Vakansiya saytı
ishbook

Yararlı məqalələr


« 1 2 3 4 5

18 saylı “ Sair uzunmüddətli maliyyə aktivləri” yarımbölməsi

18 saylı “Sair uzunmüddətli maliyyə aktivləri” yarımbölməsi yuxarıdakı yarımbölmələrdə nəzərdə tutulmayan, uzunmüddətli maliyyə aktivlərinin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

181- Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar

182- Uzunmüdətli verilmiş borclar

183- Digər uzunmüddətli investisiyalar

184- Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər (ehtiyatlar)

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 864 | Yazar: administrator | Tarix: 2018-11-25 | Şərhlər (0)

17 saylı “Uzunmüddətli debitor borcları” yarımbölməsi

17 saylı “Uzunmüddətli debitor borcları” yarımbölməsi uzunmüddətli debitor borclarının uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

171- Alıcılar və sifarişçilərdən uzunmüddətli debitor borcları

172- Törəmə (asılı) müəssisələrin uzunmüddətli debitor borcları

173- Əsas idarə heyətinin uzunmüddətli debitor borcları

174- İcarə üzrə uzunmüddətli debitor borcları

175- Tikinti müqavilələri üzrə uzunmüddətli debitor borcları

176- Faizlər üzrə uzunmüddətli debitor borcları

177- Digər uzunmüddətli debitor borcları

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 541 | Yazar: administrator | Tarix: 2018-11-25 | Şərhlər (0)

16 saylı “Təxirə salınmış vergi aktivləri” yarımbölməsi

16 saylı “Taxirə salınmış vergi aktivləri” yarımbölməsi təxirə salınmış korporotiv mənfəət vergisinin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

161- Mənfəət vergisi üzrə təxirəsalınmış vergi aktivləri

162- Digər təxirə salınmış vergi akivləri.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 888 | Yazar: administrator | Tarix: 2018-11-25 | Şərhlər (0)

15 saylı “İştirak payı metodu ilə uçota alınmış investisiyalar” yarımbölməsi

15 saylı “İştirak payı metodu ilə uçota alınan investisiyalar” yarımbölməsi asılı və birgə müəssisələrə qoyulmuş investisiyaların uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

 

151- Asılı müəssisələrə investisiyalar

152- Birgə müəssisələrə investisiyalar

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 841 | Yazar: administrator | Tarix: 2018-11-25 | Şərhlər (0)

14 saylı “Təbii sərvətlər” yarımbölməsi

14 saylı “Təbii sərvətlər” yarımbölməsi təbii sərvətlərin kəşf olunmuş və qiymətləndirilmiş aktivlərin uçotu üçün nəzərdə tutulmuşdur. Kəşfiyyat və qiymətləndirmə aktivləri kəşfiyyatdan və mineral resupsaların qiymətləndirilməsindən qabaq çəkilən xərclər çıxılmaq şərtilə, mineral resursların kəşfiyyatı və qiymətləndirməsinə çəkilən xərclərin uçotu üçün nəzrdə tutulmuşdur.

Kəşfiyyat və qiymətləndirmə aktivlərinin ilkin qiymətləndirilməsinə aşağıdakı xərclər aid edilə bilər.

a) Kəşfiyyat üçün hüququn əldə edilməsi ilə bağlı

b) Topoqrafik geoloji geokimyəvi və geofiziki təhdiqatlarla bağlı

c) Kəşfiyyat qazmaları il bağlı

d) Özül yerlərinin qazılması ilə bağlı

e) Nümunələrin götürülməsi ilə bağlı

f) Mineral resursların hasilatının texniki mümkünlük və komnersiya məqsədyönlüyü baxımından qiymətləndirilməsi ilə bağlı.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 426 | Yazar: administrator | Tarix: 2018-11-25 | Şərhlər (0)

13 saylı “Bioloji aktivlər” yarımbölməsi

13 saylı “Bioloji aktivlər” yarımbölməsi kənd təsərrüfatı failiyyəti ilə bağlı olan bioloji aktivlərin uçotu üçün nəzərdə tutulmuşdur və aşağıdakı hesablar qrupundan ibarətdir:

131- Bioloji aktivlər – ilkin dəyər

132- Bioloji aktivlər – Amortizasiya

131- Bioloji aktivlər – ilkin dəyər hesabında bioloji aktiv kimi dəyərləndirilən (heyvan və ya bitgi mənşəli aktiv) aktivlər uçota alınır. Bioloji aktiv ilkin maya dəyəri və hesabat tarixinə satış xərcləri çıxılmaqla ədalətli dəyərə qiymətləndirilir. Bioliji aktivlər aşağıdakı subhesablarda uçota alınır:

a) Əkililər

b) Heyvanlar

132- Bioloji aktivlər – amortizasiya hesabında 131- Bioliji aktivlər – ilkin dəyər saylı hesabın müvafiq subhesablarına uyğun olaraq açılan subhesablarda aparılır. Bioloji aktivlərə amortizasiya yalnız istismar müddəti müəyyən edilə bilən və qiymətləndirmək mümkün olan bioliji aktivlər üzrə onların faydalı istismar müddətinə müvafiq olaraq hesablanır.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 717 | Yazar: administrator | Tarix: 2018-11-25 | Şərhlər (0)

12 saylı “Daşınmaz əmlaka investisiyalar” yarımbölməsi

Daşınmaz əmlaka investisiyalar daşınmaz əmlaka edilən investisiyaların uçotu üçün nəzərdə tutulmuşdur. Daşınmaz əmlaka investisiyalar o, investisiyalardır ki , onlar (binalar, torpaq və ya binanın bir hissəsi) maliyyə müqaviləsinə əsasən sahibkarın və ya icarəyə verənin mülkiyyətində olmaqla icarə ödənişlərinin  alınması və ya kapitalın dəyərinin artırılması məqsədini daşıyır. Bu investisiyalara aşağıdakılar aid deyildir.

a) Daşınmaz əmlakın istehsal və ya mal göndərilməsi , xidmət göstərilməsi və inzibati məqsədlər üçün istifadəsi

b) Daşınmaz əmlakın adi təsərrufat failiyyəti zamanı satılması

 

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 135 | Yazar: administrator | Tarix: 2018-11-25 | Şərhlər (0)

11 saylı “Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar)” yarımbölməsi

11 saylı “Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar)” yarımbölməsi təsərrüfat subyektinin mülkiyyətində olan əsas vəsaitlərin mövcudluğu və hərəkəti barədə məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Obyektlərin əsas vəsaitlərə aid edilmə qaydası, onların tərkibi, amortizasiya olunması və qiymətdəndüşməsi qaydaları BMHS tələblərinə müvafiq olaraq nizamlanır.

11 saylı “Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar)” yarımbölməsi aşağıdakı hesablar qrupundan ibarətdir:

111- Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar) – ilkin dəyər

112- Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar) – amortizasiya

113- Əsas vəsaitlərlə (torpaq, tikili və avadanlıqlarla) bağlı məsrəflərin kapitallaşdırılması

 

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 137 | Yazar: administrator | Tarix: 2018-11-25 | Şərhlər (0)

 

UZUNMÜDDƏTLİ AKTİVLƏR

Uzunmüddətli aktivlər bölməsinin hesabları təsərrüfat subyektinin uzunmüddətli kimi təsnifləşdirilən, uzunmüddətli xarakter daşıyan aktivlərin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Uzunmüddətli aktivlər aşağdakı yarımbölmələrdən ibarətdir.

10- Qeyri-maddi aktivlər

11- Əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar)

12- Daşınmaz əmlaka investisiyalar

13- Bioloji aktivlər

14- Təbii sərvətlər

15- İştirak metodu ilə uçota alınmış investisiyalar

16- Təxirə salınmış vergi aktivləri

17- Uzunmüdətli debitor borcları

18- Sair uzunmüddətli maliyyə aktivləri

19- Sair uzunmüddətli aktivlər

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 151 | Yazar: administrator | Tarix: 2018-11-25 | Şərhlər (0)

ÜMUMİ MÜDDƏALAR

Bu Təlimat “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (BMHS) əsasında ___________________ və onun tabeçiliyində olan müəssisələrin (bundan sonra “müəssisə” adlandırılacaq) mühasibat uçotunun işçi hesablar planının tətbiqinə və təsərrüfat fəaliyyətindəki (maliyyə, təsərrüfat əməliyyatları və sair) eyni mənşəli faktların mühasibat uçotu hesablarında əks etdirilməsinə vahid münasibəti müəyyən edir. Azərbaycan Respublikası ərazisində və onun coğrafi sərhədlərindən kənarda mənfəətlə, yaxud mənfəətsiz işləmək məqsədilə sahibkarlıq fəaliyyəti və ya digər başqa fəaliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, yaxud hüquqi şəxs sayılmayan, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün təsərrüfat subyektləri (birliklər, müəssisələr, idarələr, təşkilatlar, və başqaları) mühsibat uçotu aparmağa borcludur.

Kateqoriya: Mühasibat uçotu | Oxuma sayı: 450 | Yazar: administrator | Tarix: 2018-11-25 | Şərhlər (0)

Cümə, 2019-07-19, 1:08 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  İyul 2019  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac