Vakansiya saytı
ishbook

Yararlı məqalələr


« 1 2 3 4 5 »

İLK MADDƏ (XAMMAL) VƏ MATERIALLAR HAQQINDA

 

  • İLK MADDƏ(XAMMAL) VƏ MATERIAL XƏRCLƏRİ

 

     İLK MADDƏ(XAMMAL)  – məhsulun əsasını təşkil edən , üzərində əmək və istehsal yoluyla fiziki və kimyəvi dəyişiklik edilə bilən maddi varlıqlardır . Kitab istehsalında istifadə olunan kağız , şokolat istehsalında istifadə olunan kakao , şalvar istehsalında istifadə olunan parça İLK MADDƏ(XAMMAL)  üçün göstərilə biləcək nümunələrdir . Bunun xammal adlandırmayaraq İLK MADDƏ(XAMMAL)  adlandırmaqda məqsədim , xammal terminin daha dar anlamlı olmasıdır .

     İstehsal Məhsulu – İLK MADDƏ(XAMMAL) lərə fiziki və ya kimyəvi təsir vasitəsiylə lazım olan fiziki və kimyəvi quruluşa malik maddi  varlıqdır .

     Yardımçı Maddə - istehsal olunan məhsulun bünyəsinə girməsinə baxmayaraq həmin məhsulun əsasını təşkil etməyən, bir vahid məhsulun içində nə qədər istifadə olunduğunu  dəqiqləşdirməyin çətin olduğu və ya dəqiq bilinməsinin o qədərdə faydalı olmadığı  maddələrdir .Yardımçı maddələr İLK MADDƏNİN(XAMMAL)  məhsula çevrilməsində müəyyən təsirə malikdirlər . Şəkər istehsalında istifadə olunan əhəng daşı , kitab istehsalında istifadə olunan yapışqan buna misal ola bilər .

    Müəssisə Materialları – istehsal olunan məhsulun istehsalı zamanı istifadə olunan lakin həmin məhsulun bünyəsinə girməyən , müəssisə fəaliyyətinin və istehsalın davam etdirilməsi məqsəd ilə istifadə olunan İLK MADDƏ(XAMMAL)  və yardımçı maddədən başqa bütün ünsürlərdir . İstehsal müəssisəsindəki makinaların və cihazların ehtiyyat hissələri , təmir alətləri , maşın yağları , elektrik avadanlıqları buna nümunə ola bilər .

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 616 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

 

70 saylı “Satışın maya dəyəri” yarımbölməsi

70 saylı “Satışın maya dəyəri” hesabında satılmış mal, iş və xidmətin maya dəyəri – birbaşa xərclər uçota alınır və aşağıdakı hesablar qrupundan ibarətdir:

701- İşçi heyəti üzrə xərclər

702- Xammal və materiallar

703- Amortizasiya xərcləri

704- Sair xərclər

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 840 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

 

XƏRCLƏR

ƏSAS ANLAYIŞLAR

Xərclər – mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır. Xərclər əsas xərclərdən və sair xərclərdən ibarətdir.

Əsas xərclər – müəssisənin adi fəaliyyəti zamanı yaranan və müxtəlif başlıqlar altında, o cümlədən, elementləri və funksiyaları ilə təsnişləşdirilən xərclərdir.

Sair xərclər – müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir.

Əsas xərclər və sair xərclər “Mənfəət və zərərlər haqqında hesabat”da, “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”da “Kapitalda dəyişikliklər haqqında hesabat”da öz əksini tapmalıdır.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 448 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

 

 

 

GƏLİRLƏR

ƏSAS ANLAYIŞLAR

Gəlirlər – mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, daxil olması və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır. Gəlirlər əsas gəlirlər və sair gəlirlərdən ibarətdir.

Əsas gəlirlər – müəsisənin adi fəaliyyəti zamanı yaranmış, həmçinin satış, komisyon haqqları, faizlər, dividendlər, royaltilər və icarə haqqları daxil olmaqla, müxtəlif başlıqlar altında təsnifləşdirilən gəlirlərdir. Əgər müəssisənin adi fəaliyyəti üzrə gəlirlərin mütəmadi yaranmsı ehtimalı varsa, bu cür gəlirlər əsas gəlirlər hesab edilir.

Sair gəlirlər – müəsisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas gəlirlər anlayışına uyğun gəlməyən gəlirlərdir.

Əsas gəlirlər və sair gəlirlər “Mənfəət və zərərlər haqqında hesabat”da, “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”da “Kapitalda dəyişikliklər haqqında hesabat”da öz əksini tapmalıdır.

Hesabat dövrünün sonunda “Gəlirlər” bölməsinin hesabları “Kapital” bölməsinin 341-“Hesabat dövründə xalis mənfəət (zərər)” hesabına bağlanırlar. 

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 528 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

 

54 saylı “Sair qısamüddətli öhdəliklər” yarımbölməsi

 

54 saylı “Sair qısamüddətli öhdəliklər” yarımbölməsi yuxarıdakı yarımbölmələrdə nəzərdə tutulmamış digər qısamüddətli borcların və öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

541- Qısamüddətli pensiya öhdəlikləri

542- Gələcək hesabat dövrlərinin gəlirləri

543- Alınmış qısamüddətli avanslar

544- Qısamüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

545- Digər qısamüddətli öhdəliklər

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 693 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

 

53 saylı “Qısamüddətli kreditor borcları” yarımbölməsi


53 saylı “Qısamüddətli kreditor borcları” yarımbölməsi ödəmə müddəti hesabat tarixindən 12 aydan az olan qısamüddətli kreditor borclarının uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:


531- Malsatan və podratçılara qısamüddətli kreditor borcları
532- Törəmə (asılı) müəssisələrə qısamüddətli kreditor borcları
533- İşçi heyətinə qısamüddətli kreditor borcları
534- Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları
535- İcarə üzrə qısamüddətli kreditor borcları
536- Tikinti müqavilələri üzrə qısamüddətli kreditor borcları
537- Faizlər üzrə qısamüddətli kreditor borcları
538- Digər qısamüddətli kreditor borcları

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 975 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

 

52 saylı “Vergi və sair məcburi ödənişlər” yarımbölməsi

 

52 saylı “Vergi və sair məcburi ödənişlər” yarımbölməsi müəssisənin cari fəaliyyətində vergi və məcburi ödənişlərin, o cümlədən dövlət rüsumlarının uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

521- Vergi öhdəlikləri

522- Sosial sığorta və təminat üzrə öhdəliklər

523- Digər məcburi ödənişlər üzrə öhdəliklər.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 922 | Yazar: administrator | Tarix: 2018-12-01 | Şərhlər (0)

50 saylı “Qısamüddətli faiz öhdəlikləri yaradan öhdəliklər” yarımbölməsi

50 saylı “Qısamüddətli faiz öhdəlikləri” yarımbölməsi bank kreditləri və faizə alınmış borc vəsaitləri üzrə qısamüddətli öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

501- Qısamüdətli bank kreditləri

502- İşçilər üçün qısamüddətli bank kreditləri

503- Qısamüddətli konvertasiya olunan istiqrazlar

504- Qısamüddətli borclar

505- Geri alınan məhdud tədavül müddətli imtiyazlı səhmlər (qısamüddətli)

506- Törəmə (asılı) müəssisələrlə qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

507- Digər qısamüddətli faiz xərcləri yaradan öhdəliklər

 

 

 

51 saylı “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” yarımbölməsi

51 saylı “Qısamüddətli qiymətləndirilmiş öhdəliklər” yarımbölməsi qiymətlənditilmiş öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

511- İşdən azad olma ilə bağlı qısamüddətli müavinətlər və öhdəliklər

512- Qısamüddətli zəmanət öhdəlikləri

513- Qısamüddətli hüquqi öhdəliklər

514- Mənfəətdə iştirak payı və müəvinət planları

515- Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 556 | Yazar: administrator | Tarix: 2018-11-28 | Şərhlər (0)

 

QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR

Qısamüddətli öhdəliklər bölməsinin hesabları təsərrüfat subyektinin qısamüddətli kimi təsnifləşdirilən, hesabat tarixinə ödəmə müddəti 12 aydan az olan, qısamdətli (cari) xarakter daşıyan borclarının və öhdəliklərinin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 371 | Yazar: administrator | Tarix: 2018-11-28 | Şərhlər (0)

 

44 saylı “Sair uzunmüddətli öhdəliklər” yarımbölməsi

44 saylı “Sair uzunmüddətli öhdəliklər” yarımbölməsi yuxarıdakı yarımbölmələrdə nəzərdə tutulmamış digər uzunmüddətli borcların və öhdəliklərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

441- Uzunmüddətli pensiya öhdəlikləri

442- Gələcək hesabat dövrlərinin gəlirləri

443- Alınmış uzunmüddətli avanslar

444- Uzunmüddətli məqsədli maliyyələşmələr və daxilolmalar

445- Digər uzunmüddətli öhdəliklər

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 756 | Yazar: administrator | Tarix: 2018-11-28 | Şərhlər (0)

Cümə, 2019-07-19, 0:49 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  İyul 2019  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac