Vakansiya saytı
ishbook

Yararlı məqalələr


3:05 PM
ÖHDƏLİKLƏR

ÖHDƏLİKLƏR

ƏSAS ANLAYIŞLAR

Öhdəliklər – müəssisənin keçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyatların (resursların) müəsisədən kənara axını ilə nəticələnən mövcud vəzifəsidir. Başqa sözlə, cari və əvvəlki hesabat dövrlərində əmələ gəlmiş elə kreditor və digər borclardır ki, bu borcların ödənilməsi iqtisadi səmərəni azaldır, başqa sözlə aktivlərin azalmasına səbəb olur.

Öhdəlikdə aydın şəkildə elə borc təcəssüm etdirilmişdir ki, onu ödəmək vacibdir.

Alqı-satqı müqaviləsinin və ya hər hansı xidmət müqaviləsinin imzalanması hələ öhdəliyin yaranması demək deyildir. Öhdəlik mülkiyyət hüququnun verilməsi və ya alıcıya keçməsi ilə meydana çıxır. Xidmətdən istifadə etmə və ya iş gördürmə öz növbəsində ödəmə üçün öhdəlik yaradır (əgər bu xidmətlər əvvəlcədən ödənilməmişdirsə).

Öhdəliyin ödənişi adətən aktivlərin müəyyən hissəsinin kreditora verilməsi şəklində aparılır. Öhdəliyin formasının bir forması kimi kreditor tərəfindən bu hüququn itirilməsi səbəb ola bilər.

Öhdəliklər yalnız o halda tanınır və uçota alınır ki, onların nizama salınması üçün elə əsaslar vardır ki, bu əsaslar hər hansı xərclərin çəkilməsini tələb edir və aktivlərin azalmasına gətirib çıxarır. Bura ödənişi tələb olunan baş tutmuş sövdələşmələr də, icraya qəbul edilmiş məhkəmə qərarları üzrə öhdəliklər də, dəbbələşmə pulu ödəmə razılığı da, büdcəyə vergilərin ödənilməsi öhdəlikləri də daxildir.

Likvidlik dərəcəsindən asılı olaraq öhdəliklər uzunmüddətli (ödəmə müddəti bir ildən artıq olan) və qısamüddətli (ödəmə müdəti bir ilə qədər olan) öhdəliklərə bölünür.

 

 

 

Əvvəlki dərs             Sonrakı dərs

Kateqoriya: Mühasibat uçotu | Oxumalar: 476 | Yazar: administrator | Teqlər: ÖHDƏLİKLƏR | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Çərşənbə, 2019-06-26, 8:45 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Noyabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
    123
45678910
11121314151617
18192021222324
252627282930

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac