Vakansiya saytı
ishbook

Yararlı məqalələr


5:44 PM
Mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair

 ÜMUMİ MÜDDƏALAR

Bu Təlimat “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (BMHS) əsasında ___________________ və onun tabeçiliyində olan müəssisələrin (bundan sonra “müəssisə” adlandırılacaq) mühasibat uçotunun işçi hesablar planının tətbiqinə və təsərrüfat fəaliyyətindəki (maliyyə, təsərrüfat əməliyyatları və sair) eyni mənşəli faktların mühasibat uçotu hesablarında əks etdirilməsinə vahid münasibəti müəyyən edir. Azərbaycan Respublikası ərazisində və onun coğrafi sərhədlərindən kənarda mənfəətlə, yaxud mənfəətsiz işləmək məqsədilə sahibkarlıq fəaliyyəti və ya digər başqa fəaliyyətlə məşğul olan, hüquqi şəxs sayılan, yaxud hüquqi şəxs sayılmayan, tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq fəaliyyət göstərən bütün təsərrüfat subyektləri (birliklər, müəssisələr, idarələr, təşkilatlar, və başqaları) mühsibat uçotu aparmağa borcludur. Mühasibat uçotu təsərrüfat subyektinin əmlakının, öhdəliklərinin, kapitalının, maliyyə-təsərrüfat fəaliyyətinin narural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini əks etdirir. 1.1.Mühasibat uçotu hesabı Mühasibat uçotu hesabı – təsərrüfat əməliyyatları haqqında məlumatların və mühasibat uşotunda digər informasiyanın qruplaşdırılması və saxlanmsı üçün vahid əsasdır. Mühasibat uçotu hesabları analitik və sintetik hesablardan ibarətdir. Mühasibat uçotunda sintetik hesab əmlakın, öhdəliklərin, kapitalın, maliyyə nəticələrinin və sair müəyyən edilmiş növü üzrə təyin edilmiş əlamətlərə görə ümumiləşdirilmiş məlumatların qruplaşdırılmasına xidmət edir. Analitik hesab isə sintetik hesabın daxilindəki şəxsi, material və başqa hesablardakı məlumatları daha təsnifatı ilə qruplaşdırır. Subhesablar qruplaşdırılmış analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın bir hissəsidir. 1.1.Mühasibat uçotu hesabı Mühasibat uçotu hesabı – təsərrüfat əməliyyatları haqqında məlumatların və mühasibat uşotunda digər informasiyanın qruplaşdırılması və saxlanmsı üçün vahid əsasdır. Mühasibat uçotu hesabları analitik və sintetik hesablardan ibarətdir. Mühasibat uçotunda sintetik hesab əmlakın, öhdəliklərin, kapitalın, maliyyə nəticələrinin və sair müəyyən edilmiş növü üzrə təyin edilmiş əlamətlərə görə ümumiləşdirilmiş məlumatların qruplaşdırılmasına xidmət edir. Analitik hesab isə sintetik hesabın daxilindəki şəxsi, material və başqa hesablardakı məlumatları daha təsnifatı ilə qruplaşdırır. Subhesablar qruplaşdırılmış analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın bir hissəsidir. 1.2.Mühasibat uçotunun hesablar planı Mühasibat uçotunun işçi hesablar planı – mühasibat uçotunun müəyyən edilmiş əlamətləri üzrə sintetik hesabların və subhesabların məcmusudur. İşçi hesablar planı mühasibat uçotunda əməliyyatların qeydiyyatı və qruplaşdırılması sistemini təşkil edir və mühasibat uçotunun aparılması üçün lazım olan bütün sintetik və analitik (subhesablar da daxil olmaqla) hesabları özündə birləşdirir. İşçi hesablar planı təsərrüfat subyektinin spesifik fəaliyyətinə uyğun olaraq tərtib edilir. Təsərrüfat subyekti Azərbaycan Respublikasının qanunvericiliyinə, təsis sənədlərinə və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq öz fəaliyyətinin tələblərindən çıxış etməklə bu təlimatla müəyyən edilən qaydalara əsasən sintetik və analitik hesablar açır. Hesablar planında nəzərdə tutulmuş subhesablardan təhlilin, nəzarətin və hesabatın tələblərindən asılı olaraq istifadə edilməlidir. Təsərrüfat subyektinin tabeçiliyində olan struktur vahidləri tərəfindən müstəqil surətdə subhesabların məzmununun dəyişdirilməsi, inların çıxarılması, birləşdirilməsi yol verilməzdir. Analitik uçotun aparılması qaydası, bu təlimatın və uçotun ayrı-ayrı bölmələri üzrə təsərrüfat subyekti tərəfindən müəyyən edilir. Mühasibat uçotu hesablarının bölmələr üzrə təsviri hesablar planında nəzərdə tutulmuş ardıcıllıqla verilir. İşçi hesablar planı təsərrüfat subyektinin baş ofisi tərəfindən təsdiq edilir. 1.3.İşçi hesablar planının hazırlanması. Mühasibat uçotunun sintetik hesabları İşçi hesablar planında hazırki təlimatla müəyyən edilən likvidlik qaydasında açılırlar. İşçi hesablar planına təlimata əlavədə müəyyən eilən mühasibat üçotunun İşçi hesablar planının sintetik hesablar qrupunun siyahısına uyğun olaraq təsərrüfat subyektinin fəailiyyətini əks etdirən sintetik hesablar daxil edilir. İşçi hesablar planında mühasibat uçotu hesablarının nömrəsi üç rəqəmlidir. Nömrənin 1-ci rəqəmi 1XX bölmələrə aidiyyatı, ikinci rəqəmi X1X likvidlik qaydası üzrə düzülmüş yarımbölmələrə aidiyyatı, üçüncü rəqəmi XX1 sintetik hesabların qrupuna aidiyyatı – sintetik hesabın say nömrəsini göstərir. Sonrakı iki rəqəm XXX-xx-xx-xxx müəsisə tərəfindən müəyyən edilir və sub-hesabı göstərir. Növbəti iki rəqəm XXX-xx-xx-xxx də müəssisə tərəfindən müəyyən edilir və subhesabın aşıqlamasını, yəni sub sub-hesabı göstərir. Sonuncu üç rəqəm müəssisənin struktur bölmələri və ya filiallarının ana şirkət (_____) tərəfindən müəyyənləşdirilən eyniləşdirilmiş kod nişanəsini göstərir. İşçi hesablar planının ilyustrasiyası aşağıdakı şəkildədir XXX-xx-xx-xxx. Misal üçün: a) 111-06-21-001 saylı hesab – ADDY-in “Lokomotiv” İB üzrə uzunmüddətli aktiv bölməsi, əsas vəsaitlər (torpaq, tikili və avadanlıqlar) yarımbölməsi, əsas vəsaitlər (torpaq, tikili və avadanlıq) – ilkin dəyər hesabının nəqliyyat vasitələri subhesabı üzrə minik avtomobilləri hesabını göstərir. b) 701-01-51-001 saylı hesab ADDY-in “Lokomotiv” İB üzrə xərclər bölməsi, satışın maya dəyəri yarımbölməsi, işçi heyəti üzrə xərclər hesabının əmək haqqı xərcləri sub-hesabının sərnişin daşımaları üzrə xərclər hesabını göstərir. 1.4.İşçi hesablar planının bölmələri İşçi hesablar planı aşağıdakı bölmələrdən ibarətdir:

  • 1 bölmə - Uzunmüddətli aktivlər,
  •  2 bölmə - Qısamüddətli aktivlər
  •  3 bölmə - Kapital
  •  4 bölmə - Uzunmüddətli öhdəliklər
  •  5 bölmə - Qısamüddətli öhdəliklər
  •  6 bölmə - Gəlirlər
  •  7 bölmə - Xərclər 

 

 

              Sonrakı dərs 

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 431 | Yazar: administrator | Teqlər: Mühasibat uçotunun hesablar planı v | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Çərşənbə, 2019-06-26, 8:38 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac