , Mənfəət və Zərər , Nağd pulun hərəkəti hesabatı , kapitalda dəyişikliklər haqqında hesabat kimi hesabatlar müəssisənin əsas maliyyə hesabatlarıdır . Nəhayət idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin səmərəli şəkildə qurulması vacib bir məsələdir . Məlum məsələdir ki , hər bir müəssisə fəaliyyəti zamanı gəlir və ya zərər edə bilər .Düzgün qurulmuş mühasibat uçotu sitemi sayəsində keçmiş nəticələrin analizi ilə gəlir artırıla , zərər isə azaldıla bilər . Maliyyə hesabatlarının investorlara, kreditorlara, müştərilərə təqdim olunması müəssisənin şəffaf idarəetmə standartından xəbər veriri . Mühaibat uçotunun əsasları saytımızın “Mühasibat uçotu” bölməsində yayımlanır və bundan sonra da yayımlanacaq .Burada müxətlif bölmələrdə , əsas təsərrüfat sahələrinin mühasibat uçotu, uçotun təşkili və müxtəlif növ müəssisələrdə uçotun aparılması qaydaları yayımlanacaq.Həmçinin mühasibat uçotunun yerli və Mühasibat Uçotunun Beynəlxalq Standartları barəsində məqalələr yayımlanacaq .Mühasibat uçotu və audit ayrılmaz cütlük olduğundan ishbook.com saytına bir mühasibat uçotu kitabı gözü ilə baxa bilərsiniz . Və beləliklə siz mühasibat uçotu haqqında qanun , mühasibat uçotunun vəzifələri , mühasibat uçotunun normativ tənzimlənməsi kimi anlayış və nəzəriyyələr ilə tanış olacaqsınız . Həmçinin saytda yeni və köhnə hesablar planı ilə tanış olacaq , mühasibat uçotunun yeni hesablar planının tətbiqinə dair biliklərə yiyələnəcəkisiniz .Məlum məsələdir ki , çoxunuz mühasibat kurslarına yazılaraq maddi çətinliklər ilə üzləşirsiniz amma siz hər gün müəyyən saat vaxtınızı ayıraraq online qaydada mühasibat dərslərini oxuyub bilik səviyyənizi artıra bilərsiniz .

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 3527 | Yazar: administrator | Tarix: 2018-12-05 | Şərhlər (0)

Əlavə kapitalın yaranması və uçotu

Əlavə kapital

 

Əlavə kapital - maliyyə vəsaitlərinin daxili mənbələrindən biri hesab olunur, əsasən dövriyyədən kənar aktivlərin yenidən qiymətləndirilməsi nəticəsində aşkar edilən, onların dəyərinin artması, əvəzsiz alınmış qiymətlilər, cmissiyon gəlirlərin hesabına yaranır. Əlavə kapitalın yaranması qaydası normativ aktlarla nizama salınır.

Əlavə kapital xüsusi maliyyə resurslarının mənbələrini artırır. Yuxarıda qeyd olunduğu kimi, əmlakın yenidən qiymətləndirilməsi zamanı onun dəyərinin artması, səhmlərin əlavə emissiyası, habelə, əvəzsiz alınmış qiymətlilərin hesabına yaranır.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 1340 | Yazar: administrator | Tarix: 2018-12-02 | Şərhlər (0)

Nizamnamə kapitalının uçotu

nizamname kapitali

Nizamnamə kapitalı - yarandığı və müvafiq orqanlarda qeydiyyatdan keçdiyi zaman təşkilata onun mülkiyyətçisi tərəfindən qoyulan vəsaitlərin məbləğidir. Bazar iqtisadiyyatına keçənə qədər təşkilata lazım olan vəsaitlər dövlət tərəfindən ayrılırdı. Onların dəyəri təşkilatın nizamnaməsində əks olunurdu. Fəaliyyət prosesində nizamnamə kapitalı dövlət orqanları tərəfindən müəyyən edilən qaydalar üzrə artırdı və ya azalırdı. Öz fəaliyyətini bazar iqtisadiyyatında həyata keçirən təşkilatlar kommersiya əsasında təşkil olunurlar. Bunun üçün bir neçə hüquqi və fiziki şəxslər, əmanətçi-payçıların kollektivləri və ya səhmdarların korporasiyaları nizamnamə kapitalına pul məbləğlərini və ya qiymətliləri qoymaq yolu ilə kollektiv və ya korporativ mülkiyyət yaradırlar. Fəaliyyət göstərən dövlət təşkilatlan öz nizamnamə kapitalını bazar iqtisadiyyatını tətbiq etməklə kommersiyaya oxşar olaraq yenidən yaradırlar.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 691 | Yazar: administrator | Tarix: 2018-12-02 | Şərhlər (0)

Şübhəli borclar üzrə ehtiyatın uçotu

debitor borclar

 

Məhsulların göndərilməsi üzrə satışdan olan vəsaitlərin müəyyən edilməsi metodunu tətbiq edən təşkilatlara, hüquqi və fiziki təşkilatlara hesablaşmalar üzrə şübhəli borcların kompensasiya ehtiyatlarını yaratmağa icazə verilir. Vaxtında Ödənilməyən və müvafiq zəmanətlə təmin olunmayan təşkilatların və vətəndaşların debitor borcu, şübhəli borc hesab olunur (misal üçün, girov öhdəliyi). Belə borcların ehtiyatını, təşkilatların debitor borclarının inventar- laşması aparıldıqdan və hər bir şübhəli borc üzrə onun ödənilməsi ehtimalını əks etdirdikdən sonra ilin axırına yaratmaq məsləhət görülür. Əgər belə borcun tutulması üzrə bütün tədbirlər, kreditorun fikrinə görə istifadə olunubsa və səmərəsiz olubsa, təşkilatın ümidsiz borcların yaradılmış ehtiyatların hesabına gələn ildə silinməsi mümkünlüyünə mənfəətin müəyyən məbləğini ehtiyatlandırmaq hüququ vardır.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 994 | Yazar: administrator | Tarix: 2018-12-02 | Şərhlər (0)

Ehtiyat kapitalının uçotu

       ehtiyyat-kapital-ishbook     

(Mühasibat uçotu və Audit)

 

Bazar iqtisadiyyatı şəraitində ehtiyat kapitallarının və ödəmələrinin yaradılması və düzgün istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir.

Səhmdar cəmiyyəti və birgə təşkilatlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ehtiyat kapitalını məcburi qaydada yaradırlar. Öz baxışlarına görə onu digər təşkilatlar da yarada bilər. Səhmdar cəmiyyətinin ehtiyat kapitalı zərərlərin örtülməsi üçün, habelə cəmiyyətin istiqrazlarının ödənilməsi və digər vəsaitlər olmadığı halda cəmiyyətin səhmlərini satın almaq üçün istifadə edilir. Digər təşkilatlarda ehtiyat kapitalının istifadə edilməsi istiqamətləri onların nizamnaməsi ilə müəyyən edilir.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 1403 | Yazar: administrator | Tarix: 2018-12-02 | Şərhlər (0)

  • Gerçək Partiya Üsulu

Nəzəri olaraq , istehsal və satınalma xərclərinin , bir başa  aid olduqları məhsul və ya xidmətlərə yüklənməsi vacibdir . Gerçək Partiya üsulunda , ilk maddə/matrialların maya dəyərləri satın alınarkən qiymətləndirilir . Satın alınan İLK MADDƏ (XAMMAL)və matrialların hər qrupu öz qiymətlərinə uyğun olaraq ayrı ayrılıqda anbara daxil edilir .Və müəssisənin anbarında bir vahidinin qiymətinə (maya dəyərinə) görə ayrılan İLK MADDƏ (XAMMAL)və matrial qrupları formalaşır . Gerçək Partiya üsulunda istehsala göndərilən İLK MADDƏ (XAMMAL)və matriallar , hansı satınalma qiyməti qrupundandırsa , o qrupun (partiyanın) bir vahidinə düşən maya dəyəri (qiyməti) istifadə olunaraq istehsala göndərilən İLK MADDƏ (XAMMAL)və matrialların maya dəyəri hesablanır . Dövrün sonunda anbarda İLK MADDƏ (XAMMAL)və matrial qruplarından hansının qalığı qalmışdırsa , o qrupun satınalma qiyməti ilə hesablanaraq , dövr sonuna anbar qalığı məbləği tapılır .

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 668 | Yazar: administrator | Tarix: 2018-12-02 | Şərhlər (0)

  • İLK MADDƏ (XAMMAL)VƏ MATRIAL STOK DƏYƏRLƏNDİRMƏ ÜSULLARI

 

 

Mühasibat Uçotunda İLK MADDƏ (XAMMAL)və matrial maya dəyərinin hesablanmasındakı məqsəd :

  • İLK MADDƏ (XAMMAL)və matriala bağlı maya dəyəri kontrolu və analizinə dəstək vermək ;
  • Doğru xərc göstəriciləriylə doğru maliyyə nəticələrinin əldə edilməsi ;

 

Müəssisənin anbarına hər gün müxtəlif miqdarda və müxtəlif qiymətdə İLK MADDƏ (XAMMAL)və matrial daxil olur , eyni zamanda həmin İLK MADDƏ (XAMMAL)və matriallar müxtəlif miqdar və ölçülərdə istehsalata göndərilir .

Bu zaman bir sual meydana çıxır , fərqli qiymətlərlə alınmış İLK MADDƏ (XAMMAL)və matriallar istehsala göndərilərkən hansı qiymət ilə göndərilməlidir ?

Bütün anbar əməliyyatları nəticəsində müəssisənin anbarında fərqli qiymətlə alınmış stoklar varsa , İLK MADDƏ (XAMMAL)və matrial stoklarını qiymətləndirərkən  hansı üsuldan istifadə olunmalıdır ?

Bir müəssisənin öz fəaliyyətini davam etdirə bilməsi üçün istehsalda istifadə olunmasına görə anbardan göndərilərək tükətilən ilk maddə/matrialların maya dəyərini və dövr sonunda anbarda qalan İLK MADDƏ (XAMMAL)və matrialın dəyərinin bilinməsi üçün istifadə olunan müxtəlif metodlara , stok dəyərləndirmə üsulları deyilir .

 

Stok dəyərləndirmə üsulları bunlardır :

 

  1. Gerçək Partiya ( Real Part ) üsulu
  2. İlk girən İlk Çıxar (First-In-First-Out=FIFO) üsulu
  3. Son-Girən-Son-Çıxar ( Last-In-First-Out= LIFO) üsulu
  4. Ortalama üsulu

    a.Ağırlıqlı Ortalama Maya Dəyəri üsulu

    b.Hərəkətli Ortalama Maya Dəyəri üsulu

  5. Bazar Qiyməti (Yeniləmə) üsulu
  6. Standart üsul

 

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 565 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

Şənbə, 2019-09-21, 2:14 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Sentyabr 2019  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
1234567
891011121314
15161718192021
22232425262728
2930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac

Hosted by uCoz