Vakansiya saytı
ishbook

Blog


3:50 PM
Balans arxası hesablar

Milli Mühasibat Uçotu Standartları qüvvəyə minənədək aşağıdakı balansarxası hesablar var idi:

İcarəyə götürülmüş əsas vəsaitlər 001
Məsuliyyətli mühafizəyə qəbul edilmiş mal-material qiymətliləri 002
Emala qəbul edilmiş materiallar 003
Komissiyaya qəbul edilmiş mallar 004
Quraşdırılmağa qəbul edilmiş avadanlıqlar 005
Ciddi hesabat blankları 006
Zərərə silinmiş ümidsiz debitor borcları 007
Alınmış ödənişlərin və öhdəliklərin təminatı 008
Verilmiş ödənişlərin və öhdəliklərin təminatı 009
Mənzil fondunun köhnəlməsi 014
Zahirən abadlıq obyektləri və digər bu kimi obyektlərin köhnəlməsi 015

Balansarxası hesablar müəssisəyə məxsus olmayan, lakin müvəqqəti onun istifadəsində, yaxud sərəncamında (icarəyə götürülmüş əsas vəsaitlər, məsuliyyətli mühafizədə, təkrar istehsalda və s.  olan maddi sərvətlər) olan qiymətlilərin, şərti hüquq və öhdəliklərin mövcudluğu və hərəkəti haqqında məlumatları ümumiləşdirmək, həmçinin ayrı-ayrı təsərrüfat əməliyyatlarına nəzarət etmək üçün nəzərdə tutulmuşdu.
Qeyd edim ki, bu hesablarda olan məlumatlar balansda əks olunmurdu. Sadəcə məlumat xarakterli balansdankənar uçot aparılırdı.
Yeni standartlarda belə bir uçot nəzərdə tutulmayıb. Amma bu o demək deyil ki, belə məlumatlar təşkilaların uçotunda qeyd olunmayacaq. Məsələn, icarəyə götrülmüş əsas vəsaitlər artıq 14 saylı Milli Standarta əsasən, uçota alınır. Burada bütün aspektlər nəzərə alınıb. Və yaxud, emala qəbul olunmuş materiallar. Həmin materialların mülkiyyət hüququ başqa şəxsə məxsusdur və onlar emal olunduqdan sonra  həmin şəxsə qaytarılmalıdır. Belə məlumatlar təşkilatın maliyyə hesabatlarında əks olunmasa da, maliyyə hesabatlarına əlavə olunan «Uçot siyasəti və maliyyə hesabatlarına izahlı qeydlər»də əks etdirilə bilər.

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 277 | Yazar: administrator | Teqlər: Mühasibat uçtounun yeni hesablar pl | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Bazar, 2018-12-09, 10:57 PM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2018

ishbook   Sayğac