Vakansiya saytı
ishbook

Yararlı məqalələr


1:06 PM
Nizamnamə kapitalının uçotu

 

Nizamnamə kapitalının uçotu

nizamname kapitali

Nizamnamə kapitalı - yarandığı və müvafiq orqanlarda qeydiyyatdan keçdiyi zaman təşkilata onun mülkiyyətçisi tərəfindən qoyulan vəsaitlərin məbləğidir. Bazar iqtisadiyyatına keçənə qədər təşkilata lazım olan vəsaitlər dövlət tərəfindən ayrılırdı. Onların dəyəri təşkilatın nizamnaməsində əks olunurdu. Fəaliyyət prosesində nizamnamə kapitalı dövlət orqanları tərəfindən müəyyən edilən qaydalar üzrə artırdı və ya azalırdı. Öz fəaliyyətini bazar iqtisadiyyatında həyata keçirən təşkilatlar kommersiya əsasında təşkil olunurlar. Bunun üçün bir neçə hüquqi və fiziki şəxslər, əmanətçi-payçıların kollektivləri və ya səhmdarların korporasiyaları nizamnamə kapitalına pul məbləğlərini və ya qiymətliləri qoymaq yolu ilə kollektiv və ya korporativ mülkiyyət yaradırlar. Fəaliyyət göstərən dövlət təşkilatlan öz nizamnamə kapitalını bazar iqtisadiyyatını tətbiq etməklə kommersiyaya oxşar olaraq yenidən yaradırlar.

Nizamnamə kapitalı - istənilən təşkilati-hüquqi formalarında olan təşkilatlann istehsalat-təsərrüfat fəaliyyətinə təkan verən kapitalın start miqdarıdır. O özündə təşkilatın mülkiyyətinə sahib olmaq və sərəncam vermək hüququnu, hüquqi cəhətdən möhkəmləndirilməsi və eyni zamanda təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin əsas mənbəyini əlaqələndirir.

Azərbaycan Respublikasının 24 mart 1995-ci il tarixli “Mühasibat uçotu haqqında Qanun”a müvafiq olaraq nizamnamə kapitalı özündə, təsis sənədlərində müəyyən edilmiş ölçüdə, təşkilatın fəaliyyətini təmin etmək üçün yaradıldığı zaman iştirakçıların (mülkiyyətçilərin) əmlaka qoyduqları əmanətlərin (pul ifadəsində) məcmuunu əks etdirir. Bu kapital təsisçilər tərəfindən pul vəsaitləri, qeyri-maddi aktivlər, torpaq, tikili və avadanlıq və dövriyyə vəsaitləri şəklində keçirilməlidir. Onun məbləği təşkilat qeydiyyatdan keçirilən zaman təşkilatın nizamnaməsində əks olunur. Nizamnamə kapitalı sonra torpaq, tikili və avadanlıqların, qeyri-maddi aktivlərin, onların göhnəlməsinin, dövriyyə və pul vəsaitlərinin hərəkətinin təsiri altında dəyişməməlidir. Bu, əgər təşkilat il ərzində öz təşkilati-hüquqi formasını dəyişmirsə belə olur. Əgər o dəyişirsə, misal üçün, özəlləşmə ilə əlaqədar olaraq, onda nizamnamə kapitalının həcmini dəyişməyə icazə verilir. Bu, əmlakın qiymətləndirilməsi aktında, yeni təsis sənədlərində, nizamnamədə əks olunmalıdır.

Yuxarıda qeyd olunanlarla yanaşı yenə iki halda nizamnamə kapitalının həcmi dəyişilə bilər. Nizamnamə kapitalının artması və ya azalması təsisçilərin (iştirakçıların) tərkibinə yeni üzvlərin qəbul olunması və ya təsisçilərin (iştirakçıların) çıxması hesabına baş verə bilər. Bu zaman nizamnamə kapitalının yeni həcminin qeydiyyatdan təzədən keçməsi məcburidir.

Təşkilatın illik fəaliyyətinin yekunlarına baxılmasının nəticələrinə görə mülkiyyətçilərin, ümumi iclası, heyəti nizamnamə kapitalının həcminin və ya onun bölüşdürülməmiş mənfəət, fondların qalıqları hesabına artırılması yolu ilə və ya yeni səhmlərin buraxılması, köhnə səhmlərin nominalının artırılması, ya da əksinə, dövriyyədə olan səhmlərin miqdarının azalması yolu ilə dəyişilməsi haqqında qərar qəbul edə bilər.

Belə qərar qəbul edildiyi halda müəssisə təsis sənədlərinə müvafiq dəyişiklik aparır. Nizamnamədə dəyişiklik aparan, müəssisəni qeydiyyatdan keçirən orqanın təsdiqini alan mühasibat nizamnamə kapitalının həcmini artırır və ya azaldır.

15 dekabr 1992-ci il tarixli Sahibkarlıq fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu və 01 iyul 1994-cü il tarixli «Təşkilatlar haqqında Azərbaycan Respublikasının Qanunu» təşkilat- lann aşağıdakı təşkilati-hüquqi formalarını nəzərdə tutur: dövlət təşkilatı, fərdi (ailə), şərikli (tam ortaqh) payçı və şərikli (azı bir şərik və bir payçı tərəfindən təşkil olunur) (kommandit ortaqhlar), məhdud məsuliyyətli təşkilatlar və səhmdar cəmiyyəti. Hər bir təşkilati-hüquqi forma üçün Nizamnamə kapitalının yaradılması qaydası qanunvericilikdə və təsis sənədləri ilə nizama salınır, bunlar nizamnamə və təsisçilərin müqaviləsi hesab olunurlar.

 

Dövlət (bələdiyyə) təşkilatının Nizamnamə kapitalı müvafiq büdcənin ayrılmış məbləği və ya başqa formada dövlətin qoyduğu vəsaitlər hesabına yaradılır. İstehsalat-təsərrüfat fəaliyyətini həyata keçirmək üçün müəssisə istismara başladığı vaxta ona torpaq, tikili və avadanlıq və dövriyyə vəsaitləri ayrılır. Bu zaman müəssisə torpaq, tikili və avadanqlıları istehsalın illik həcmini yerinə yetirmək üçün tələb olunan ölçüdə, dövriyyə vəsaitlərini isə - minimum tələbat ölçüsündə müvafiq büdcədən alır.

Fərdi xüsusi təşkilatın Nizamnamə kapitalı, sahibkarlıq fəaliyyəti həyata keçirən mülkiyyətçinin qoyduğu vəsait hesabına yaradılır. Ailə xüsusi təşkilatının Nizamnamə kapitalı, ümumi pay mülkiyyəti hüququnda ailə üzvlərinin qoyduqları vəsaitin hesabına yaradılır.

Qeyri-məhdud cəmiyyət hüquqi şəxs hesab olunmur, onun iştirakçıları isə müstəqilliyi və hüquqi şəxs hüququnu saxlayırlar. Cəmiyyətin nizamnamə kapitalı (qeyri-məhdud cəmiyyət, qarışıq cəmiyyət, məhdud məsuliyyətli cəmiyyət) ancaq iştirakçıların qoyduqları pulların hesabına yaradılır və ümumi pay mülkiyyəti hüququnda olan iştirakçılarına məxsus olur.

Cəmiyyətin iştirakçısının qoyduğu vəsaitlər aşağıdakılar ola bilər: bina, qurğu, maşınlar və avadanlıqlar, maddi qiymətlilər, qiymətli kağızlar, torpaqdan, sudan və digər təbii ehtiyatlardan, binalardan, qurğulardan və avadanlıqlardan istifadə hüququ, habelə digər əmlak hüququ (o cümlədən əqli mülkiyyət), manatlarla pul vəsaiti və xarici valyuta.

Keçirilən əmlakın dəyəri cəmiyyətin iştirakçılarının birgə qərarı ilə müəyyən edilir. Manatlarla qiymətləndirilərək qoyulan vəsait. Nizamnamə kapitalında iştirakçının payım təşkil edir.

Əgər əmlak cəmiyyət iştirakçılarına ancaq istifadə etmək üçün (icarəyə) verilibsə, qoyulan vəsaitin ölçüsü və müvafiq olaraq iştirakçının payı, bu əmlakdan istifadə etməyə görə icarə ödəməsindən asılı olaraq müəyyən edilir, bu zaman əmlakın istifadə edilməsinə görə icarə haqqı, təsis sənədlərində göstərilən cəmiyyətin fəaliyyətinin bütün dövrünə görə və ya əgər təsis sənədlərində başqası nəzərdə tutulmayıbsa, iştirakçılar tərəfindən müəyyən edilmiş başqa müddətə görə hesablanır.

Məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı paylara bölünməlidir. Ona görə təsis sənədləri Səhmdar cəmiyyətləri haqqında AR-nm 12 iyul 1994-cü il tarixli dəyişikliyi ilə nəzərdə tutulan məlumatlar hər bir iştirakçının payının ölçüsü, tərkibi, müddətləri və onların qoyduqları vəsaitin keçirilməsi qaydası haqqında məlumatları əks etdirməlidir. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları ancaq onların qoyduqları vəsait hüququnda məsuliyyət daşıyırlar. Təsis sənədləri ilə nəzərdə tutulan hallarda vəsait qoyuluşunu tam keçirməyən iştirakçılar, cəmiyyətin öhdəliyi üzrə vəsait qoyuluşunun keçirilməyən hissəsində cavabdeh olurlar.

Qoyulan vəsait kimi keçirilən əmlakın dəyərinin dəyişilməsi və iştirakçıların əlavə qoyduqları haqqlar, nizamnamə kapitalında onların payının, məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində göstərilən ölçüsünə təsir göstərmir. Bununla yanaşı əgər təsis sənədlərində başqa qaydalara yer verilirsə, onda iştirakçıların Nizamnamə kapitalında payının dəyəri, təsis sənədlərində qəbul edilmiş şərtlərdən asılı olaraq müəyyən ediləcəkdir.

Açıq tipli səhmdar cəmiyyətinin Nizamnamə kapitalı, səhmdarlar tərəfindən keçirilən vəsaitlər hesabına yaradılır. O səhmdarların kollektiv mülkiyyəti və eyni zamanda hüquqi şəxs kimi səhmdar cəmiyyətinin mülkiyyəti hesab olunur. Hər bir səhmdarın payı ona məxsus olan səhmlərin dəyəri ilə müəyyən edilir. Yeni yaradılan təşkilatın Nizamnamə kapitalı, onun təsisçiləri (iştirakçıları) tərəfindən keçirilən vəsaitlərdən toplanır. O, təsisçilərin kollektiv mülkiyyəti və eyni zamanda hüquqi şəxs kimi təşkilatın mülkiyyəti hesab olunur. Bu baxımdan o, təşkilatın xüsusi vəsait fondu kimi çıxış edir. Digər tərəfdən, o, hər bir təsisçinin mülkiyyəti hesab olunur. Hər birinin payı keçirilmiş məbləğlərdə və ya verilmiş vəsaitlərin dəyəri ilə müəyyən edilir.

Təşkilatın maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun hesablar planında. Nizamnamə kapitalı mühasibat uçotunun metodikası ilə bünövrəsi qoyulmuş iki amillə əvvəlcədən müəyyən edilib: birincisi, nizamnamə kapitalı - ilk başlanğıcda investisiya edilmiş vəsaitlərin miqdarı deməkdir; ikincisi, nizamnamə kapitalı - təsis sənədlərində nəzərdə tutulan, fəaliyyətin bütün növlərində, təşkilatın fəaliyyətinin maliyyələşdirmə mənbəi deməkdir (əsas fəaliyyət, kapital qoyuluşu, qiymətli kağızlara investisiyalar, ixracat-idxalat əməliyyatları və i.a.).

Yuxarıda qeyd olunanlardan asılı olaraq uçota qəbul edilən və balansda əks etdirilən nizamnamə kapitalının miqdan, mütləq təşkilatın təsis sənədlərinə (bir qayda olaraq nizamnaməyə) müvafiq olmalıdır.

Nizamnamə kapitalının vəziyyəti və hərəkətinin sintetik uçotu üçün 301 saylı “Nominal (nizamnamə) kapital» passiv hesabı ayrılmışdır, onun kreditində investorlardan alınan xüsusi vəsaitlərin mənbələrinin əmələ gəlməsi əks olunur.

301 saylı “Nominal (nizamnamə) kapital” hesabı təşkilatın kapitalı və ehtiyatlarının uçota alınmasına dair ümumiləşdirilmiş məlumatları əks etdirir. Təşkilatın kapitalı səhmdarların təşkilata yönəldilən investisiyaların dəyərini artıran və ya azaldan səhm kapitalı və ehtiyatlardan ibarətdir. Ehtiyatlar bölüşdürülə bilən və ya bölüşdürülməyən, müvafiq olaraq səhmdarlara ödənilməli və ya təşkilatın əsas kapitalını təşkil edən hissələrdən ibarətdir.

Hesablar planının 301 saylı hesabında təşkilatın ödənilmiş nominal (nizamnamə) kapitalı barədə ümumiləşdirilmiş məlumatlar təqdim olunur. Bu kapital iki göstərici ilə və ya buraxılmış səhmlər 301 saylı “Nominal (nizamnamə) kapital” hesabın kreditində, nizamnamə kapitalının səhmdarlara aid olmayan hissəsi isə 302 saylı “Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi” hesabının debetində uçota alınır. Bu göstəricilər əsasında mühasiat balansının 30-cu “Ödənilmiş nominal (nizamnamə) kapitalı” maddəsində əks olunmuş xalis qalığın açıqlanması təmin edilir.

Səhmdar cəmiyyətlərində 301 saylı “Nominal (nizamnamə) kapital» hesabına aşağıdakı subhesablar açıla bilər: «Sadə səhmlər»«İmtiyazlı səhmlər».

Qeydiyyatdan keçmiş səhmdar cəmiyyətinin kapitalı, səhmdarlar üzrə borcların vəziyyətindən asılı olaraq 301 saylı “Nominal (nizamnamə) kapital» hesabının aşağıdakı subhesablarmda uçota alınır:

 

301.1 -“Elan edilmiş kapital - səhmdar cəmiyyətinin nizamnaməsində

yazılmış məbləğdə;

 

301.2 -“Abunə kapitalı” - abunəsi həyata keçirilmiş səhmlərin dəyərinə;

 

301.3 -“Ödənilmiş kapital” - abunə vaxtında və bir az sonra iştirakçılar tərəfindən keçirilən vəsaitlər ölçüsündə;

 

301.4-“Götürülmüş kapital” - səhmdarlardan cəmiyyət tərəfindən onların satın alınması yolu ilə dövriyyədən götürülən səhmlərin dəyəri.

 

Səhmdar cəmiyyətinin qeydiyyatdan keçdiyi bütün səhmlər 301 saylı «Nominal (nizamnamə) kapital» hesabının 1-ci subhesabmda uçota alınır. Səhmlərə abunə başa çatdıqda onların nominal dəyərinə vəsaitlərin azalmasına görə 301 saylı hesabın 1-ci subhesabmda və vəsaitlərin artmasına görə 301 saylı hesabın 2-ci subhesabmda yazılış aparılır. Səhmlər ödənildikdən və səhmlərə səhmdarların mülkiyyət hüququ rəsmiləşdirildikdən sonra (iştirakçıların səhmdarların reyestrinə yazılması) səhmlərin nominal dəyəri 301 saylı hesabın 2-ci sub- hesabından 301 saylı hesabın 3-eü subhesabma keçirilir.

Dövlət və mülkiyyətin bələdiyyə formalı təşkilatlarında, məhdud məsuliyyətli eəmiyyətlərdə, kooperativ müəssisələrində nizamnamə kapitalının həcmi 301 saylı «Nominal (nizamnamə) kapital» hesabının kreditində əks etdirilən zaman elan edilmiş və ya ödənilmiş kapital adlanır. Elan edilmiş kapital - təsis sənədlərində əks etdirilmiş məbləğ deməkdir. Ödənilmiş kapital - təsisçilərdən (iştirakçılardan) faktiki daxil olmuş məbləğ deməkdir.

Açıq tipli səhmdar cəmiyyətlərində nizamnamə kapitalının həcmini 301 saylı «Nominal (nizamnamə) kapital» hesabının kreditində əks etdirən zaman abunə kapitalı adlanır. Abunə kapitalı - səhmdar cəmiyyətinin səhmlərinə abunə həyata keçirilən sadə və imtiyazlı səhmlərin, onların nominal dəyəri üzrə məbləğini özündə əks etdirir.

Komersiya təşkilatı dövlət qeydiyyatından keçdikdən sonra onun elan edilmiş və ya abunə kapitalı, təsis sənədlərində nəzərdə tutulan, iştirakçıların qoyduqları vəsaitlərin məbləğində (səhmlərə edilmiş abunə məbləğində) mühasibat yazılışı ilə əks etdirilir.

Ödənilmiş kapital, daha doğrusu, təsisçilərin qoyduqları vəsaitlərin məbləğlərinin faktiki daxil olması, habelə səhmlərə abunə olan şəxslərin borc məbləğlərinin ödənilməsi pul formasında (manatlarla və xarici valyutada) maddi-cismi formada (torpaq, tikili və avadanlıqlar, maddi qiymətlilər, digər ehtiyatlar), qeyri-maddi aktivlər formasında (torpağın, suyun və digər təbii ehtiyatların istifadə hüququ, əmlak hüququ, əqli mülkiyyət hüququ şəklində) əks etdirilə bilər.

Xarici valyutada vəsaitlər təşkilatın nizamnamə kapitalına vəsait qoyuluşu hesabına keçirilən zaman kurs fərqlərinin məbləğləri meydana çıxır, bunlar özündə onun təsis sənədlərində əks olunduğu tarixə və qoyulan vəsaitin faktiki keçirildiyi günə, qoyulan vəsaitin manatla qiyməti arasındakı fərqləri əks etdirir. Kurs fərqi 801 saylı «Ümumi mənfəət (zərər)» hesabına aid edilir. Müsbət kurs fərqi mənfəət yaradır, mənfi kurs fərqi isə zərər yaradır.

Maddi-cismi formada ödənilmiş kapital, vəsait qoyuluşu hesabına nizamnamə kapitalına iştirakçıların razılığı üzrə müəyyən edilən qiymətdə (razılaşdırılmış qiymətlə) daxil edilir.

Əgər nizamnamə kapitalına vəsait qoyuluşu hesabına əmlak ancaq müvəqqəti istifadə etmək üçün verilirsə, onda uçot üçün belə əmlakın qiymətləndirilməsi onların istifadə edilməsinə görə icarə ödəməsindən asılı olaraq həyata keçirilir.

İcarə ödəməsinin həcmi təşkilatın fəaliyyətinin təsis sənədlərində göstərilən bütün müddətə və ya təsisçilərin müəyyən etdiyi digər müddətə (əgər təsis sənədlərində nəzərdə tutulmayıbsa) görə hesablanır.

İştirakçılar tərəfindən təşkilatın mülkiyyətinə verilən torpaq, tikili və avadanlıqlar (binalar, qurğular, iş maşınları və avadanlıqları, nəqliyyat vasitələri və b.) razılaşma və ya qalıq dəyəri ilə qiymətləndirilir, 111 «Torpaq, tikili və avadanlıqar - Dəyər» hesabında ilkin dəyərlə uçota alınır. Belə əməliyyat eyni zamanda iki yazılışın tərtib olunmasını tələb edir.

İştirakçıların (təsisçilərin) xammal və materiallar, ehtiyat hissələri, yanacaq, taralar və tara materialları və materialların digər növləri şəklində, habelə, alətlər, istehsalat inventarları və digər ehiyatların başqa növləri şəklində vəsait qoyuluşları həyata keçirilir.

İştirakçıların (təsisçilərin) lisenziyalar, patentlər, nou-hau, torpaqdan, sudan və təbii ehtiyatların digər növlərindən istifadə hüququ, əqli mülkiyyət hüququ və b. şəklində vəsait qoyuluşu həyata keçirilir.

Qeyri-maddi aktivlərin dəyəri onların cari bazar qiymətlərini nəzərə almaqla müəssisənin təsisçilərinin razılığı ilə müəyyən edilir. «Nou-hau» tipli patentləşdirilmiş əqli mülkiyyət həmçinin təsisçilərin razılığı üzrə qiymətləndirilir.

Ayrı-ayrı təsisçilər əmlaklarını, çox vaxt torpaq, tikili və avadanlıqlarını istifadə etmək üçün ona mülkiyyət hüququ verilmədən təşkilata verilə bilər. Belə halda nizamnamə kapitalına vəsait qoyuluşu əmlaka görə kapitallaşdırılmış icarə ödəməsi həcmi üzrə qiymətləndiriləcəkdir.

İştirakçılar (təsisçilər) qiymətli kağızlar və digər maliyyə qoyuluşları şəklində vəsait qoyurlar. Təsisçilərin əldə etdikləri səhmdar cəmiyyətinin səhmləri, daha doğrusu, səhmlərə abunə olan şəxslərin borcları ödənilən zaman, ödəmə üzrə səhmdarlarla hesablaşmalar mühasibat uçotunda oxşar qaydada əks olunur. Bu zaman səhmdar cəmiyyətinin nizamnamə kapitalının əmələ gəlməsi, səhmlərə mükafat məbləğlərinin, daha doğrusu, emissiya gəlirinin yaranması ilə müşaiyət oluna bilər. Bu gəlir, səhmlər nominal dəyərindən artıq qiymətə satılan hallarda meydana gəlir. Emissiya gəliri ehtiyat kapitalına hesablanır.

Toplanmış emissiya gəlirinin məbləği emissiya və səhmləri onların nominal dəyərindən aşağı qiymətlərlə satan zaman fərqləri ödəmək üçün istifadə edilir. Belə əməlliyyatlar zamanı 311 saylı «Emissiya gəliri» hesabı kreditləşir və 223 saylı «Bank hesablaşma hesablan» hesabı debetləşir.

Səhmdar cəmiyyəti sonradan baha satmaq üçün xüsusi səhmlər əldə edə bilər. Bu zaman nizamnamə kapitalının həcmi dəyişilməz qalır. Səhmdarlardan satın alınmış xüsusi səhmlərin əldə edilməsinə xərclər çəkilir.

Səhmdar cəmiyyətinin idarə heyəti səhmdarlardan satın alınmış səhmlərin tamamilə ləğv edilməsi haqqında qərar qəbul edə bilər. Belə halda idarə heyətinin qərarı olan protokola və nizamnamə kapitalının yenidən qeydiyyatdan keçirilməsi haqqında sənədlərə əsasən iki mühasibat köçürməsi ilə rəsmiləşdirmək lazımdır.

Təşkilatın fəaliyyəti prosesində onun nizamnamə kapitalının artırılmasının və ya azaldılmasının vacbliyi meydana çıxır. Nizamnamə kapitalının istənilən dəyişikliyi nizamnamə kapitalının yeni həcminin dövlət orqanlarında qeydiyyatından sonra təşkilatın təsisçilərinin qərarı ilə həyata keçirilir. Təşkilatın mühasibatlığı nizamnamə kapitalının dəyişilməsi ilə əlaqədar olan əməliyyatları, təsisçilərin müvafiq qərarını dövlət orqanlarında qeydiyyatı təsdiq olunmadan əks etdirə bilməz.

Təşkilatın illik fəaliyyətinin yekunlarının nəticələrinə baxıldıqdan sonra ümumi iclas, idarə heyəti, mülkiyyətçilərin iclası nizamnamə kapitalının həcminin artırılması istiqamətində və ya azaldılması itsiqamətində dəyişilməsi haqqında qərar qəbul edə bilər.

Nizamnamə kapitalının artması bölüşdürülməmiş mənfəət, xüsusi fondların qalığı hesabına, səhmdar cəmiyyətlərində isə bundan başqa - hələ həmçinin yeni səhmlərin buraxılması, köhnə səhmlərin nominalının artırılması hesabına həyata keçirilə bilər.

Nizamnamə kapitalının azalması dövriyyədə olan səhmlərin miqdarının azaldığı və ya səhmlərin nominal dəyərinin azaldığı halda baş verə bilər.

Əgər belə qərar qəbul edilərsə, onda təşkilat təsis sənədlərinə müvafiq dəyişiklik aparır.

Nizamnaməyə dəyişiklik aparan təşkilatı qeydiyyatdan keçirən orqanın təsdiqini alaraq, nizamnamə kapitalının artırılması və ya azaldılması üzrə mühasibat yazılışı tərtib edirlər.

Nizamnamə kapitalının artması, Nizamnamə kapitalına keçən illərin mənfəətinin toplanmış məbləğlərini birləşdirmək yolu ilə həyata keçirilir, bu 343 saylı «Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (örtülməmiş zərər)» hesabının ayrıca subhesabında uçota alınır. 

Nizamnamə kapitalına əvvəllər mənfəətdən yaradılmış yığım fondları birləşdirilə bilər.

Nizamnamə kapitalının azalması təşkilatın ümumi zərərinin ödənilməsi üçün həyata keçirilə bilər.

 

 

 

 

 

 

 

Səhmdar cəmiyyətinin nizamnamə kapitalının səhmləri saxlayanlara onların dəyərinin geri qaytarılması yolu ilə azalması 301 saylı «Nominal (nizamnamə) kapital»'hesabının debeti və 302 saylı «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» hesabının krediti üzrə əks etdirilir. Belə mühasibat yazılışı ilə səhmdarların və iştirakçıların xeyrinə kreditor borcları yaranır.

Yuxarıda qeyd edildiyi kimi, səhmdar cəmiyyətlərində 301 saylı «Nominal (nizamnamə) kapital» hesabına «Sadə səhmlər»«lmtiyazlı səhmlər» subhesablarmı açırlar.

Səhm, səhmdarın cəmiyyətin idarə edilməsində, onun mənfəətinin və cəmiyyətin ləğv edilməsi zamanı əmlakın qalıqlarının bölüşdürülməsində iştirak etmək hüququnu təsdiq edən qiymətli kağızdır. İmtiyazlı səhmlər səhmdar cəmiyyətində səs vermə hüququna malik deyillər, lakin səhmdarlara dividendləri almağa geniş hüquq, həmçinin səhmdar cəmiyyəti ləğv edilən zaman onun əmlakının bölüşdürülməsinə üstünlük verir.

Həm sadə, həm də imtiyazlı səhmlər adlı və təqdim edənə ola bilər. Vətəndaşlar ancaq adlı səhmlərin sahibi hesab olunurlar. Adlı səhmlərin hərəkəti səhmdar cəmiyyətinin səhmlərinin qeydiyyat kitabında əks olunur. Kitabda hər bir adlı səhmlər haqqında, onun əldə edilməsi tarixini, habelə səhmdarların hər birində belə səhmlərin miqdarı haqqında məlumatları yazılır. Təqdim edənə aid səhmlər üzrə, səhmlərin qeydiyyat kitabında ancaq onların ümumi miqdarı göstərilir.

Səhmdar cəmiyyəti, bir səhmdarda olan səhmlərin miqdarına (payına) məhdudiyyət müəyyən edə bilər.

 

 

Mühasibat uçotu üzrə vakansiyaları bu linkdən izləyə bilərsiniz .

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 425 | Yazar: administrator | Teqlər: Nizamnamə kapitalının uçotu | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 2:56 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac