Vakansiya saytı
ishbook

Yararlı məqalələr


5:54 PM
Sayt necə qurulur ? Veb saytların hazırlanması üçün nələri bilməliyik?

Veb saytların hazırlanması üçün nələri bilməliyik?

Veb sayt necə hazırlanır ?

veb sayt

Bir web saytın qurmağın - yaratmağın yollarını bu məqalədə sizə mümkün olduğu qədər anladacağam . İlk öncə qeyd edim ki , peşəkar sayt meykerlər ilk öncə müəyyən səviyyədə asp,php programlaşdırma dillərindən birini , html,css və javascript barəsində anlayışlı olmalıdırlar . Əgər sizin bu programlaşdırma və interfeys dilləri barəsində bilikləriniz yoxdursa narahat olmağa dəyməz .Çünki bir çox hostinq şirkətləri hazır qurulu cms saytlar təqdim edirlər .

Ümumiyyətlə sayt qurarkən ilk öncə saytın kontentinə uyğun domen adı fikirləşmək lazımdır .Domen adları  saytın internet ünvanıdır və www.numune.com kimi yazılır.Yəni siz əgər xəbər portalı qurmaq istəsəniz çalışın ki , seçdiyiniz domen adı Azərbaycan və ya ingilis dilində xəbər portlaına uyğun olsun .Və yaxud elan saytı qurmaq istəsəniz yenə də eyni hmləni etməlisiniz .Bir vakansiya saytının adında iş elanı və ya vakansiya barəsində söz yer almalıdır .Çünki bu gələcəkdə sizin Google səhifə sıralamasınd ilk səhifəyə daha tez çıxma şansını yaradacaqdır .

Domen adı almaq üçün müxtəlif web servislər vardır ki , bunlardan bir neçəsinin adını qeyd edəcəyəm :

www.domain.com 

ishbook domen vakansiya

Saytda müxtəlif qiymətlərlə com,net,org,tech,space,store,biz,website,online,site uzantılı domen adları ala bilərsiniz .Hesablaşma dollar üzərindən aparılır . 

www.isimtescil.net 

ishbook domen

Saytda siz, xyz,com,club,net,global,ooo,site,store,top,biz,art,shop,website,press,space,info,blog,kim,org,tech,fun,com,tr,online,pro uzantılı domen adlarını sərfəli qiymətlər ilə ala biləcəksiniz .

www.godaddy.com

domen ishbook

Saytda  com,info,org,net,me,mobi,us,biz,tv,ca,com,au,net,au,org,au,mx,ws,asia,at,bz,com,co,net,co,nom,co,eu,in,jp,com,mx,name,nl,se,xxx,ag,ch,cl,cn,co,cz,dk,io,kr,la,pe,ph,pl,pw,ru,sg,uk,com,cn,net,cn,org,cn,pro,com,ag,net,ag,org,ag,com,pl,net,pl,org,pl,biz,pl,info,pl,com,br,co,jp,com,ph,co,za,com,pe,travel,com,,org,ve,tel,net,br,co,kr,net,pe,nom,pe,org,pe,com,ru,net,ru, kimi uzantıya sahib domen adları ala biləcəksiniz .Bu saytın xidmətləri çox yüksəkdir və eyni zamanda qiymətləri ucuzdur .Bu sayt ən çox uzantıya sahib bir xidmət gösətirir.

 

Sayt açmaqda ikinci mərhələ hostinq tapmaqdır ki  ,ən yaxşı hostinq xidməti göstərən şirkətləri aşağıda qeyd edəcəyəm .

1. www.ucoz.com pulsuz və ödənişli əsaslarla işləyən bu hostinq servisi rahat idarəetmə paneli , 200-ə yaxın hazır template və sürəti ilə siyahıımızın ilk sırasında gəlir .

2.www.godaddy.com eyni zamanda hostinq və domen xidməti göstərən sayt xidmət genişliyi ilə sıramızın ikinci yerində yer tutmuşdur .

3.www.hostgator.com  və  adlı iki ana paket daxilində "Hatchling Plan","Baby Plan","Business Plan" paketlərini təqdim edir.

4. www.hostinger.com ucuz qiymətləri ilə seçilir , "single","Premium","Business" adlı hostinq paketlərini təqdim edir .

5.www.web.com təqdim disk ölçüsün həcmi ilə diqqəti cəlb edir .

 

Üçüncü mərhələdə siz açdığınız saytın dizaynını seçməyiniz və ya etməyinizdir .Seçdiyiniz sayt dizaynı saytda təqdim edəcəyiniz kontentlərə uyğun olmalıdır .

Eyni zamanda çalışmaq lazımdır ki , HTML5 standartalarına uyğun olsun ki , saytın istifadəçiləri yüklənmə ilə bağlı çətinlik çəkməsinlər .

Dördüncü mərhələdə siz hazır saytınıza kontentlərinizi əlavə edib onu Google, ,Bing,Yandex axtarış motorlarına əlavə etməlisiniz . Bunun üçün göstərilən linklərə daxil olmaqla saytınızı qeydiyyatdan keçirməli eyni zamanda əgər hostinq şirkəti tərəfindən avtomatik yaradılmayıbsa robots.txt sitemap.xml fayllarını yaratmaqla saytınızın hostinqinə yükləyin . 

Eyni zamanda saytınızın ziyarətçi sayını artırmaq üçün daima kontentlər əlavə edin və saytınıza social səhifələr yaradın . Facebook,Linkedin və digər social saytlarda açdığınız social səhifələrinizdə paylaşımları avtomatikləşdirməkdən ötəri yəni siz sayta kontent əlavə edərkən ikinci dəfə həmin kontenti manual olaraq saytınızın sosial şəbəkəsinə əlavə etmək istəmirsinizsə ifttt.com saytının xidmətindən istiadə edin . Bu sayt sizin əvəzinizə avtomatik olaraq rss bağlantısı ilə sosial səhifənizdə paylaşımlar edəcəkdir .

 

 

Ən ucuz Web sayt və SEO xidmətləri üçün bu linkə daxil olun .

 

Ən yeni iş elanları və vakansiyalar üçün bu linkə daxil olun .

Kateqoriya: SEO | Oxumalar: 2517 | Yazar: administrator | Teqlər: Sayt necə qurulur ? Veb saytların h | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 3:01 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac