Vakansiya saytı
ishbook

Yararlı məqalələr


« 1 2 3 4 5 »

 

42 saylı “Təxirə salınmış vergi öhdəlikləri” yarımbölməsi

42 saylı “Təxirə salınmış vergi öhdəlikləri” yarımbölməsi təxirə salınmış vergi öhdəliklərinin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

421- Mənfəət vergisi üzrə təxirə salınmış vergi öhdəlikləri

422- Digər təxirə salınmış vergi öhdəlikləri

 

43 saylı “Uzunmüddətli kreditor borcları” yarımbölməsi

43 saylı “Uzunmüddətli kreditor borcları” yarımbölməsi ödəmə müddəti hesabat tarixindən 12 aydan çox olan uzunmüddətli kreditor borclarının uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

431- Malsatan və podratçılara uzunmüddətli kreditor borcları

432- Törəmə (asılı) müəssisələrə uzunmüddətli kreditor borcları

433- Tikinti müqavilələri üzrə uzunmüddətli kreditor borcları

434- Faizlər üzrə uzunmüddətli kreditor borcları

435- Digər uzunmüddətli kreditor borcları

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 852 | Yazar: administrator | Tarix: 2018-11-28 | Şərhlər (0)

UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR

Uzunmüddətli öhdəliklər bölməsinin hesabları təsərrüfat subyektinin uzunmüddətli kimi təsnifləşdirilən, uzunmüddətli xarakter daşıyan borclarının və öhdəliklərinin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 578 | Yazar: administrator | Tarix: 2018-11-27 | Şərhlər (0)

ÖHDƏLİKLƏR

ƏSAS ANLAYIŞLAR

Öhdəliklər – müəssisənin keçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyatların (resursların) müəsisədən kənara axını ilə nəticələnən mövcud vəzifəsidir. Başqa sözlə, cari və əvvəlki hesabat dövrlərində əmələ gəlmiş elə kreditor və digər borclardır ki, bu borcların ödənilməsi iqtisadi səmərəni azaldır, başqa sözlə aktivlərin azalmasına səbəb olur.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 485 | Yazar: administrator | Tarix: 2018-11-27 | Şərhlər (0)

KAPİTAL

ƏSAS ANLAYIŞLAR

Kapital – aktivlərin öhdəliklərlə yüklənmiş hissəsidir, yəni gələcəkdə öhdəliklərin nizama salınması üçün aktivlərin yönəldilməyən hissəsidir. Başqa sözlə, kapital bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərinin dəyəridir.

Mülkiyyətçilərin kapital qoyuluşları – mülkiyyətçilərin öz iştirak payından köçürmələri hesabına müəssisənin kapitalının artmasıdır.

Mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi – mülkiyyətçilərin oz iştirak payından köçürmələri və onlar arasında xalis mənfəətin bölüşdürülmələri hesabına kapitalın azalmasıdır.

Müəssisənin kapitalı 3 hissədən ibarətdir:

 Mülkiyyətçilərin kapital qoyuluşları;

 Bölüşdürülməmiş mənfəət;

 Ehtiyatlar və fondlar

Müəssisə cari hesabat dövründə mənfəəti o halda təsdiq etməlidir ki, cari dövrdə kapital saxlanılmışdır, yəni azalmamışdır.

Kapital aşağıdakı yarımbölmələrdən ibarətdir:

30- Ödənilmiş nominal (Nizamnamə) kapital

31- Emissiya gəliri

32-Geri alınmış kapital (səhmlər)

33-Kapital ehtiyyatları

34-Bölüşdürülməmiş gəlir (ödənilməmiş zərər)

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 698 | Yazar: administrator | Tarix: 2018-11-27 | Şərhlər (0)

24 saylı “Sair qısamüddətli aktivlər” yarımbölməsi

24 saylı “Sair qısamüdətli aktivlər” yarımbölməsi yuxarıdakı yarımbölmələrdə nəərdə tutulmamış digər qısamüddətli aktivlərinin və ya investisiların uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

241- Əvəzləşdirilən vergi və məcburi ödənişlər

242- Gələcək hesabat dövrünün xərcləri

243- Verilmiş qısamüdətli avanslar

244- Təhtəlhesab məbləğlər

245- Digər qısamüddətli aktivlər

241- Əvəzləşdirilən vergi və məcburi ödənişlər hesabı büdcə ələ hesablaşmalarda

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 1078 | Yazar: administrator | Tarix: 2018-11-26 | Şərhlər (0)

 

23 saylı “Sair qısamüddətli maliyyə aktivləri” yarımbölməsi

23 saylı “Sair qısamüdətli maliyyə aktivləri” yarımbölməsi qısamüddətli maliyyə

aktivlərinin və ya investisiların uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı

hesablar qrupundan ibarətdir:

231- Satış məqsədilə saxlanılan qısamüddətli inveastisiyalar

232- Ödənişə qədər saxlanan qısamüddətli investisiyalar

233- Qısamüddətli verilmiş borclar

234- Digər qısamüddətli investisiyalar

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 878 | Yazar: administrator | Tarix: 2018-11-26 | Şərhlər (0)

 

22 saylı “Pul vəsaitləri” yarımbölməsi

22 saylı “Pul vəsaitləri” yarımbölməsi pul vəsaitlərinin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

221- Kassa

222- Yolda olan pul vəsaitləri

223- Bank hesablaşma hesabları

224- Tələblərə əsasən verilən digər bank hesabları

225- Pul vəsaitlərinin ekvivalentləri

 

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 1065 | Yazar: administrator | Tarix: 2018-11-26 | Şərhlər (0)

21 saylı “Qısamüdətli debitor borcları” yarımbölməsi

21 saylı “Qısamüddətli debitor borcları” yarımbölməsi qısamüddətli debitor

borclarıının uçotu üçun nəzərdə tutulmuş və aşağıdakı hesablar qurupundan

ibarətdir.

211- Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları

212- Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları

213- Əsas idarə heyətinin qısamüddətli debitor borcları

214- İcarə üzrə qısamüddətli debitor borcları

215- Tikinti müqavilələri üzrə qısamüddətli debitor borcları

216- Faizlər üzrə qısamüddətli debitor borcları

217- Digər qısamüddətli debitor borcları

218- Şübhəli borclar üzrə düzəlişlər (ehtiyatlar)

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 712 | Yazar: administrator | Tarix: 2018-11-25 | Şərhlər (0)

QISAMÜDDƏTLİ AKTİVLƏR

“Qısamüddətli aktivlər” bölməsinin hesabları təşkilatın qısamüddətli kimi

təsnifləşdirilən aktivlərinin uçotu üçün nəzərdə tutulmuşdur. Aktiv o halda

qısamüddətli aktiv kimi təsnifləşdirilir ki, əgər o:

 onun təqdim edilməsi güman edilir, və ya o təşkilatın normal əməliyyat

dövrü ərzində satılmaq, yaxud istifadə edilmək üçün saxlanılmışdır;

 o əsasən ticarət məqsədləri üçün və ya qısa müddətə saxlanılır və onun

balansın tarixindən on iki ay ərzində təqdim edilməsi gözlənilir;

 istifadəsinə məhdudiyyət olmayan pul və ya onun ekvivalenti formasında

mövcüddur.

Bütün digər aktivlər uzunmüddətli aktivlər kimi təsnifləşdirilir.

“Qısamüddətli aktivlər” bölməsi aşağıdakı yarımfəsillərdən ibarətdir:

20- Ehtiyatlar

21- Qısamüddətli debitor borcları

22- Pul vəsaitləri

23- Sair qısamüddətli maliyyə aktivləri

24- Sair qısamüddətli aktivlər

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 801 | Yazar: administrator | Tarix: 2018-11-25 | Şərhlər (0)

19 saylı “Sair uzunmüddətli aktivlər” yarımbölməsi

 

19 saylı “Sair uzunmüddətli aktivlər” yarımbölməsi yuxarıdakı yarımbölmələrdə nəzərdə tutulmayan, uzunmüddətli aktivlərinin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

191- Gələcək hesabat dövrlərinin xərcləri

192- Verilmiş uzunmüddətli avanslar

193- Digər uzunmüddətli aktivlər

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 1024 | Yazar: administrator | Tarix: 2018-11-25 | Şərhlər (0)

Cümə, 2019-07-19, 0:42 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  İyul 2019  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac