Vakansiya saytı
ishbook

Yararlı məqalələr


3:13 PM
Saytınızın Google-da Birinci səhifədə olması üçün atmalı olacağınız bəzi addımlar (SEO) .

Saytınızın Google-da Birinci səhifədə olması üçün atmalı olacağınız bəzi addımlar .

seo

 

Veb sayt sahibləri üçün ən çox tədqiq edilən mövzulardan biri Google-a ilk səhifəyə çıxmaqdır. Nəyə  görə  Google-da? Çünki  Google, ölkəmizdə və dünya miqyasında ən çox istifadə edilən axtarış motorudur . Və veb sayt .sahibləri üçün öz saytlarına izləyici trafiki çəkməkdə əvəzsiz rol oynayır .

Təəsüf ki , hər şey veb saytı yaratmaqla bitmir .Yaranmış veb sayta ziyarətçi çəkmək gərəkir.Əgər veb saytı bir dükana bənzətsək , müştərisiz dükanın bir xeyir gətirmədiyini anlamış olarıq . Bu səbəbdən veb saytımıza tarfik çəkməyin əsas yolu Google dan keçir .Məlum məsələdir ki , hər birimiz ağlımıza gələn cavabsız sualı , araşdırmanı , məlumatı öyrənmək üçün ilk istifadə etdiyimiz qaynaq Googledır və Google-ın  sayəsində biz yazdığımız kəliməyə uyğun müxtəlif cavablar yazılmış veb səhifələrinə yönləndirilirik . Və hər kəsin birinci baxdığı cavab siyahısı Google axtarış motorunun ilk səhifəsidir .

ishbook

 

Birinci sıra , birinci səhifə , üst sıralar ....

Və bu səbəblə işimiz SEO -ya düşür . SEO ingiliscədən  tərcümədə axtarış sistemi optimallaşdırması deməkdir .Google -un saytınıza önəm verməsi üçün etməniz gərəkənləri bu məqalədə qeyd edəcəyəm . Google -un ölkəmizdəki payı  təxminən 80 % təşkil edir .

 

Google-da yüksək reytinq əldə etmək üçün veb-saytınızın istifadəsi daha asan və mükəmməl olmalı, tez açılmalı və mobil uyumlu olmalıdır.

SEO'yu üç başlıq altında toplamaq mümkündür:

Sayt daxili SEO (mağaza içərisində)

Sayt xarici SEO (Mağazadan kənarda həyatınızda görünürlük və şöhrət, şərhlər, nəşr reklamlar, və s.)

İstifadəçi üçün məlumat (mağazada müştərilərinə təqdim etdiyiniz məlumat)

 

Saytınızdakı SEO performansınız çox yaxşı olmalıdır.

 

ishbook meta tags

 

Google müxtəlif zaman aralıqlarında fasilələrlə öz bazasını yeniləyir . Bu yeniləməni, veb saytlarını düzgün sıralamaq və Google istifadəçiləri üçün mümkün qədər tez və ən dəqiq məlumat təqdim etmək  üçün edir .

Meta etiketlər çox önəmlidir.

 

ishbook meta tags

Meta etiketlərin içində ilk yerdə Title,Description və Rich Snippets durur .

Saytın "Title" və "Meta description" etiktetləri Google axtarış nəticələri səhifələrində birbaşa göstərilir və sıralama faktorudır. Saytınız ilə bağlı açar sözləri bu teqlərə daxil edin.

 

Smart etiketlər ?

 

Smart etiketlər deyəndə axtarış zamanı nəticələr səhifəsində görünən ulduz, qiymət və fəaliyyət məlumatları kimi məlumatları nəzərdə tururam . Smart etiketləri saytınızın kod strukturuna dəyişikliklərlə tətbiq edə bilərsiniz. Beləliklə, bəzi texniki dəyişikliklər etmək lazımdır. Wordpress və ya Joomle kimi açıq kodlu content idarəetmə sistemini istifadə edirsinizsə, smart etiketləri pluginlər vasitəsilə asanlıqla quraşdıra bilərsiniz. Smart etiketlər 4 böyük axtarış motoru tərəfindən istifadə olunur. Schema.orgOpen Graph veb saytlarında qeyd edilənləri nəzərdən keçirə bilərsiniz .

 

Mobil dövr artıq gəldi. Mobil axtarışların dərəcəsi  kompyuter axtarışlarına nisbətdə 4 dəfə  yüksəldi. Responsiv dizaynlı və sürətləndirilmiş mobil səhifələr yaratmaq veb sayt makerlər üçün əsəs və vacib şərtlərdən biridir .

 

ishbook mobil seo

 

"Responsive design" dizaynlı səhifələrin ziyarətçi cəlb etmə oranı alternatif dizaynlara nisbətdə daha yüksəkdir . Əgər belə bir saytınız varsa rəqiblərə qarşı 4 addım irəlidəsiniz . Həmçinin veb səhifənizin sürətinin yüksək olması sizə daha çox ziyarətçi tarfiki gətirir .

 

Saytınızın sürətini internetdə olan müxtəlif səhifələrdə test edə bilərsiniz . bunlardan biri də  Google Pagespeedir . Sürətli veb səhifə çox önəmlidir çünki istifadəçilər gec açılan veb səhifələrini ziyarət etməkdən qaçırlar .Və bu sizin saytınız haqqında mənfi imic yaranmasına səbəb olur .

ishbook page speed

 

İstifadəçiləriniz üçün məzmun(content) yaradın və onları istifadəçi maraqlarına görə SEO-ya uyğun olan açar sözlər ilə zənginləşdirin.

Veb saytınızda yayımladığınız məzmun ən böyük təbii trafik mənbəyidir. Sadəcə yazı(məqalə) olsun prinsibi ilə yox , sayt istifadəçilərinin maraq dairələrinə uyğun məzmunlar yazın və həmin məzmunları SEO ya uyğun açar kəlimlər ilə zənginləşdirin . Burada SEO ya uyğun deyərkən qəsd etdiyin şey , məzmunuzun bir düzənə sahib olması  , giriş,inkişaf və nəticə ilə birlikdə "H" etiket dediyimiz etiketlərin düzgün bir şəkildə yazılmasıdır .

 

Açar söz axtarışınızı həqiqətən yaxşı aparmalısınız.

 

Açar kəlimələr axtarışı üçün bir çox "Tools" lar mövcuddur. Bu alətlərdən bəzilərini ödənişli,  bəzilərini isə  pulsuz / demo versiyaları ilə istifadə edə bilərsiniz.

 

Həmçinin Google axtarış təkliflərini istifadə edə bilərsiniz.

ishbook

 

"Vakansiya" axtarışı üçün istifadəçilər tərəfindən digər axtarışları görürsünüz.

"Vakansiya","Vakansiya ishbook","Vakansiyalar" ,"vakansiya 2017" "vakansiya azersun" ,"vakansiya azercell" ,"vakansiya socar","vakansiyalar yeni" və sairə.Buna görə, bu axtarışları saytınızın kontentinə  daxil etmək çox faydalıdır .

 

Google Keyword Planner, istifadə edə biləcəyiniz vasitələrdən biridir.

google ishbook

 

Google-un Adwords istifadə edən müştəriləri üçün , Keyword Planner aracı vasitəsi, Google axtarışlarının aylıq həcm və rəqabət dərəcələri haqqında məlumat verir. Google Trends istifadə edə biləcəyiniz bir pulsuz vasitədir. KWFinder, Long Tail Pro, Keywordtool.io alətlərindən də istifadə edə bilərsiniz.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Kateqoriya: SEO | Oxumalar: 5307 | Yazar: administrator | Teqlər: Saytınızın Google-da Birinci səhifə | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh yaza bilər
[ Qeydiyyat | Login ]
Cümə axşamı, 2019-02-21, 2:56 AM
Xoş gəldiniz İstifadəçi

Calendar

«  Dekabr 2018  »
BazarB.eÇ.aÇər.C.aCüməŞən.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Arxiv

ishbook   Sayta daxil olmaq :

Login:
Şifrə:

ishbook   IshBook

Tel: +994(50)372 59 85
Web: www.ishbook.com © 2019

ishbook   Sayğac